Ev şəraitində üz dərisini təmizləməyin yolları

Ev şəraitində üz dərisini təmizləməyin yollarıDərinin dərin təmizlənməsi bir neçə etaplı prosesdir. Dərin təmizlənmə müvafiq tələbat yarandıqda və dərinin tipindən asılı olaraq həyata keçirilir.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, quru dəriyə nisbətən yağlı dərinin dərin təmizlənməsi daha tez-tez aparılmalıdır. Dərinin dərin təmizlənməsinə efir yağları, dəniz duzları və ya otlar ilə hazırlanan buxar vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı dəri isə ayda iki dəfə olmaqla təmizlənə bilər.

Dərinin buğa verilməsi müxtəlif çirklənmələrdən, sızanaqlardan, ölmüş hüceyrələrdən təmizləyir. Dərinin buğa verilməsi zamanı qan damarlarının genişlənməsi nəticəsində yerli qan dövranının yaxşılaşması, tər və piy vəzilərinin fəaliyyətinin normallaşması, dəridə mübadilə proseslərinin yaxşılaşması baş verir. Nəticədə dəri təmiz və hamar olur, sağlam şəkil alır. Yadda saxlamaq lazımdır ki, dərinin buğa verilməsi prosesini çox ehtiyatla aparmaq lazımdır! Dərinin yüksək həssaslığı və ya məsaməliliyi, həmçinin üzdəki damarların xroniki genişlənməsi zamanı dərinin buğa verilməsi məsləhət görülmür.

Yaşı 30-dan artıq olan qadınlarda da dərinin buğa verilməsindən tez-tez istifadə etmək olmaz. Bu yaşda olan qadınlarda dəri özünün təbii elastikliyini itirməyə başlayır, həmçinin damarlar daha pis daraldığı üçün üz dərisinin qızarması baş verə bilər.

Sonra termosda 2 litr qaynar suda 2 xörək qaşığı quru çobanyastığı və ya adaçayı çiçəkləri (quru dəridə daha çox nanə (yarpız) və ya cökə ağacının çiçəyi məsləhət görülür) dəmləyin və bir neçə dəqiqədən sonra dəmləməni geniş ləyənçəyə tökün. Daha sonra ləyənçənin üstündə əyilərək başınızı dəsmalla örtün və bir neçə dəqiqə bu vəziyyətdə oturun. Quru dərisi olanlarda dərinin buğa verilməsi prosesi 2-3 dəqiqə, qarışıq tipli dərisi olanlarda 5 dəqiqəyədək, yağlı tipli dərisi olanlarda 10 dəqiqəyədək davam edir. Bu proseduradan sonra dərinizi yumşaq quru salfet ilə yüngülcə qurulayın.

Əgər hər hansı bir səbəblərə görə dərinizin buğa verilməsi sizə əks göstərişdirsə, bu halda ilıq kompreslərdən (38-42o C) istifadə edə bilərsiniz. İlıq kompres ilkin olaraq təmizlənmiş dəriyə 4-5 dəqiqə ərzində olmaqla qoyulur.

Dərinin buğa verilməsi və ya ilıq kompres qoyulması proseduradan (və ya duş, vanna qəbul etdikdən) sonra dərinin pilinqi və ya skrabla təmizlənməsi prosedurası aparılır.

Skrablardan istifadə edilməsi vacib hesab edilir. Çünki dəri hüceyrələri daimi olaraq təzələnir. Köhnə, ölmüş hüceyrələr xaric edilmədikləri halda üzün səthində yığılıb qalır. Tədricən dəri səthində başdan-başa ölmüş hüceyrə pulcuqlarından ibarət təbəqə əmələ gələ bilər. Nəticədə dəri kifayət qədər oksigen ala bilmir, boz, qeyri-sağlam şəkil alır, onun üzərindəki məsamələr bağlanaraq sızanaqların, civzələrin və digər iltihab ocaqlarının əmələ gəlməsinə səbəb olur.

Əlbəttə ki, biz üzümüzü yuduqda, təmizləyici vasitələrdən istifadə etdikdə ölmüş dəri hüceyrələri pulcuqlarını bir qədər yusaq da, bu, dərinin onlardan tam təmizlənməsi üçün kifayət etmir.

Dərinin skrablardan istifadə edilməsi ilə aparılan dərin təmizlənməsindən sonra dəridə maddələr mübadiləsi bərpa edilir, Skrabları həm mağazalardan əldə etmək, həm də ev şəraitində hazırlamaq olar:

- Bir çay qaşığı narın duzu 1 çay qaşığı qida sodası ilə qarışdırın. Onu nəm əlinizlə götürərək, üzünüzün yaş dərisinə sürtməklə bir neçə dəqiqə ərzində masaj edin. Sonra üzünüzü ilıq su ilə yuyun.

- Təzə xiyarın qabığını soyaraq xırda-xırda doğradıqdan sonra onu sıxmaqla şirəsini ayırın. Sonra 1 xörək qaşığı yulaf yarması ("herkules") ununu 1 çay qaşığı xırda dəniz duzu ilə qarışdırın. Alınan qarışığı krem şəkilli forma alana qədər xiyar suyu ilə qarışdırın. Daha sonra üzərinə bir neçə damla qızıl gülün efir yağını əlavə edin. Alınan bu skrabı 1-2 dəqiqə ərzində üz dərinizə sürtün və 10 dəqiqə ərzində üzünüzdə saxlayıb yuyun. Bu skrab tərkibi quru dəri üçün nəzərdə tutulub.

- Qəhvə üyüdən maşında ayrı-ayrılıqda olmaqla düyü və qəhvə dənələri üyüdün. Alınan düyü ununu və üyüdülmüş qəhvəni, hərəsindən 1 çay qaşığı olmaqla, qarışdırın. Sizin üz dəriniz yağlı və ya qarışıq dəri tipinə aiddirsə, alınan qarışığı 2 xörək qaşığı kefir və ya yoqurtla durulaşdırın. Normal və quru dərisi olanlarda isə alınan düyü və qəhvə qarışığını süd və ya 1 xörək qaşığı xama ilə durulaşdırmaq lazımdır. Sonda alınmış tərkibi skrab şəklində üz dərinizə sürtərək 5-7 dəqiqə ərzində üzünüzdə saxlayın və sonra yuyun.

- Bir neçə üzüm meyvəsini qəhvə üyüdən maşında üyüdülmüş üzüm tumları ilə qarışdıraraq alınan tərkibi skrab şəklində üzün dərisinə sürtün və 10 dəqiqə üzünüzdə saxladıqdan sonra onu ilıq su ilə yuyun. Bu skrab nəinki təmizləyici, həmçinin cavanlaşdırıcı effekt də göstərir.

- İstənilən dəri üçün duz və şəkər tozu qarışığından hazırlanmış skrablardan istifadə etmək olar. Onların skrabın tərkibindəki nisbəti isə dəri tipindən asılı olaraq dəyişmiş olur. Bu skrab dərini cilalayaraq onu elastik (möhkəm) və sağlam edir. Duz və ya şəkər tozunu kosmetik südlə, xama, qaymaq, yağ və ya bal ilə qarışdırmaq olar. Duz-bal qarışıqlı skrablar həm üz, həm də bədən dərisi üçün (duş qəbul edərkən) daha xeyirli hesab edilir. Həssas dəri üçün duz və şəkər tozu qarışığından hazırlanmış skrablardan istifadə edilməsi məsləhət görülmür. Onların təsirindən dəridə qıcıqlanma yarana bilər.

- Qəhvə üyüdən maşında ərik tumlarını üyütdükdən sonra onu istənilən qidalandırıcı krem (dəri quru olanda) və ya nəmləndirici krem (dəri yağlı olanda) ilə qarışdırmaqla əla keyfiyyətli skrab əldə etmiş olarsınız. Onu soyuducuda saxlayaraq tələb olunduqca istifadə etmək olar.

- Qəhvə üyüdən maşında qurudulmuş limon (portağal, qreypfrut, mandarin və ya onların qarışığından da istifadə etmək olar) qabığını üyütdükdən sonra ondan 1 çimdik götürərək, onu əlinizdə azca isladın və üz dərinizə yüngül şəkildə sürtün.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1804   Tarix: 02 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sinə xərçəngindən tam qurtulmaq mümkün deyil - Onkoloq

Onkoloq süd vəzi xərçənginin təkrarlanma riskinə diqqət çəkib. xəbər verir ki, onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib ki, süd vəzisinin çıxarılmasından sonra belə xərçəngin təkrarlanma riski mövcuddur. "Əməliyyatdan sonra on il ərzində qadınların təxminən 10%-i xərçəngin təkrarlanması ilə qarşılaşır

07.12.2025 366
.

Həkimlər həyəcan təbili çalır: Malyariyaya qarşı mübarizə dalana dirənib

Uzun illərin nailiyyətlərini məhv edə və səhiyyə sistemlərini həddindən artıq yükləyə biləcək genişmiqyaslı epidemiya təhlükəsi realdır. Qaynarinfo-nun məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, malyariyaya qarşı qlobal mübarizə iqlim dəyişikliyi, parazitlərin dərmanlar

05.12.2025 478
.

Çox dil bilənlərin beyni daha gec yaşlanır

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanması prosesi xeyli ləng gedir. Mütəxəssislər bildirirlə

03.12.2025 472
.

Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir

Banan dünyada ən çox istehlak edilən meyvələrdən biridir. Ucuzdur, dadlıdır, qabığı ilə birlikdə rahat daşınır, tez enerji verir və kalium, B6 vitamini, lif, C vitamini kimi faydalı maddələrlə zəngindir. xəbər verir ki, bir çox idmançı, uşaqlar və sağlam qidalanan insanlar gündəlik rationuna bananı mütlə

03.12.2025 662
.

Niyə qəhvə sizi yuxulu hiss etdirir? - İzahlı gözlənilməz cavab

Kofe adətən güclü stimulyator hesab olunur, məqsədi insanı canlandırmaq, diqqəti artırmaq və enerji verməkdir. Lakin bir çox insan paradoksal hal yaşayır: kofe içdikdən 30–60 dəqiqə sonra ağır yuxululuq, göz qapaqlarında ağırlıq və ümumi halsızlıq yaranır. Bu, heç də nadir istisna deyil, səbəb kofeini

30.11.2025 342
.

Mutasiya olunmuş quş qripi "COVID-19"dan daha təhlükəli ola bilər

Mutasiya olunmuş quş qripi virusu COVID-19-dan daha təhlükəli ola bilər. xəbər verir ki, Fransanın Pasteur İnstitutu Tənəffüs İnfeksiyaları Mərkəzinin rəhbəri Mari-An Rameyks-Velti xəbərdarlıq edib ki, virus insanlara uyğunlaşaraq insandan-insana ötürülə bilsə, görünməmiş pandemiyaya səbəb ola bilər

29.11.2025 314
.

Çox öskürmək ziyandır

Son günlər yayılan qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına səbəb olub. Axşam.az xəbər verir ki, mütəxəssislər küncüdün öskürəyə müsbət təsir etdiyini açıqlayıb. O, immun hüceyrələrini artırır. E, C və B qrupu vitaminləri ilə çox zəngin olan küncüt güclü zülal qaynağıdır. Onun tərkibində çoxlu lif

03.12.2025 495
.

Acı bibər yemək xeyirli imiş

Yeməklərə əlavə olunan acı bibərin metabolizmanı təxminən 5% sürətləndirdiyi sübut olunub. Axşam.az xəbər verir ki, Pensilvaniya Dövlət Universitetinin professorları bununla bağlı araşdırma edib. Tədqiqatçılar müəyyən ediblər ki, yeməklərin acılığı artdıqca yemək sürəti azalır və insan daha az yeyir

28.11.2025 502
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

01.12.2025 557
.

TOP MP3