Personajlarının həyatının heyrət doğurduğu hekayə - YENİ SAKİN

Personajlarının həyatının heyrət doğurduğu hekayə - YENİ SAKİNBiG.AZ son zamanlar sosial şəbəkələrdə fenomenə çevrilmiş Əfsanə Məryəm Sıla adlı azərbaycanlı gənc yazıçının "Yeni sakin" adlı daha bir hekayəsini təqdim edir:

- Evdə tapılan adam deyildi. Bəlkə də yadından belə çıxmışdı məni alıb soyuducuya atdığı. O qədər qaldım ki orada, axırda son istifadə...

- Aaa... Gül!

Həmsöhbəti qəfildən az qala qışqıraraq onun sözünü kəsdi. Bərəlmiş gözləri ilə gah ona, gah da onun arxa tərəfində bir istiqamətə mat-mat baxırdı.

- Əşşi... Nolsun?! Yəqin sünidir, ya da solub daha, gətirib tullayıblar bura.

Həmsöhbətinin heyrəti hələ də keçməmişdi:

- Yox ee, nə süni, nə solmuş?! Lap təptəzə güldür. İndicə gətirib atdılar. Dön bir baax.
Bezgin halda çönüb arxaya baxdı. Bu dəfə o özü də heyrətini gizlədə bilmədi.

- Aaaa... Bunu niyə bura atıblar?

Tər qızıl güllərdən zövqlə bağlanmış buket küskün-küskün düşdüyü bu vahiməli, iyrənc yerə baxır, şahzadə ədasıyla əlini-ətəyi yığıb kirlənməməyə çalışırdı.
Təəccüblə seyr edən ağzı açılmamış konserv qabı bu dəfə onu heyrətə salan sualı gülün özünə verdi:

- Yaxşı, bizi bildik. Səni niyə atıblar bura?

Ağlamamaq üçün özünü güclə saxladığı səsinin titrəməsindən hiss olunurdu çiçəyin:

- Bilmirəm, - dedi.

Bu qəribə mənzərəyə artıq oranın bütün sakinləri toplanıb heyrətlə baxırdı. Yalnız 1/3-i yeyilmiş qarpız, boş şirə şüşələri, kiflənmiş soğan, kartof, solmuş göyərtilər və daha "kimlər", "kimlər"...

Gül burdakıları izləyib, bəlkə bir az da özünü onlarla muqayisə edib danışmaq, açıqlama vermək ehtiyacı duydu. Onların halı göz qabağındaydı. Bəs özü? Axı onu necə atmaq olardı?!

- Mən Bilik Günü öncəsi bağlanıb hazırlanmış, vitrinə düzülmüş buketlərdən biri idim. Hamımız özümüzü dükanın ən gözəl buketi hesab edirdik. Hətta bu barədə mübahisəmiz də olurdu.
Dünən dükana bir ana və balaca qızı gəldi. Qız içəri girən kimi elə bil o dəqiqə gözü məni tutdu. Gəlib yaxınımda durdu. Həsrətlə mənə baxdı. Mən də ona baxıb gülümsədim. Yanımda durmuş rəqiblərimə də göz süzdürüb onlardan üstün olduğumu vurğulamağı da unutmadım.
Amma qızın anası mən tərəfə gəlmirdi ki, gəlmirdi. Məndən qat-qat görkəmsiz, qat-qat kiçik buketlərə baxır, qiymətlərini soruşur, qərar verməkdə çətinlik çəkirdi. Nəhayət, balaca qızcığaz anasına yaxınlaşıb ətəyini dartışdırmağa başladı. Əli ilə məni göstərib:

- Ana, buuu... Bunu istəyirəm! - dedi.

Qadın satıcıdan qiymətimi öyrənəndən sonra tutuldu. Qızının qarşısında çöküb:

- Amma bu çox bahadır, qızım. Gərək bütün pulumuzu buna verəm.

Qızın yerə dikilmiş dolmuş gözləri yola gəlmədiyini göstərirdi. Bir azdan gözlərindən dükanın yerinə damlayan göz yaşları anasına çarə buraxmadı. Satıcıya yaxınlaşıb asta səslə:

- Bir az endirim etsəniz olarmı? - dedi.

Onun bayaqdan xeyli gülün qiymətini soruşub yenə də qərar verə bilməməsindən təngə gəlmiş satıcı soyuq və kəskin cavabladı sualı:

- Olmaz, xanım! Elə bunlar ən endirimli qiymətlərdir. Aşağı yeri yoxdur!

Ana yenə yola gətirmək ümidi ila qızına yaxınlaşdı:

- Gülüm, bax mən bunu alsam, gərək sənə o bəyəndiyin bantları almayam, ayın sonuna qədər sənə məktəb xərcliyi verməyəm. Pulum qalmır axı, ana qurban...

Qız artıq hıçqıraraq:

- İstəmirəm heç nə!!! Bantları da, xərcliyi də istəmirəm! Bu buketi istəyirəm! - dedi.

Nəhayət, ana çarəsiz qalıb məni aldı və mən ana və qızı ilə birgə onların balaca mənzilinə yollandım.

Hamı gülün hekayəsini maraqla dinləyir, hekayənin sonunu, bura necə gəlib çıxdığını bilməyə tələsirdi. Gülsə davam edirdi:

- İnanırsız, o gecə yatmadı o qızcığaz. Başıma dolandı, mənimlə söhbət etdi, əzizlədi, balaca əlləri ilə sığalladı. "Müəlliməm sevinəcək, sən çox gözəlsən," - deyirdi. "Onun çox xoşuna gələcəksən,"- deyirdi.

Səhəri gün məni qucağına alıb məktəbə apardı balaca qız. Elə fəxrlə, qürurla addımlayırdı ki, sanki çox böyük bir zəfərə imza atmışdı. Doğrudan da, axı o müəlliməsinə ən gözəl buketi verəcəkdi. Verdi də...

Gül başını aşağı salıb susdu...

Maraq içində onu dinləyənlər yerbəyerdən dilləndi:

- Bəs sonra???

- Sonra noldu???

Səsi titrəyərək son cümlələrini dedi gül:
- Heç nə! O da məni bura atdı... Dedi ki, bu nədir eee, hərəsi bir buket götürüb gəlib üstümə?! Buna verilən pulu özümə versəydilər, nolardı sanki?!
Dinləyicilər təəssüflə kökslərini ötürüb ona təsəlli verməyə başladı. Sonra gülün kefini açmaq üçün hərə öz hekayəsini danışmağa başladı. Gül isə demək olar ki, heç dinləmir, onlarla bir tutulmasını, belə bir yerə atılmasını heç cür qəbul edə bilmirdi.

Öz hekayəsini danışıb tamamlayan qarpız, sonda üzünü gülə tutub:
- Yəni ki, ürəyini sıxma. Sən tək deyilsən, - dedi.

Onun özü ilə gülü bir tutması lap hövsələdən çıxardı gülü. Qəzəblə:
- Siz başqa, mən başqa. Sizi atmaları aydındır. Məni necə ata bilərlər?!

Bu söz sakinlərin hamısına ağır gəldi. Yerbəyerdən dillənməyə, etiraz etməyə başladılar. Səs-küy bir-birinə qarışdı:
- İndi olmasa da, solanda onsuz da yerin bura idi.
- Sən gülsən yeyiləsi, içiləsi bir şey deyilsən. Bizi vaxtında xarab edib yararsız hala salmasalar, burda nə işimiz vardı ki?!
- Hə elə onu de. Sən isə əvvəl-axır bura gələcəkdin.

Mübahisə get-gedə qızışırdı. Səsdən qulaq tutulurdu. Elə bu vaxt zibil qabına kimsə yaxınlaşdı. Bir torba tullayıb getdi. Hamı maraqla yeni sakinə yönəldi. Yaxınlaşıb baxdılar. Torbada azacıq boyatlaşmış bütöv bir çörək göründü və araya sonsuzluq qədər uzun bir sükut çökdü...


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 764   Tarix: 11 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 252
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14.12.2025 563
.

Soyuducuya şüşə banka qoymayın - XƏBƏRDARLIQ

Soyuducuda şüşə banka saxlamaq göründüyü qədər təhlükəsiz deyil. Mütəxəssislər bildirirlər ki, şüşə materialı temperatur dəyişikliklərinə qarşı həssas olduğundan, ani soyuma və ya içindəkilərin donması nəticəsində çatlama və ya qırılma ehtimalı artır. Bu isə həm qida itkisinə, həm də təhlükəli qırı

13.12.2025 343
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 461
.

45 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı: "Allah əməyimizi itirmədi"

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb. Pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə danışıb və pasiyentin həyatını xilas etdiyi üçün çox böyük sevinc hissi yaşadığını deyib

13.12.2025 331
.

Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO

Bakıda keçirilən toy məclisindən sosial şəbəkələrdə maraq doğuran görüntülər yayılıb. xəbər verir ki, kadrlar qısa zamanda gündəmə çevrilərək minlərlə istifadəçi tərəfindən izlənilib. Görüntülərdə bəy və gəlinin məclisin düz ortasında boks əlcəklərini taxaraq məşq elementləri yerinə yetirdiyi əks olunur

14.12.2025 1081
.

Xərçəngdən ölüm sayı 2050-ci ilə qədər ikiqat artacaq - Araşdırma

Dünyanın ən genişmiqyaslı qlobal xəstəlik araşdırma proqramı olan Qlobal Xəstəlik Yükünün (GBD) apardığı tədqiqatlar qorxunc proqnozları üzə çıxarıb. xəbər verir ki, tədqiqatların nəticələrinə görə zəruri tədbirlər görülməsə, dünyada xərçəngdən ölüm hallarının 2050-ci ilə qədər ikiqat artacağı gözlənilir

14.12.2025 525
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 667
.

Zərifsiniz, yoxsa yox: Hansı üzüyü seçəcəksiniz? - Psixoloji TEST

Bu test intuitiv seçimlərə əsaslanır və sizin haqqınızda ilk baxışdan göründüyündən daha çox şey aşkar edə bilər. Özünüzü zərif insan hesab edirsinizmi? Daxili reaksiyanız çox güman ki, bəli olacaq. Lakin zərifliyin yalnız geyimlə ölçülmədiyini - həm də davranışımızda, ünsiyyətimizdə və başqalarına nec

14.12.2025 936
.

TOP MP3