AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMA

AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAAzərbaycan vətəndaşları futbol məşqçisi olmaq üçün ölkə daxilində və xaricdə təşkil olunan kurslara qatıla bilərlər.

"Report"un araşdırmasına əsasən, AFFA-nın "C" kateqoriyalı məşqçi kursları ilk dəfə 2006-cı ildə təşkil olunub. UEFA-nın "B" kursu 2005-ci, UEFA-nın "A" kursu isə 2007-ci ildə start götürüb. UEFA-nın "Pro" kursu ilk dəfə 2011-ci ildə keçirilib. 2017-ci ildən isə AFFA tərəfindən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədilə "D" kateqoriyalı məşqçi kursuna başlanılıb.

Ötən müddət ərzində AFFA-nın təşkil etdiyi kurslara qatılanlardan 23-ü "Pro", 88-i "A", 176-sı "B", 257-si "C" lisenziyası alıb. Onların sırasında Azərbaycanla yanaşı, xarici ölkə vətəndaşları da var. Bu baxımdan, milli assosiasiyanın təşkil etdiyi kurslardan daha çox bəhrələnənlər türkiyəlilərdir. "Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak, "Bakı" və "Xəzər Lənkəran"a rəhbərlik etmiş Cüneyt Biçer, eləcə də Murat Yoldaş və Yüksel Kepoğlu "Pro" lisenziyasına yiyələniblər. Sebahattin Tekin, Mehmet Ak, Uğur Kulaksız, Oktay Ocak "A" lisenziyası, Mehmet Ali Keskiner, Özgür Ataçocuğu, Murat Çölbəyi, Osman Hayrettin, İsmayıl Kurt, eləcə də Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu İbrahim Üzülməz "B" lisenziyası alıblar. Cenqiz Cihad, İskəndər Eroğlu, Taner Savut və Murat Ekitaş isə "C" lisenziyası götürüblər.
AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAHəmçinin, AFFA-nın təşkil etdiyi kurslarda AZAL-ın sabiq idman direktoru ingiltərəli Daril Uillard "Pro", "Qarabağ"ın fiziki hazırlıq üzrə bolqarıstanlı məşqçisi Çudomir Çakarov, Bakının "İnter" (hazırkı "Keşlə") klubunun Müşahidə Şurasının sabiq sədri, almaniyalı Yohann Enqbrext isə "B" lisenziyası alıb.

AFFA-nın maarifləndirmə üzrə direktoru Aslan Kərimov "Report"a deyib ki, bir şəxsin futbol məşqçisi sənətinə yiyələnməsi üçün onun oyunçu karyerasının olması şərt deyil: "Əlbəttə, belə bir təcrübənin mövcudluğu məşqçidən ötrü üstünlükdür. Ancaq peşəkar futbolçu karyerası olmayanların da böyük uğurlara imza atdıqlarını görmüşük".

46 yaşlı mütəxəssisin sözlərinə görə, kurslara yazılmaq üçün standart sənədlər və ödəniş tələb olunur: "Bura ərizə, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında arayış, 2 ədəd fotoşəkil (3x4), hər kurs üçün müvafiq ödəniş tələb olunur. "C" kateqoriyası üçün məhkumluq haqqında arayış da təqdim edilməlidir. Burada söhbət pedofilliyə görə məhkumluğun olub-olmamasını dəqiqləşdirməkdən gedir. UEFA bu şəxsləri kursa götürməməyi tövsiyə edir. Çünki "C" lisenziyasını alan şəxs uşaqlarla işləyəcək".

AFFA-nın məşqçi kurslarına qatılmaq istəyən 18 yaşına çatmış şəxslər onlayn şəkildə (http://www.affa.az/index.php/ctimaiyyt/mqilr/how-become-a-coach/249) müraciət edə bilərlər. Həmçinin milli assosiasiyanın +994 12 404 27 77 (daxili: 11-30) nömrəsi ilə əlaqə saxlayaraq, kurslara yazılmaq olar. Məşqçi kursları ilə bağlı elanlar mütəmadi olaraq AFFA-nın rəsmi saytında yerləşdirilir. Kurslara başlamaq üçün bir sıra sənədlər və ödəniş tələb olunur. Ödəniş qarşılığında iştirakçılar geyim, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. "C" və "B" kateqoriyalı kurslarda, eləcə də lisenziyaların yenilənmə kursları zamanı AFFA-nın Futbol Akademiyasında eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir. "A" və "Pro" lisenziyası üçün kurslarda isə otaq mütləq təqdim olunur.
AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAKurslarda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

AFFA "C" kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Məhkumluq haqqında arayış; 3. Şəxsiyyət vəsiqəsinin surəti; 4. Sağlamlıq haqqında arayış; 5. 2 ədəd fotoşəkil (3x4)

Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. "C" kursunun müddəti cəmi 15 gün təşkil edir.

Kurs iştirakçıları polo köynək, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. Kurs ilə eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir.

UEFA "B" kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; 3. Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3x4); AFFA "C" lisenziyanın surəti

Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. "B" kursunun müddəti 3,5 ay təşkil edir.

Kurs iştirakçıları polo köynək, alt-üst idman kostyumu, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. Kursla eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir.

UEFA "A" kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3x4); UEFA "B" lisenziyanın surəti

Kursda iştirak üçün ödənişin məbləği 2000 manatdır. "A" kursunun müddəti fasilələrlə 5-6 ay dəvam edir.

Kurs iştirakçıları otaq, polo köynək, alt-üst idman kostyumu, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar.
AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAUEFA "Pro" kateqoriyalı məşqçi kursu

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3x4); UEFA "A" lisenziyanın surəti

Minimum yaş həddi 28-dir. "A" lisenziyası qüvvədə olmalıdır (müddətin uzadılmasından 3 ildən az müddət keçməlidir). "A" lisenziyasını ən azı "3" qiyməti ilə almalıdır. Premyer Liqa, I Divizion klublarında, Premyer Liqa klublarının əvəzedici komandasında və ya milli komandalarda ən azı 2 illik iş təcrübəsi olmalıdır.

Təxminən, 1 il 4 ay sürən kurs ərzində iştirakçı öz maddi vəsaiti hesabına 3 praktika keçməlidir: 1 praktika hazırlıq dövründə, 2 praktika Qərbi Avropa klublarında (həftəlik dövr). Kursda iştirak üçün ödənişin məbləği 4000 manatdır. "Pro" kursu fasilələrlə 1 il davam edir.

Kurs iştirakçıları otaq, nümayiş və məşq paltarları, qələm-dəftər, gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar.

Lisenziyaların yenilənmə kursları

1. Ərizə; 2. Şəxsiyyət vəsiqəsinin surəti; Sağlamlıq haqqında arayış; 2 ədəd fotoşəkil (3x4); Lisenziyanın surəti

Kursda iştirak üçün ödənişin məbləği "C" lisenziya üçün 100 manat, "B" lisenziya üçün 300 manat, "A" lisenziya üçün 500 manat, "Pro" lisenziya üçün 700 manat təşkil edir. Yeniləmə kursların müddəti 2 gündür (15 saat).

Kurs iştirakçiları qələm-dəftər, kurs ərzində gündəlik 3 dəfə yemək və kofe-breyklə təmin olunurlar. Kurs ilə eyni vaxtda milli komanda toplanışda olmasa, iştirakçıya otaq da verilir.

Bütün hallarda ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər. Ödənişlərdən əldə olunan vəsait təşkilati xərcləri qarşılamağa sərf edilir.

AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAA.Kərimov orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədi ilə "D" kateqoriyalı məşqçi kursunun 3 günü əhatə etdiyi və bunun üçün heç bir ödəniş tələb olunmadığını bildirib. Onun sözlərin görə, "C", "B", "A" və "Pro" lisenziyası üçün ödəniş etmək lazımdır: "C" kateqoriyalı məşqçi kursları 15 günü əhatə edir. "B"də isə 3,5 aya qədər çəkir. Çünki burada artıq söhbət reallığa əsaslanan öyrənmə prosesindən gedir. Bu lisenziyanı almaq istəyən məşqçinin komanda ilə iş təcrübəsi olmalıdır. "A" kateqoriyası 6 aya yaxın davam edir. Bu kurslara gələnlər, məsələn, U-17 və ya U-19-un Avropa çempionatının seçmə oyunlarını izləyib, təhlillər aparmalıdırlar. Rəsmi iş yerin olmasa belə, təminat verməlisən ki, hansısa U-17 və ya U-19 komandasını ən azı 3 dəfə məşqə, 1 dəfə oyuna çıxarmalısan. Məşq keçməsən, məşqçi ola bilməzsən. Bu, artıq aksiomdur. Kurs ərzində təcrübə aparmaq imkanın olmalıdır. Məsələn, məğlub durumda olarkən, 4-2-2 sxemindən 4-3-3 düzülüşünə necə keçəcəksən? Lövhə üzərində hər şey əla ola bilər, "Barselona"nı da udarıq. Ancaq reallıqda bunu edib-edə bilməyəcəyini yalnız iş başında görmək mümkündür. "Pro"da isə tələblər daha yüksəkdir. Burada adətən, 7 modul olur. Sonuncuda isə 8-ci modul da əlavə olundu. Kurs iştirakçıları DÇ-2018-in oyunlarını analiz edərək, imtahan verdilər".

A.Kərimov deyib ki, Azərbaycanın əsas milli komandasının heyətində ən azı 1 oyun keçirən futbolçuya avtomaik olaraq "C" lisenziyası verilir: "Lakin biz həmin şəxslərə tövsiyə edirik ki, onlar qeyri-rəsmi də olsa, kurslarda iştirak etsinlər. Bu, sabiq milli üzvlərinin özləri üçün faydalıdır".

Gənc mütəxəssis AFFA-nın növbəti "Pro" kateqoriyalı məşqçi kursunu müstəqil təşkil edəcəyini bildirib: "İndiyə qədər AFFA-nın keçirdiyi UEFA-nın "Pro" kurslarında Avropa futbol qurumundan gələn mütəxəssislər də iştirak edirdilər. Lakin sonuncu kursdan sonra etimadı doğrultduğumuz üçün bu işi müstəqil şəkildə reallaşdırmağımıza icazə verildi".

AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMAƏvvəlki illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının diplomu "C" lisenziyası kimi qəbul edilirdisə, artıq buna icazə verilmir. Ancaq A.Kərimovun sözlərinə görə, hazırda AFFA ilə ADBTİA arasında danışıq gedir: "Bizim akademiyada tələbələrə kurs keçməyimizi və buna uyğun olaraq, məzunlara "C" lisenziyası verməyimizi istəyirlər. Ancaq vaxt məsələsi var, çatdırıb-çatdırmayacağımızı bilmirik. Ona görə də bu təklif hələ açıq qalıb".

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu olan A.Kərimov onu da bildirib ki, hazırda il ərzində AFFA tərəfindən 5-6 dəfə "C" lisenziyası, 1 dəfə "B" və "A" lisenziyası almaq üçün kurslar təşkil olunur. "Pro" kursları isə 3 ildən bir olur. Həmçinin 6-7 dəfə "D" lisenziyası üçün kurslar baş tutur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1046   Tarix: 13 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

28 marşrutun hərəkət sxemi dəyişdirilir - Bu tarixdən

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır. BİG.AZ xəbə

13.05.2026 312
.

Sabah 30° isti olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatur

13:32 161
.

Bölgələrdə Müəllim Çatışmazlığı: Təhsilin Keyfiyyətinə Təsir Edən Əsas Problemlər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son illər ölkənin müxtəlif bölgələrində müəllim çatışmazlığı problemi təhsil sistemində ciddi müzakirə mövzularından birinə çevrilib. Xüsusilə kənd və ucqar rayon məktəblərində ixtisaslı pedaqoqların azlığı tədrisin keyfiyyətinə birbaşa təsir göstərir və şagirdlərin bərabər təhsil imkanlarına çıxışın

14:16 182
.

May pensiyaları ödənildi

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası üzrə də bu ayın pensiya ödənişi yekunlaşıb. Respublikamızın digə

12:05 213
.

BƏƏ Netanyahunun İran müharibəsi zamanı BƏƏ-də BƏƏ prezidenti ilə gizli görüş keçirdiyini təkzib etdi

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi çərşənbə günü İsrail Baş naziri Binyamin Netanyahunun ofisinin onun ölkəyə səfər etdiyi və prezidenti ilə gizli görüş keçirdiyinə dair açıqlamasını təkzib edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İsrail Baş Nazirinin Ofisi bildirib ki, o, İranl

11:02 177
.

Ermənistan Rusiyadan ayrılır? - Alen Simonyan danışdı

Erənistanın Rusiya ilə münasibətlərində gərginlik yaşansa da, rəsmi İrəvan Moskva ilə əlaqələri tamamilə kəsmək niyyətində olmadığını açıqlayıb. xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin spikeri Alen Simonyan -in YouTube kanalına müsahibəsində danışıb. "Biz Rusiya Federasiyasından ayrılma

10:25 172
.

Vəhşi heyvanların vurduğu ziyana görə kompensasiya qaydası

Havaların istiləşməsi ilə birgə rayon və kəndlərə vəhşi heyvanların hücumu çoxalıb. Bəzən onlarla mübarizə də çətinləşir. Bəs bu halda qanun nə deyir? . Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, vəhşi heyvanların hücumu nəticəsində dəymiş ziyana gör

12:46 202
.

İrandakı iqtisadi böhran Azərbaycana təsir edə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Yaxın Şərqdə iqtisadi və sosial problemlərlə gündəmə gələn İran bu dəfə rekord səviyyədə inflyasiya və ərzaq böhranı ilə diqqət mərkəzinə düşüb. Sky News kanalının yaydığı məlumata görə, ölkədə inflyasiya səviyyəsi 115 faizi keçib, əsas ərzaq məhsullarının qiymətində isə ciddi artım müşahidə olunur

11:38 205
.

Ən çox "Avroviziya" qalibi olan ölkələr

"Avroviziya" mahnı müsabiqəsi tarixində bir çox ölkə dəfələrlə qalib gələrək yarışmanın rekordçularına çevrilib. xarici mediaya istinadən xəbər verir ki, ən çox qələbə qazanan ölkələr siyahısında İrlandiya və İsveç liderdir. Hər iki ölkə "Avroviziya"da 7 dəfə birinci olub. İrlandiy

13.05.2026 296
.

TOP MP3