Azərbaycanlı futbolçu yarım milyonluq evindən danışdı - VİDEO

Azərbaycanlı futbolçu yarım milyonluq evindən danışdı - VİDEO

Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olub.

Qaynarinfo xəbər verir ki, Vaqif Cavadov çıxışı zamanı yarım milyona mənzilini satışa çıxarması ilə bağlı yayılan məsələyə aydınlıq gətirib.

Vaqif Cavadov mövzu ətrafında danışarkən kinayəli şəkildə deyib ki, satışa çıxarılan ev stadiondan iki dəfə böyükdür: "Yarım milyon deyil, bir az çoxdur. Əgər onların dediyi kimi yarım milyonluq evdirsə, onda ev stadiondan iki dəfə böyükdür. Məlumatı bilən deyə bilər ki, 100 metr deyil, ikiqatdır".

Qeyd edək ki, bir müddət öncə azərbaycanlı futbolçunun böyük borclara görə "Yeni Həyat"dakı mənzilini yarım milyon manat satışa qoyması barədə iddialar yayılmışdı. Vaqif Cavadov sonradan mətbuata açıqlamasında bunu təkzib etmiş və iddiaları əsassız saymışdı.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 1332 Tarix: 25.10.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər