Ağdaşda 11 yaşlı uşağın faciəsi: qəbiristanlıqda gizlənməyi evdən üstün tutur - VİDEO

Ağdaşda 11 yaşlı uşağın faciəsi: qəbiristanlıqda gizlənməyi evdən üstün tutur - VİDEOİlk təəssürat normal insana şok yaşatmağa qadirdir: dağınıq, çirkli, səliqəsiz otaqlar, zibillə dolu həyət, boş evdə başını girləyən, başını yara basmış çarəsiz bir uşaq...

Ağdaş rayonunun Məşhəd adlanan ərazisində bir ailə sözün həqiqi mənasında faciə yaşayır. Əsas "qəhrəman" isə 11 yaşı olmasına rəğmən fermada işlədildiyi, atalığı tərəfindən döyüldüyü, hətta qorxudan qəbristanlıqda gizləndiyi iddia olunan Poladdır.

Uşaq haqda məlumatı ilk olaraq hüquq müdafiəçisi Kəmalə Ağazadə paylaşıb. Onun məlumatına görə, Məşhəd kənd sakini, 46 yaşlı İsfəndiyar Musayev və 33 yaşlı Dürdanə İsmayılovanın ailəsində iki uşaq böyüyür. Uşaqlardan böyüyü, 11 yaşlı Polad ağır xəstədir və döyülməmək üçün tez-tez evdən qaçır.

BiG.AZ xəbər verir ki, "Sputnik Azərbaycan" həmin ailənin problemini araşdırıb. Evdən alınan ilk təəssürat normal insana şok yaşatmağa qadirdir: dağınıq, çirkli, səliqəsiz otaqlar, zibillə dolu həyət, boş evdə başını girləyən, başını yara basmış çarəsiz bir uşaq.

Valideynlər gələnədək qonşular ailənin durumunu anladırlar: Polad məktəbə getmir, xəstədir, ümumiyyətlə, ailənin durumu çətindir, uşaqlar yarıac-yarıtox, qonşuların göndərdiyi bir loxma çörəklə dolanırlar. Evdə nə qaz, nə su var. Qonşuların dediyinə görə, bir il əvvəl ailə Bərdəyə köçübmüş. Poladı da Ağdaş məktəbindən Bərdədəki məktəbə köçürüblər. Ancaq orada da Polad məktəbə getməyib. Atalığı uşağı təhsildən yayındırıb, günü 7 manata heyvan otartdırıb, balaca oğlan tövlədə yaşayıb və xəstəliyi də oradan başlayıb. Anası həkimə müraciət etdiyində: "mən cibimdən pul verib uşağını müalicə edəsi deyiləm ki?" cavabını alıb. Bundan başqa, atalıq daim uşağa ögey olduğunu xatırladıb. Buna görə Polad dəfələrlə qaçıb qəbiristanlıqda gizlənib, ancaq onu tutub gətiriblər. Bu yaxınlarda ailə yenidən Ağdaşa qayıdıb, ancaq vəziyyət dəyişməyib: Polad yenə də məktəbə getmir, evdə bir yaşlı qardaşı Adəmə baxır.

Polad özü də suallara cavab verir, amma hiss olunur ki, nə deyəcəyi əvvəlcədən öyrədilib.

Özünü yetirən İsfəndiyar Musayev fəhlə işlədiyini, ancaq ailəni dolandırmağa gücü çatmadığını bildirir. Onun sözlərinə görə, Poladı müalicə etdirməməsi də elə maddi çətinliklə bağlıdır. "Bəs anası haradadır?" sualına isə atalığın cavabı "Bilmirəm" oldu. Uşağı döydüyü, fermada işlətdiyi barədə iddiaları da yalanladı. Onun fikrincə, bütün günahlar anadadır.

Polad özü Ağdaş rayonunda Nuru adlı həkimin onu müayinə etdiyini, ancaq öz cibindən pul verərək uşağı müalicə etməyəcəyini bildirdiyini danışdı.

Ağdaş rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayan uşaqlarla iş üzrə komissiya ilə əlaqə saxlayıb. Komissiyanın məsləhətçi-psixoloqu Elnur Həmidov bildirib ki, KİV-in müraciətindən sonra hadisə ilə bağlı araşdırmaya başlanılıb.

"Ailə uğursuzdur. Bu, İsmayılovanın, ən azı, üçüncü qeyri-rəsmi nikahıdır. Uşağı bir il əvvəl Bərdə məktəbinə köçürüblər. İndi həmin məktəbin hansı olduğunu aydınlaşdırmağa çalışırıq", - deyə E.Həmidov bildirib. Poladın müntəzəm olaraq döyüldüyünü öyrənən psixoloq problemlə ciddi məşğul olacaqlarını əlavə edib.

O, uşaqların tərbiyə müəssisələrindən birinə yerləşdiriləcəyini istisna etməyib.

Bu arada məmurlar bir neçə saatlıq axtarışlardan sonra uşaqların valideynləri ilə əlaqə saxlamağa müvəffəq olublar. Məlum olub ki, oktyabrın 10-da D.İsmayılova Poladın xəstəxanaya, Adəmin isə uşaq bağçasına yerləşdirilməsi üçün rayon İcra Hakimiyyətinə müraciət edib. 11 aylıq körpə uşaq bağçasına yazdırılıb.

Böyük uşağı isə indi qadın xəstəxanaya yerləşdirməkdən imtina edir. Qadın ailənin qaz, işıq və suya olan bütün borclarının silinməsini tələb edir. Yalnız bundan sonra uşağın müalicəsinə icazə verəcəyini deyən qadın müalicənin evdə aparılmasını da şərt qoyub. Ancaq yerli İcra Hakimiyyətinin büdcəsində bu cür xərclər nəzərdə tutulmadığından E.Həmidov öz hesabına Poladı Ağdaş xəstəxanasına aparmağı söz verib.

Uşağın müntəzəm olaraq atalığı tərəfindən döyülməsi faktına gəldikdə isə, bu iş artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2007   Tarix: 05 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur yazıçı vəfat etdi

Məşhur britaniyalı yazıçı Joanna Trollop 82 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Joanna Oksfordşirdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Joanna Trollop romantik və ailə hekayələrinə həsr olunmuş məşhur romanların müəllifidir

17:10 128
.

Bulvarda oğurluq edən şəxslər saxlanıldılar

Səbail rayonunda oğurluq hadisələri qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, vətəndaşlardan birinin Dənizkənarı Milli Park ərazisindəki oturacağın üzərinə qoyduğu çantasından 190 manat pul, bank kartları və şəxsi sənədləri, digərinin isə ödəm

19:00 113
.

Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 82,688 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır. Təkcə noyabrda Türkiyə Azərbaycana 6,8

18:20 106
.

Ötən gün axtarışda olan 260 nəfər saxlanılıb

Azərbaycanda dekabrın 12-də axtarışda olan 260 nəfər saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün, həmçinin borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

22:00 0
.

Rusiya Ukraynanın iki limanına hücum edərək Türkiyəyə məxsus üç gəmiyə zərər vurub

Rusiya iki Ukrayna limanına hücum edərək, Türkiyəyə məxsus üç gəmiyə, o cümlədən ərzaq daşıyan gəmiyə zərər vurub. Bu barədə Ukrayna rəsmiləri və gəmi sahiblərindən biri bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, hücum Moskvanın "Ukraynanı dənizdən ayırmaqla" hədələməsindən bir neçə gü

10:03 209
.

Ərdoğan Putinlə görüşündən danışdı: "Dedi ki, sözümə əməl edəcəyəm"

"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq". "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumunda

15:06 163
.

Yeni ildə neçə gün İŞ olmayacaq?

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunması hələ də ictimaiyyətin gündəmindədir. Müzakirələr əsasən bayram günlərinin ardıcıllığını təmin etmək məqsədilə aparılır. Əvvəlcə mediada məlumat yayıldı ki, 2025-ci ilin 29

17:12 237
.

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, 450-dən çox zərbə dron və təxminən 30 müxtəlif növ raketlərl

19:40 107
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

20:05 101
.

TOP MP3