Azərbaycan hava limanlarında sərnişin axını rekord həddə çatıb

Azərbaycan hava limanlarında sərnişin axını rekord həddə çatıb2019-cu ilin ilk 10 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 milyon sərnişin təşkil edib, bu da son illərin rekord göstəricisidir.

Bunun dörd milyondan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur.

Naxçıvan hava limanı 541 min sərnişinə xidmət göstərib, Gəncənin hava limanı isə – 127 min sərnişinlə üçüncü olub.

Sözügedən müddət ərzində milli aviadaşıyıcı – AZAL 1,72 milyon sərnişin, Azərbaycanın loukost aviaşirkəti "Buta Airways" isə 499 min sərnişin daşıyıb.

Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,52 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı, "Türk Hava Yolları" (Türkiyə, 418 min sərnişin), "FlyDubai" (BƏƏ, 207 min), "Aeroflot" (Rusiya, 167 min), "AirArabia" (BƏƏ, 141 min), "UIA" (Ukrayna, 107 min), "Qatar Airways" (Qətər, 90 min), "Lufthansa" (Almaniya, 59 min) və "SCAT" (Qazaxıstan, 52 min) daxil olub.

2019-cu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 32 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 4133   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısında

Bakı şəhəri UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin "dizayn" tematikası üzrə siyahıya salınıb

05.11.2019 4076
.

Naftalan sanatoriyası MDB-də ilk üçlüyə daxil oldu

Turizm portalı "TurStat" MDB məkanında istirahət və tibb sağlamlığı üçün nəzərdə tutulan kurortların reytinqini təqdim edib. Məlumatda bildirilir ki, rusiyalı turistlər payız fəslində, əsasən, Belarus, Azərbaycan və Qazaxıstana üz tuturlar:. "Belarusun Naroç gölü sahilində yerləşən kurortlar

20.11.2019 3698
.

Almaniyalı bloqer: Bakıya aşiq oldum

Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi "Instagram" hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb. -a istinadən xəbə

29.07.2019 4006
.

Antalya turist vergisinə "yox" dedi

Türkiyənin Antalya əyalətinin səlahiyyətliləri bu şəhərin merinin turist vergisinin tətbiqi təklifinə qarşı çıxıblar. Rusiya Turoperatorları Assosiasiyasının (ATOA) məlumatına görə, iyul ayının əvvəlində Antalya meri Mühiddin Böcek bəyan edib ki, türk kurortuna şəhər infrastrukturunun dəstəklənməsi üçü

29.07.2019 3546
.

Deyranın ləziz yeməkləri

Deyra Dubayın ən qədim rayonlarından biridir. Hindistan, Pakistan, İrandan və regionun digər ölkələrindən olan miqrantlar ilk dəfə məhz burada məskunlaşıblar. Hələ Dauntaunla "Dubai Mall" və ya "Dubai Marina" kimi dəbdəbəli rayonlar əmələ gəlməmişdən əvvəl şəhər həyatı və ticarə

26.06.2019 4182
.

Istanbula möhtəşəm Mega tur !

Istanbula möhtəşəm Mega tur Mart ayında sizi unudulmaz Istanbul turu gözləyir. Novruz bayramının yadda qalan olmağını istəyirsiniz ? Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini - məkanlarını gəzəcəksiniz. Azərbayca

04.02.2020 408
.

Azərbaycanın beynəlxalq hava limanları 2019-cu il üçün 2,4 milyon sərnişinə xidmət göstərib

Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil edib. Bunun da 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları"

29.07.2019 3248
.

Azərbaycanlılar niyə Antalyanı seçir?

Ölkəmizdən 2370 kilometr uzaqda yerləşən, Türkiyənin ən böyük turizm bölgələrindən olan Antalyaya hər il minlərlə Azərbaycanlı səfər edir. Son illər sayları artan turizm şirkətləri arasında yaranan rəqabət mühiti qiymətlərə də təsirsiz ötüşmür. -a istinadən xəbər verir ki, təxminən 350 manatdan başlaya

29.07.2019 3876