Ramiz Mehdiyev AMEA-da islahatlara başlayır

Ramiz Mehdiyev AMEA-da islahatlara başlayırAzərbaycan Milli Elmlər Akademiyasında (AMEA) artıq qurumların ləğv olunması, bəzi müəssisələrdəki şişirdilmiş ştatların olması, ehtiyac duyulmayan mütəxəssislərin çoxluğu nəzərdən keçiriləcək.

BiG.AZ xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada aparılacaq islahatlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, AMEA Prezidenti akademik Ramiz Mehdiyev bu qurumda aparılacaq islahatlarla bağlı öz baxışını Rəyasət Heyətinin yaxın günlərdə keçiriləcək iclasında açıqlayacaq:

"AMEA-da aparılacaq köklü islahatlar barədə akademik Ramiz Mehdiyevin fikirləri var. Onun öz fikirlərini akademiyanın elmi ictimaiyyəti qarşısında açıqlayacağını gözləyirik. Akademik Ramiz Mehdiyev uzun illər daşıdığı yüksək vəzifədə olarkən də AMEA-nın fəaliyyətinə nəzarət edib. O, akademiyada gedən proseslərə dərindən bələddir. İndi də təyin olunduğu gündən akademiyadakı prosesləri araşdırır. Hesab edirəm ki, akademik Ramiz Mehdiyevin AMEA prezidenti təyin olunması Azərbaycan Prezidenti İlham Əliyevin qurumun mövqeyinin möhkəmlənməsi, onun daha da inkişaf etdirilərək yeni mərhələyə çatdırılması istiqamətində atdığı addım kimi mühüm əhəmiyyətə malikdir. Konkret olaraq, Mətbuat və İnformasiya İdarəsinin İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə çevrilməsi şübhəsiz ki, akademiyada aparılacaq struktur islahatları və optimallaşdırma siyasəti ilə əlaqədardır".

Qeyd edək ki, oktyabrın 23-də akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilib. R.Mehdiyevdən əvvəl bu vəzifəni akademik Akif Əlizadə icra edib.

Xatırladaq ki, AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunub və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb. Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə yeni müdir təyin olunub. AMEA-da bu vəzifəni daha əvvəl Zülfüqar Fərzəliyev icra edirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 680   Tarix: 13 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

11:34 612
.

Qəzzada həlak olan BMT-nin işçilərinin sayı 188-ə çatıb

İsrail 7 aydan çoxdur ki, Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölən və yaralananlar günü gündən artır. Onlar arasında BMT işçiləri də var. Ölən işçilərin sayı 188 nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliy

12:00 102
.

Con Svinni Şotlandiyanın baş naziri oldu

Şotlandiya Milli Partiyasının yeni lideri Con Svinni səsvermədə iştirak edib. BİG.AZ xəbər verir ki, o, Şotlandiyanın yeni baş naziri olub. Qeyd edək ki, Con Svinni Həmzə Yusafın yerinə keçib. C. Svinni ölkənin keçmiş maliyyə naziri olub. Liderlik yarışında digər üç namizəd 31 səslə Duqlas Ross, 22 səsl

12:13 89
.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

10:45 96
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

07.05.2024 407
.

Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib. xəbər verir ki, o bunu mayın 7-də keçirdiyi mətbuat konfransında deyib. Baş nazir 44 günlük müharibədən qaçmağın niyə mümkün olmadığını izah edib. "2018-ci ildən Dağlıq Qarabağd

07.05.2024 310
.

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb. xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Fransanın müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan tələbələr Fələstinə dəstək aksiyalarını davam etdirirlər. Fələstin Elmlər Komitəsinin Po Paris məktəbinin sosia

07.05.2024 223
.

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb. xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, hücum Yunnan əyalətinin Kaotonq əyalətindəki Cinxiong Rayon Xalq Xəstəxanasında bıçaqla həyata keçirilib. Səlahiyyətlilər hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edəni

07.05.2024 408
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

15:11 104