"Ağzına gələni oxuyanı milyonlar izləyir" – Meyxana ustadından həmkarlarına SƏRT SÖZLƏR – VİDEO

"Ağzına gələni oxuyanı milyonlar izləyir" – Meyxana ustadından həmkarlarına SƏRT SÖZLƏR – VİDEOARB TV-nin "Show News" verilişinin növbəti qonağı meyxana ustadı Mehman Əhmədli olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, həmkarlarına öz iradlarını bildirib:

"Əgər mənim əlavə bir bacarığım varsa, bu çox yaxşı bir şeydir. Amma oxuyanda adını meyxana qoymasın. Oxusun, desin ki, mahnı oxuyuram. Mahnıdırsa, mahnıdır. Adını musiqili meyxana qoymaq olmaz. Musiqili meyxananın meyxana çərçivəsi var. O çərçivədən çıxdınsa, meyxana sayılmır. Tullana-tullana meyxana deyəndə kütlə onu sevəcək. Sən niyə oynayırsan ki, kütlə də bunu istəsin. Kütləni dəyişdirən sənətçidir. Sənətə zərbə vurmaq olmaz. Sənətin evini yıxan sosial şəbəkələrdir. Ömür boyu sənətdə olmayıb, bir dənə ağzına gələn bir şeyi deyib, milyonlarla insan baxıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1070   Tarix: 30 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti