Payızın ən faydalı 10 giləmeyvəsi

Payızın ən faydalı 10 giləmeyvəsiPayız giləmeyvələri qışda salamat qalmaq, immuniteti möhkəmləndirmək üçün təbiətin insana verdiyi fürsətdir. Bu kiçik meyvələrdə minerallar, vitaminlər, antioksidantlar istənilən dərmandan daha çox kömək edər. Qızıl payızın orqanizmə vacib 10 faydalı giləmeyvələrini təqdim edir. Bu giləmeyvələrin çoxu bazarlarımızda var, bu da bizim xoşbəxtliyimizdir.

1) İtburnu

BiG.AZ gencaile.az-a istinadən bildirir ki, indi təzə itburnu da boldur, məhz payızda çıxan təbii itburnu C vitamini ilə zəngindir. İtburnu limon, portağaldan da güclüdür. Qrip, viruslara qarşıdır, insanın beynini gücləndirir, böyrək və qaraciyərləri təmizləyir. Amma burda dozanı aşmaq olmaz. Gündə 2 stəkan dəmləməsi yetərlidir.

2) Kəndalaş (Buzina)

Yod və S vitamin mənbəyidir. Azərbaycan yod defisitli ölkə olduğundan qalxanvari vəz xəstəlikləri çox olur. Ona görə həm meyvəsi, həm dəmləməsi, həm mürəbbəsi payızdan menyunuzda olmalıdır. Südverən analarda südü artırır. Kişilərdə reproduktiv sistemi gücləndirir. Xərçənbə qarşı təsirlidir.

3) Qırmızı aroniya (Ryabina)

•Al qırmızı tünd meyvələrində B qrup vitaminləri vardır. Əsəbi, sinir xəstəlikləri olan, yuxusuz insanlar üçün təbii antidepressantdır. Eləcə də E və A vitaminləri kimi antioksidantlar var ki, insanı qocalmağa qoymur.

4) Çaytikanı

Qızıl adlanan bu giləmeyvə A, C, E, B vitaminləri, marqans, kaliy, fol turşusu ilə boldur. Bu giləmeyvə hamilə olmağa hazırlaşan qadınlar üçün çox vacibdir. Uşağın sinir sisteminin düzgün formalaşmasında rol oynayır. Eləcə də daxili xəstəliklər, mədə-bağırsaq, qəbizlik və hemorroyda yeyilir.

5) Zirinc ( Barbaris)

Qızdırma salır, xəstəni tez sağaldır. İmmuniteti möhkəmləndirir. Ödqovucudur. Ətri insanı sakitləşdirir.

6) Yemişan

Ürək-damar xəstəlikləri üçün əvəzsizdir, aritmiyası olanlar dəmləməsini içə bilər. Sinir pozulmaları və yuxunu bərpa edir. Yüksək miqdarda pektin olduğu üçün mədə-bağırsaq traktına faydalıdır. Həmçinin piylənmə ilə mübarizə aparır. Şəkər xəstələri mütləq yeməli və çayını içməlidir, çünki insulini artırır.

7) Mərcangilə (Bryusnika)

Sentyabrdan noyabra kimi yığılır. Əhvalı qaldırır, susuzluğu, hərarəti azaldır, kalsium, maqniy, dəmir sümükləri möhkəmləndirir, ürək və damarları qidalandırır, təzyiqi düzəldir.

8) Mərcanı ( Klyukva)

Ən məşhur payız nemətidir. Turşməzə meyvələri uzun müddət təzə qalır. Bu meyvədə benzoy turşusu var, hansı ki, konservirə edici təsir edir. Payız depressiyası, mövsümi qriplərdə çayı içilir. Xərçəng hüceyrələri ondan qorxur.

Bu giləmeyvənin şirəsini uzun müddət içmək mədə helikobakteri bakteriyasını məhv edir.

9) Yergilası (Fizalis)

Yəqin ki, ilk dəfədir eşidirsiz, amma dadmağa dəyər. Sarı kiçik meyvələri var. Həzmi yaxşılaşdırır, ödü yuyur, virusları qovur, qripdən qoruyur.

10) Zoğal

Sidikqovucu, qızdırmasalıcı xüsusiyyəti var. Qrip və viruslarda, zəhərlənmələrdə, həzm pozuntusu, rotarovirus, diareyada çayı, mürəbbəsi, özü köməyinizə çatar. Zoğal immuniteti qaldırır, tumları hemorroyu sağaldır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1557   Tarix: 26 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451