"Rossiya-24"də Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub - VİDEO
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 75 illiyini qeyd edir. Bununla bağlı Rusiyanın "Rossiya-24" telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibəsinin yer aldığı reportaj yayımlanıb.
AzTV xəbər verir ki, Mariya Bondaryovanın müəllifi olduğu reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya elitasının kadrlar emalatxanası adlandırılır.
75 il ərzində bu ali təhsil müəssisəsi beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üzrə aparıcı dünya mərkəzi kimi tanınıb. Burada vaxtilə hazırkı dövlət başçıları, nazirlər, milyarderlər, diplomatlar və məşhur jurnalistlər öz yoluna başlayıblar. Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ali təhsil müəssisəsinin mühazirəçilərinin çox böyük nüfuza malik olduğunu bildirərək, qeyd edir ki, vaxtilə burada dərs deyənlər sonradan tanınmış siyasətçilər, diplomatlar, səfirlər kimi öz fəaliyyətlərini davam etdiriblər.
Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Reportajda vurğulanır ki, valideynləri onu məktəbə tez göndərdiyinə görə Azərbaycanın dövlət başçısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna imtahanları 15 yaşında verib.
Tanınmış məzunların xatirəsi Dövlət Beynəlxalq Münasibətlər İnstitutununda əziz tutulur. Jurnalist Mariya Bondaryova ali təhsil müəssisində unikal sənədləri gördüyünü deyir. Bunların arasında Azərbaycan Prezidenti İlham Əliyevin tələbə bileti də var.
Reportajda Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ali təhsil müəssisəsinin Qəyumlar Şurasının sədr müavini Alişer Usmanov, Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski, tanınmış aparıcı Sergey Brilyovdan müsahibələr yer alıb.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 75 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirə təbrik məktubu ünvanlayıb. Məktubu ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub. Məktubda deyilir ki, hazırda bu institut haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 967 Tarix: 22 oktyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKöhnə binalarda yaşayanların nəzərinə: "Ev pulu" artırılır?
Hazırda əmlak bazarında çoxmərtəbəli binaların idarə olunması iki yolla aparılır. Birincisi binanı tikən MTK, ikincisi isə Mənzil İstismar Sahələri tərəfindən. MİS-lər əsasən ötən əsrdə istismara verilmiş binalara xidmət edir. Baxmayaraq ki, Mənzil Məcəlləsində MİS-lərin fəaliyyəti ilə bağlı heç bi
10:16 258 Fatih Ürek komaya düşdü
Türkiyəli müğənni Fatih Ürek komaya düşüb. Axşam.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumata görə, təxminən iki aydır reanimasiyada yaşamaq uğrunda mübarizə aparan ifaçı heç nəyə reaksiya vermir. Həmçinin uzun müddətdir uzanmış vəziyyətdə qalan Fatih Ürekin bədənində yaralar əmələ gəlib
11:05 294 "Lətafət 13 il qızımı görməyə qoymadı"
Aparıcı Lətafət Ələkbərovanın keçmiş həyat yoldaşı, müğənni Nicat Cəfərzadə ondan şikayət edib. Axşam.az xəbər verir ki, "Öz aramızda" verilişinə qatılan Nicat aparıcının 13 il qızını görməyə imkan vermədiyini iddia edib:. "Onunla ayrılıq qalmaqalı şəkildə olub. Bu haqda heç vaxt danışmamışam
15:32 245 Çin ABŞ-ın Tayvana silah satış paketinin açıqlanmasından sonra "güclü tədbirlər" görəcəyini bildirib
Çinin Müdafiə Nazirliyi ABŞ-ın Tayvana planlaşdırılan 11,1 milyard dollarlıq silah satışı paketinə cavab olaraq bildirib ki, Çin ordusu təlimləri artıracaq və "milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün güclü tədbirlər görəcək". BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Çin Müdafiə Nazirliyini
13:05 144 Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə "xidmətləri" qarşılığında nələr qazandırıb?
Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz. -a istinadən xəbə
17:33 80 Meyxanaçı Kərim vəfat etdi
Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb
16:34 282 Brüsseldə polislə fermerlər arasında toqquşma baş verib: Avropa Parlamentinin qarşısındakı ərazi döyüş meydanına çevrilib
Belçikanın paytaxtı və Avropa Birliyinin mərkəzi sayılan Brüsseldə fermerlər Liderlər Zirvəsi zamanı Avropa Parlamenti ətrafında etiraz aksiyası keçiriblər. Polislə fermerlər arasında toqquşma parlamentin ətrafını döyüş meydanına çevirib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Belçikanın paytaxt
16:15 134 Sualtı "fırtınalar" Qiyamət buzlağını məhv edir: Alimlər nəticələri proqnozlaşdırdı
Güclü burulğanlı sualtı "fırtınalar" Antarktidada yerləşən iki əsas buzlağın şelf buzlarını sürətlə əridir. Alimlərin fikrincə, bu proses qlobal dəniz səviyyəsinin yüksəlməsi baxımından "uzaqmənzilli nəticələrə" səbəb ola bilər. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, söhbət Pаyn-Aylen
18.12.2025 251 Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı
14:44 141