Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR

Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARBiG.AZ məmurların övladlarının hansı işlərdə çalışdığını araşdırıb. Həmin siyahını təqdim edirik:

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun övladları- nazirin böyük oğlu olan Tale Heydərov diaspor fəaliyyəti göstərən "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun prezidentidir. Tale Heydərov hazırda Avropada-İngiltərədə yaşayır. Nazirin kiçik oğlu Nicat Heydərov "United Enterprises International" şirkətlər qrupunun sədr müavinidir.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARMəmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARDövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyevin oğlu Murad Quliyev aktyor kimi fəaliyyət göstərir.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARKeçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da iş adamı və diaspor təşkilatının rəhbəri kimi tanınır. Anar məmmədov Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlər qrupundan sayılan ZQAN Holding-in Müşahidə Şurasının sədridir. Nazir oğlu həm də "Azərbaycan – Amerika Alyansı"nın təsisçisi və sədridir. Bu təşkilat Amerikada diaspor fəaliyyətilə məşğuldur. Bundan başqa, Anar Məmmədov 2011-ci ilin dekabrında təsis olunan Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. Ziya Məmmədovun qızı Nigar xanım Konservatoriyanı bitirib, mədəniyyət sahəsində çaılışır. Əldə etdiyimiz məlumata görə, musiqiçi olan Nigar Məmmədova atası haqqında bir mahnı da bəstələyib.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARDaxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. Nazirin oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARBaş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu da kifayət qədər yüksək vəzifədə çalışır. Belə ki, Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARKeçmiş prezident Administrasiyasının rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev artıq bir neçə yüksək post dəyişib. Teymur Mehdiyev 2003-cü ildə Gənclər və İdman Nazirliyində turizm idarəsinin rəisi təyin olunub. Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra isə T.Mehdiyev turizm üzrə nazir müavini vəzifəsinə irəli çəkildi.
2011-ci ildə Teymur Mehdiyev Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. Elə həmin ilin iyulunda Teymur Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARBaş nazirin birinci müavini Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibidir.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARSəhiyyə naziri Oqtay Şirəliyevin övladlarından biri bizimlə həmkardır. Nazirin üç övladından biri - Nərgiz Şirəliyeva Rusiya telekanallarının birində jurnalist kimi fəaliyyət göstərir. O.Şirəliyevin böyük oğlu Murad Şirəliyev isə bank sektorunda çalışır.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARPrezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bir qızı və bir oğlu var. Oğlu Şamxal Həsənli "Kaspi Global" istehsalçı şirkətinin rəhbəridir.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARBakı Metropoliteninin rəisi Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakim, digəri isə Xarici İşlər Nazirliyində çalışır.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARXəzər rayon prokuroru Fəxri Ələsgərov Milli Məclisin sabiq spikeri, mərhum Murtuz Ələsgərovun oğludur. Onun qardaşı Fuad Ələsgərov isə Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiridir.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARSabiq təhsil naziri Misir Mərdanovun üç övladından biri Rizvan Mərdanov polis zabitidir. O, DİN-in Narkotiklə Mübarizə İdarəsində işləyir. Nazirin iki qızından biri Samirə Mərdanova filologiya elmləri namizədidir, Bakı Dövlət Universitetində Azərbaycan dili və metodika kafedrasında dosent vəzifəsinində çalşır.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARXəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun oğlu zəngin adamlar sırasına daxil edilir. Məlumatlara görə, üzdə görünməyi çox sevməyən İlqar Bəşirov atası kimi gəmiçilik sahəsində çalışır. İ.Bəşirova məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARAzərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da məmur oğludur. Onun atası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovdur.
Pərviz Şahbazov 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARKeçmiş vergilər naziri Fazil Məmmədovun qızını Selcanxatun ailə holdinqi kimi tanınan "Synergy Group" Şirkətlər Qrupuna rəhbərlik etdiyi bildirilir. Nazir qızı Londonda yaşayır və orada bizneslə məşğuldur.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARGənclər və idman naziri Azad Rəhimovun bir övladı var. Nazirin oğlu Arif Rəhimov "Baku Grand Prix" şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1″in "Qran Pri" yarışının təşkilatçısıdır.
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARLamiyə Məmmədova


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6137   Tarix: 14 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

TOP MP3