Həddən artıq arıq olan, kökəlmək istəyənlər nə etsin? - Dietoloq izah edir

Həddən artıq arıq olan, kökəlmək istəyənlər nə etsin? - Dietoloq izah edirÖtən il Azərbaycanda 678 uşaqda ilk dəfə piylənmə aşkar edilib. Qeyd edək ki, bu rəqəm müvafiq olaraq 2017-ci ildə 699, 2016-cı ildə 712, 2015-ci ildə 586 nəfər olub.

2018-ci ildə 18 yaşadək olan hər 100 000 nəfər arasında 26 nəfərə ilk dəfə piylənmə diaqnozu qoyulub. 2017-ci ildə bu göstərici 27 nəfər təşkil edib. 2019-cu ilin əvvəlinə bu xəstəliklə qeydiyyatda olan uşaqların sayı əhalinin hər 100 000 nəfərinə hesabı ilə 51 nəfər (2017-ci ildə 57) olub. Piylənmə daha çox oğlan uşaqları arasında müşahidə edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaq yaşlarında piylənmə akademik fəaliyyətə təsir göstərir. Bu amil dərslərdə yüksək dərəcədə davamsızlığa və gözləniləndən daha aşağı müvəffəqiyyət dərəcəsinə gətirib çıxarır.

BiG.AZ bildirir ki, Sputnik Azərbaycan sağlam qidalanma pəhrizi ilə tanınmış dietoloq Aynurə Aşurova ilə kökəlmənin səbəbi, arıqlamağın sirləri və s. barədə söhbətləşib.

- Artıq çəkiyə səbəb nədir?

- Artıq çəki düzənsiz yeməkdən başlayır. Mən həmişə deyirəm - arıqladan və kökəldən qida yoxdursa, bəs kökəlmə nədən asılıdır? Bu bizim qəbul etdiyimiz qidanı nə zaman qəbul etməyimizdən, nə ilə qəbul etdiyimizdən və necə qəbul etdiyimizdən asılıdır. Yəni biz əgər kartofu axşam saatlarında yağda qızartsaq, daha bunu sonra çörək ilə qəbul etsək, əlbəttə kökələrik. Amma o kartofu əzmə formasında yesək, kökəlmə olmayacaq. Yəni kökəlmə qidanın növündən çox onun qəbul etmə formasından və qəbul etmə zamanından asılıdır. Kökəlmə problemi qidaların düzgün istifadə edilməməsi, zamansız və düzənsiz qəbul etmədən baş verir.

- Uşaqlarda kökəlmənin səbəbi nədir?

- Əslində günah uşaqda deyil, paketli qidanı çantasına qoyub məktəbə göndərən valideynindədir. Yəni valideynlər uşaqlara nə yedizdirməli olduğunu bilməlidir. Uşaq bilmir ki, lobya və noxud faydalıdır. Çünki evdə bu ərzaqlar bişirilmir. Uşaqlarda kökəlməyə səbəb düzənsiz və sağlıqsız yeməkdir. Uşaqlarda sağlıqsız yemək daha pisdir. Kilo almasalar belə, uşaqlar sağlıqlı qidalanmalıdır. Uşaqların sağlamlığı üçün bu vacibdir.

- Bir müddət əvvəl dietoloqlardan biri iddia etdi ki, toyuqlar hormonla yetişdirilir. Bu səbəbdən də toyuq əti ilə qidalanan oğlan uşaqlarında qadın kimi kökəlmə müşahidə edilir...

- Bəli, toyuqlar hormon vasitəsi ilə yetişdirilir. Və həmin qidaları biz qəbul edərkən toyuğa verilən hormonlar insanın orqanizminə daxil olur və kökəlmə müşahidə edilir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, normal və təbii şəkildə böyümüş toyuq məhsullarını qəbul edək. Ət olaraq, quzu əti yeyilməlidir. Çünki quzular heç bir hormon və antibiotik qəbul etmir, qəbul etdiyi an ölür. Quzu ətı bahalı olsa da, rahatlıqla qəbul edilə bilən sağlam qidadır.

- Siz pəhriz təyin edəndə xəstəlikləri nəzərə alırsınızmı?

- Sağlam qidalanma üsulunda bütün xəstəlikləri nəzərə alıram və ona uyğun proqram yazıram. Ümumiyyətlə, insanlara proqram tətbiq etsək də, hər zaman öncəliyimiz insanın sağlamlığı olur. Mən xüsusən uşaqlarda heç vaxt qidalanmanın qarşısını almıram. Mənim menyularımda çərəz də, xurma da, yağ da, ət də, toyuq da, balıq da, tərəvəzlər də var. Hər zaman deyirəm ki, sağlıqlı qidalanma yaşıl boşqab deyil.

Biz həkimlər ilə paralel işləyirik. Amma etiraf edim ki, Azərbaycanda dietologiya elmi inkişaf eləməyib. Universitetlərdə belə bir ixtisas açılsa, yaxşı olar.

- Kökəlməyin yaşı varmı?

- Kökəlməyin yaşı yoxdur, amma yaşın kökəlməyə təsiri var.

- Oturaq iş insanı kökəldirmi?

- Əslində hərəkət inan orqanizmi üçün çox vacibdir. Çünki aldığımız kaloriləri hərəkət ilə yandırmış oluruq. Oturaq işdə olan insanlar kökəlirsə, ona kalori defisti vermək lazımdır. Qidalanmanı düzgün etməlidirlər.

Əsas məsələ bizim sağlamlığımızdır. Mənim əsas məqsədim müraciət edənlərə kilo atdırmaqla yanaşı, sağlıqlı qidalanmağı öyrətməkdir. Mən hər zaman xanımlara deyirəm ki, mənim biliyimdən istifadə edin, öyrənin.

- Bəs həddən artıq arıq olan, kökəlmək istəyənlər nə etsin?

- Kökələ bilməyənlər gün ərzində 5-6 dəfə sağlam qidalanmalıdır və zülal qəbul etməlidir. Bəzən sosial şəbəkələrdə deyirlər ki, 6-7 dəfə qidalanmaq lazımdır. Mən belə düşünürəm ki, bu kilo almaq üçün atılan yanlış addımdır, zərərdir. Bu dırnaqarası dieatoloqların biznesidir. Yanıma gələn pasientlər ilə söhbət zamanı məlum olur ki, bu tip dietoloqlar pasientləri yeməkdən asılı vəziyyətə salırlar. Mənim dieta menyumda qidalanma zamanı arada 4-5 saat ara vermək lazımdır. Bu arada biz bədəni dinləndirməliyik. Yəni qidalanmaq olmaz. Çünki mədəaltı vəzi, mədə və əsasən də beynimiz sakit olmalıdır.

-Dietasız normal insan gündə neçə dəfə qidalanmalıdır?

- 3 dəfə. Biz dietada meyvəni səhər yeyiriksə, normal qidalanmada günün istənilən vaxtında yeyə bilərik. Amma yaxşı olar ki, yeməklər arası 4-5 saat heç nə yeməyək. Bu salamlığımız üçün vacibdir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2302   Tarix: 20 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dietoloqlardan sadə tövsiyə: "Rəngli qidalanma" iltihabı azaltmağa kömək edir

Mütəxəssislər bildirirlər ki, mürəkkəb pəhrizlərə və ya çətin tapılan qidalara ehtiyac olmadan da sağlam qidalanmaq mümkündür. Dietoloqlar iltihabı nəzarətdə saxlamağın ən asan yollarından birinin hər yeməyə rəng qatmaq olduğunu deyir. Qaynarinfo-nun "Real Simple" nəşrinə istinadən məlumatın

07.05.2026 426
.

Alça sevənlərin çoxu bunu bilmir - RİSK ALTINDASINIZ

Yaz və yay aylarının ən çox sevilən meyvələrindən biri olan alça həm dadı, həm də sağlamlığa faydaları ilə seçilir. Xüsusilə turş alçanın duzla yeyilməsi Azərbaycanda geniş yayılmış vərdişlərdən biridir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu adət bəzi insanlar üçün ciddi sağlamlıq problemlərin

18.05.2026 505
.

İldə 760 min ölüm: Yay gəlir, kabus qapıya dayanır - Ağcaqanadların gizli silahı...

Hər il 760 min insanın ölümünə səbəb olan ağcaqanadlar yay aylarının yaxınlaşması ilə yenidən gündəmə gəlib. Dişi ağcaqanadlar qoxu, karbon qazı və bədən temperaturunu hiss edərək hədəf seçir. Mütəxəssislər qorunmaq üçün ağcaqanad torları, qovucular və dərini örtən geyimlər tövsiyə edirlər. Qaynarinf

13.05.2026 349
.

Bu qidalar ömrü 10 il uzadır

Müasir tibb elmi sübut edir ki, düzgün qidalanma vərdişləri insanın genetik kodunu belə müsbətə doğru dəyişməyə qadirdir. Son illərdə aparılan genişmiqyaslı araşdırmalar bəzi spesifik qidaların müntəzəm istehlakının hüceyrə səviyyəsində qocalmanı ləngitdiyini və xroniki xəstəliklərdən qoruduğunu ortay

10.05.2026 519
.

Qan damarlarına və ağciyərə hücum edir: Hantavirusun təhlükələri barədə XƏBƏRDARLIQ

Aparıcı amerikalı virusoloq hantavirusun təhlükələri barədə xəbərdarlıq edib. İnfeksiya tez bir zamanda ağciyərlərə və qan damarlarına hücum edə bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, ABŞ ordusunun Yoluxucu Xəstəliklər üzrə Tibbi Tədqiqat İnstitutunun aparıcı virusoloqu və virusologiya şöbəsini

10.05.2026 389
.

Əsnəməyin əsl səbəbi bəlli oldu - Qarşısını almaq mümkün deyil

İndiyədək əsnəməyin oksigen səviyyəsini tənzimləmək üçün təkamül etmiş bir refleks olduğu düşünülürdü. Digər bir səbəbi də yorğunluq əlaməti hesab edilirdi. Amma MRT müayinələrindən istifadə edən yeni bir araşdırma göstərib ki, əsnəmək beyin mayesinin axınını tənzimləyir. Bu mayenin tullantıların xari

11.05.2026 641
.

Hər yaşda risk var: Ürək çatışmazlığını göstərən 4 kritik siqnal

Ürək çatışmazlığı hər il daha geniş yayılır. Erkən diaqnoz və müntəzəm həkim nəzarəti həyat keyfiyyətini artırır. Sağlam həyat tərzi vərdişləri xəstəliyin idarə olunmasında mühüm rol oynayır. Qaynarinfo xəbər verir ki, ürək çatışmazlığı nəfəs darlığı, tez yorulma və ürəkdöyünmə kimi əlamətlərlə özün

22.05.2026 436
.

Yayda vitamin D qəbuluna ehtiyac varmı? - Həkimdən vacib açıqlama

Vitaminin həddindən artıq qəbulu orqanizmə ciddi zərər verə bilər, buna görə normanı aşmaq olmaz. Yay aylarında elə görünür ki, günəş işığı orqanizmin vitamin D ehtiyacını tam qarşılayır. Bəs həqiqətən günəş çatışmazlığın qarşısını alırmı və yayda belə kimlər əlavələri qəbul etməyə davam etməlidir?

24.05.2026 190
.

Nəm salfetlər niyə tez quruyur?

Evlərdə, avtomobillərdə və çantalarda ən çox istifadə olunan gigiyena vasitələrindən biri olan yaş salfetlər düzgün saxlanılmadıqda qısa müddətdə quruyaraq istifadəyə yararsız hala düşə bilir. Xüsusilə qablaşdırmanın qapağını açıq qoyan istifadəçilər bir neçə gün ərzində salfetlərin sərtləşdiyini v

21.05.2026 299
.

TOP MP3