Hansı xəstəxanalar və xidmətlər pulsuz olacaq? - İcbari Tibbi Sığortaya 2 ay qaldı

Hansı xəstəxanalar və xidmətlər pulsuz olacaq? - İcbari Tibbi Sığortaya 2 ay qaldıAzərbaycanda 2020- ci ilin yanvarın 1-dən etibarən uzun illərdir ki, əhalinin gözlədiyi İcbari Tibbi Sığorta sistemi tətbiq edilməyə başlanılacaq.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu məqsədlə yaradılan İcbari Tibbi Sığorta üzrə Agentlik 2016-cı ildən fəaliyyətə başlayıb.

2016-cı ildə tibbi sığorta pilot layihə kimi Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018- ci ildən etibarən isə Ağdaş rayonunda tətbiq edilir. 2019- cu il İTS-nin ölkə üzrə tətbiqinə hazırlıq ilidir. Hazırda bu istiqamətdə son tamamlama işləri həyata keçirilir.

Qeyd edək ki, İTS sistemi baza və xidmətlər zərfindən ibarətdir. Xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Bura ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti daxildir. Xidmətlər zərfinə daxil edilən xidmətlərin siyahısının hazırlanmasının hansı mərhələdə olmasına cavab olaraq Agentlikdən "Qafqazinfo"ya bildirilib ki, ölkədə İTS-nin tətbiqini təmin edəcək vacib sənədlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır. Sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bu arada əlavə edək ki, 2020-ci ildən artıq İTS haqlarının toplanılmasına başlanılacaq. Xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.

Xidmətlər zərfinin əlavə hissədən istifadə etmək üçün isə İTS haqqı ödənilməlidir.

Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər;

peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan vətəndaşları;

"Əmək pensiyaları haqqında" qanuna əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;

"Sosial müavinətlər haqqında" qanuna əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;

"Ünvanlı sosial yardım haqqında" qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan şəxslər;

Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar;

Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Ancaq sığorta adları çəkilən imtiyazlı təbəqələr üçün dövlət büdcəsi hesabına ödəniləcək.

İkinci qrup isə işləyən əhalidir.

Milli Məclis və Prezident tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə və əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi işəgötürən tərəfindən, işçinin əmək haqqının aylıq 2 faizi işçi tərəfindən ödəniləcək.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üzrə də illik 120 manat müəyyən edilir. Bu o deməkdir ki, işləyən əhali təbəqəsi üçün yanvarın 1-dən etibarən əməkhaqlarından aylıq 10 manat pul çıxılacaq. Onun 2 faizini işçi, yerdə qalan 2 faizini isə işəgötürən ödəyəcək.

Sığorta haqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.

Hazırda işlərin hansı mərhələdə olması barədə "Qafqazinfo" bir neçə sualla Agentliyə sorğu göndərib.

Bütün özəl tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə qoşulması məsələsi gəlincə isə, qeyd edilib ki, 2020-ci ilin yanvar ayından başlayaraq xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər göstərəcək dövlət tibb müəssisələrinin siyahısı açıqlanıb. İcbari tibbi sığortanın tətbiqi prosesində əməkdaşlıq ediləcək qeyri-dövlət tibb müəssisələri ilə müqavilə imzalandıqda bu haqda məlumat Agentliyin saytında yerləşdiriləcək.

Agentliyin strateji satınalmalar üzrə strategiyası ilə bağlı suala cavab olaraq vurğulanıb ki, "Tibbi sığorta haqqında" AR Qanunun 15-3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb təchizatçıları və ya tibbi ərazi bölmələri icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər. Sözügedən tələblər layihəsi tərəfimizdən hazırlanmış və aidiyyəti qurumlara təqdim olunmuşdur. Hazırda layihə razılaşdırılma mərhələsindədir.

İTS-yə daxil olan tibb müəssisələrinin elektronlaşdırma prosesinin nə yerdə olmasına gəlincə isə, bildirilib ki, tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (bundan sonra İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, İTS-nin məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. Bu günədək internetə çıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 106 tibb müəssisəsində kabelləşmə işləri artıq icra olunub. Ümumilikdə ölkə üzrə tibb müəssisələri 3092 ədəd kompüter avadanlığı ilə təchiz olunub.

İKT sahəsi üzrə görülən işlər tibb müəssisələrinin personalı üçün müvafiq təlimlərin keçirilməsini də zəruri etdi. Bu məqsədlə iyul ayından etibarən Agentliyin əməkdaşları tərəfindən xəstəxanaların tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlərin keçirilməsinə başlanıldı. İlkin mərhələdə ölkə üzrə 200-dən çox tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər həyata keçirilib. İkinci mərhələdə isə bu günədək 32 əsas tibb müəssisəsində təlimlər həyata keçirilib. Hazırlanmış işçi plana uyğun olaraq, tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1771   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439