Düzgün qamət necə olmalıdır?
"Bədənimiz yaxşı qamətdə olmayanda bəzi əzələlərimiz qısalır, bəziləri gərilir. O uzun müddət ərzində yaranır və vücudumuz düz olmayan qamətə öyrəşir. Qısalmış əzələ və onurğanın xırda oynaqların hərəkət həcmi azalır, onlar ağrı mənbələrinə çevrilə bilər və asanlıqla zədələnir".
BiG.AZ e-tibb.az-a istinadən bunu Mərkəzi Gömrük Hospitalının həkimi, həkim-fizioterapevt Səidə Kərimova "Sağlam qamət nədir?" adlı məqaləsində bildirib.
"Düz otur", "belini düz tut", "axırda qozbel olacaqsan"... və s. ifadələri kim eşitməyib ki? Bəli, uşaq vaxtından demək olar ki, hamımız eşitmişik. İndi arada uşaqlarımıza da bunları deyirik. Özümüz də bəzən güzgüyə baxıb çiyinlərimizin əyri olduğunu görürük və tez duruşumuzu düzəldirik. 5 -10 dəqiqə keçir və axırda yorulub əvvəlki hala qayıdırıq...
Sağlam qamət nəyə deyilir? Bəs niyə düz qamət belə vacibdir? Ümumiyyətlə, sağlam qamət nədir?
Qamət - duranda və oturanda bədənimizin pozisiyasına deyilir. Sağlam qamət isə gündəlik hərəkətlərimizi vücudumuzun minimal yüklənməsi ilə təmin edir.
Qaməti formalaşdıran əsas komponent onurğa sütunudur. Arxadan baxanda onurğamız düz xətt kimi görünür. Yan tərəfdən baxsaq, onun təbii S-vari forması var, qabarıq və çökək zolaqları ilə (təbii lordoz ve kifoz). Qamətimizi düz saxlamağa vücud əzələlərimiz kömək edir.
Biz qamətimizi düz saxlamağa çalışmalıyıq ki, gələcəkdə ağrı, hərəkət məhdudlaşması və digər problemlərlə üzləşməyək.
Əslində "ideal" qamət yoxdur, sağlam qamət eyni zamanda insan üçün komfortlu olmalıdır.
Düz olmayan qamətdə oynaq və əzələlərdə zəiflik və ağrı yarana bilər;
Belə halda oynaq və əzələlər zədələnməyə qarşı daha həssas olur;
Zamanla bədənimiz düz olmayan qamətə öyrəşir.
Qaməti yaxşılaşdırmaq üçün tövsiyələr:
1. Ayaqüstə olanda düz durmaq üçün balaca bir məsləhət: özünüzü hündürboy hiss edin! Bədən yükünüzü hər iki ayaq üzərində bərabər paylaşmağa çalışın.
2. Döş sümüyünü bir az yuxarıya doğru aparın, çiyinlərinizi bir az arxaya və aşağı tutun. Yadınızda saxlayın ki, hərəkətlər sizə narahatlıq verməməlidir.
3. Oturanda və kompüter arxasında çalışanda monitorunuz göz səviyyəsində olsun. Stulunuzun hündürlüyünü düşünün ki, iş görəndə çiyinlərinizi qabağa "yığmağa" ehtiyac olmasın. Dirsəklərinizi bədəninizə yaxın və 90-120 dərəcədə büküb tutun. Bud-çanaq oynağınız da təxmini eyni (90-120) dərəcə bükülmədə olmalıdır.
4. Hər 20-30 dəqiqədən bir çalışın ayağa durun və bir az hərəkət edin. Vücudumuzun əzələ və oynaqları hərəkət həcmini saxlamalıdır.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1774 Tarix: 26 oktyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - Xəbərdarlıq
Uşaqlara öskürək siroplarını səbəbsiz yerə vermək təhlükəli ola bilər. xəbər verir ki, bu barədə rusiyalı pediatr Darya İvanova xəbərdarlıq edib. Onun sözlərinə görə xüsusilə bəlğəmi duruldan dərmanlar körpələr üçün ciddi risk yaradır. Bu dərmanlar bəlğəmin həcmini artırır və uşaq onu çətinliklə xari
30.11.2025 408 Qocalmanı sürətləndirən üç gündəlik vərdiş
Qocalmanı hissolunmaz şəkildə sürətləndirən üç gündəlik vərdiş açıqlanıb. bildirir ki, bu barədə "LEVITA" beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin həmtəsisçisi və məşqçi Kseniya Qufranova " nəşrinə müsahibəsində danışıb. Qufranovanın sözlərinə görə, qocalmanın əsas amili otura
30.11.2025 449 Sarımsaq əzməsini ziyilin üstünə vurun - Yox edəcək
Həkim uşaqlarda ziyillərdən xilas olmaq üçün hansı xalq üsullarının təhlükəsiz olduğunu açıqlayıb. xəbər verir ki, uşaqlarda ziyillərin müalicəsində bəzi xalq üsullarından istifadə oluna bilər, lakin bu metodlara yalnız dermatoloqla məsləhətləşdikdən sonra müraciət edilməlidir. Bunu tibb elmləri namizədi
30.11.2025 345 İmmunitetə davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı
İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır
11.12.2025 282 Dünyada sağalmaz xəstəlik sürətlə yayılır - onun nəticələri
Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlənmənin aşağı səviyyəsinə görə həyəcan təbili çalır. Dünyada qızılca halları sürətlə artır: yalnız ötən il 11 milyon yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, bir çox regionlarda peyvəndləmə səviyyəsinin çox aşağı olması səbəbindən qızılcanı
07.12.2025 304 Gərginsinizsə bu vitamininiz çatışmır
Vitamin D, B12, B6, maqnezium, sink və omeqa-3 yağ turşuları çatışmazlığını erkən mərhələdə müəyyən etmək çətindir. xəbər verir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina deyib. "Bu qida maddələrinin azlığı adətən gözə çarpan simptomlarla özünü göstərmir". Eksperti
07.12.2025 305 Sinə xərçəngindən tam qurtulmaq mümkün deyil - Onkoloq
Onkoloq süd vəzi xərçənginin təkrarlanma riskinə diqqət çəkib. xəbər verir ki, onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib ki, süd vəzisinin çıxarılmasından sonra belə xərçəngin təkrarlanma riski mövcuddur. "Əməliyyatdan sonra on il ərzində qadınların təxminən 10%-i xərçəngin təkrarlanması ilə qarşılaşır
07.12.2025 299 Zərərli bilinirdi, ömrü uzadırmış - Alimlər təsdiqlədi
Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin maddəsi bioloji qocalmanın daha yavaş getməsinə kömək edir. xəbər verir ki, araşdırma "King's College London" alimləri tərəfindən aparılıb və "Aging" jurnalında dərc olunub. Tədqiqat 2 böyük Avropa layihəsini
13.12.2025 142 Acı bibər yemək xeyirli imiş
Yeməklərə əlavə olunan acı bibərin metabolizmanı təxminən 5% sürətləndirdiyi sübut olunub. Axşam.az xəbər verir ki, Pensilvaniya Dövlət Universitetinin professorları bununla bağlı araşdırma edib. Tədqiqatçılar müəyyən ediblər ki, yeməklərin acılığı artdıqca yemək sürəti azalır və insan daha az yeyir
28.11.2025 480