"Ölkədə təhlükəli şprislərin satışı davam edir" - Ekspertdən şok açıqlama

"Ölkədə təhlükəli şprislərin satışı davam edir" - Ekspertdən şok açıqlama"Bu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutu ölkədə standartların tələblərinə cavab verməyən Türkiyə, Çin və digər ölkələrdən idxal olunan insan sağlamlığı üçün təhlükə törədən şprislərin mövcudluğu barədə məlumat yaydı".

BiG.AZ Bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə "Azad İstehlakçılar"İctimayi Birliyinin sədri Eyyub Hüseynov bildirib.

E.Hüseynov bildirib ki, bu məlumatından sonara istehlakçılardan rəhbərlik etdiyi təşkilata hər gün narahatlığı ifadə edən istehlakçı zəngləri daxil olmağa başladı: "Bizə daxil olan ardı kəsilməyən istehlakçı zəngəri bizi məcbur etdi ki, apteklərdə kiçik bir manitorinq aparaq. Məlum oldu ki 80 fazdən çox apteklərdə ekspertizada standartlara uyğunsuzluğu təsdiq olunmuş şprislər bu gün də satılır!

Əldə olunmuş eksprtiza sənədlərinin təhlili göstərir ki, Azərbaycan apteklərindən alınmış əsasən Türkiyə və Çin istehsalı olan 6 növ 9 adda olan şprislər və onlara məxsus olan iynələr əksər göstəricilər üzrə normativ tələblərə cavab vermir".

Ekspert ekspertizaya göndərilən şprislərin istehsalçılarını açıqlayıb:

1. İstehsalçı - Ayset Tibbi, Türkiyə;

2. İstehsalçı - SET MEDİKAL, Türkiyə;

3. İstehsalçı - Gienjest, Türkiyə;

4. İstehsalçı - Changzhou…Medikal, Çin;

5. İstehsalçı - Changzhou….Çin;

6. İstehsalçı - Shandonq Zibo…Medikal ,Çin.

E.Hüseynov bildirib ki, standartlara uyğun olmayan və təhlükəli şprislər 3 hissəli olur: "Yəni silindir, porşen və onun sonluğunda yerləşən və ayrıla bilən adətən qara rəngli rezin.

Standartlara uyğun və təhlükəsiz şprislərin porşeninin sonluğu qopmur və ayrılmır. Yəni 2 hissədən ibarət olur - porşen və silindir. İstifasə edildikdən sonra təhlükəlilərdən fərqli olaraq azca əyməklə sindırılıb tullanılır, yəni təkrar istifadəsi mümkünsüz olur! Ekspertizaların nəticəsi təhlükəli şprislərin bir cox nöqsanlarını, o cümlədən biu şprislərin bölgü şkalasının düzgün olmadığını, porşenin dəyişdirilib yenidən istifadə olunduğunu, tullantı materialından hazırlandığını və.s üzə çıxarıb. Şprislərə uyğun iynələrin də təkrar istifdə olunması, uçluğunda insan damarlarına ciddi zər verə bilmə nöqsanlarının mövcudluğu və.s aydın olub.

İstehlakçılar tərəfindən bizə verilən məlumat göstərir ki, məhz dövlət qurumlarını da narahat edən təhkükəli şprislər, dərman pereparatları və şpris idxalı ilə məşğul olan "Avromed", "Zeytun", "Azerimed", "Arash", "Set Group", "Cyty Med", "M&C" firmaları, onların "Loğman", "Avis", "Hayat", "Zafaran", "Planeta", "Elit", "Dokta", "Tabib", "Pasha K", "Çeburaşka", "Vita", "Buta" adlı apteklər şəbəkəsində və digər yerlərdə satılır: "Məlum olub ki, Azərbaycanda Dövlət investisiyası hesabına artıq istehsala başlamış, Pirallahıda yerləşən müasir şpris zavodu -"Diamed CO" mövcuddur! Təəccüb doğuran səbəblərdən biri də bu şirkətin öz bazarını qoruyub, əhalini maarifləndirən fəaliyyətini görmürük.

Biz əldə olunan materialları təhlil edərək, istehlakçıların həyatı və sağlamlığı üçün təhlükə törədən şprislərin bazardan yığışdırılıb, ictimai məhvedilməsi üçün mümkün olanları etməklə bərabər Dövlət Gömrük Komitəsinə, İqtisad Nazirliyinə, Səhiyyə Nazirliyinə və Nazirlər Kabinetinə rəsmi müraciətlər hazırlanıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1590   Tarix: 21 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 643
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1325
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1249
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 806
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 730
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24.03.2024 796
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 440
.

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Florida Dövlət Universitetinin amerikalı nevroloqları Parkinson xəstəliyinə səbəb olan genetik mutasiya aşkar ediblər. Tədqiqat The Lancet Neurology (TLN) elmi jurnalında dərc olunub. Parkinson xəstəliyi davamlı olaraq irəliləyən neyrodegenerativ hərəkət pozğunluğudur. O, hərəkətsizliyə və tez-tez demensiyay

28.04.2024 355
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2083