Bədənində lobya bitən siçan görənləri heyrətə düşürdü - VİDEO

Bədənində lobya bitən siçan görənləri heyrətə düşürdü - VİDEO
Hindistanın Radham bölgəsində görənləri çox təəcübləndirən bir hadisə yaşanıb.

Datar Singh adlı bir fermer tarlasına getdikdə kürəyində lobya bitkisi böyüyən, canlı şəkildə bir siçanla qarşılaşıb. Sinq və ətrafındakılar təəcüblə siçanı incələyərək videoya çəkib. Heyvanın olduqca ağrı çəkdiyini bildirən fermerin onu evinə apararaq lobya bitkisini kürəyindən çıxardığı açıqlayıb.
Sinq lobya toxumunun siçanın kürəyindəki açıq yaraya düşərək böyümüş ola biləciyini deyib.

Yaxınlıqdakı bir kollecdə biologiya departamentinin başçısı professor A. Sıddıki “Bu bir möcüzədir. Bitkinin siçanın boynuna yaxın yerdə böyümüş olmasına baxmayaraq hər hansı bir beyin zədələnməsi yoxdur” deyə bildirib.(metbuat)


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1616 Tarix: 09.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər