Gözəl və ağıllı qadınlar niyə adətən tənhalığı seçir?

Gözəl və ağıllı qadınlar niyə adətən tənhalığı seçir?Dünyada nigahdan kənar yaşayan cütlüklər çoxdur. Ailə bağından qaçan gözəl və ağıllı qadınların sayı artmaqdadır. Artıq bu ciddi problemə çevrilir. Məsələn, Amerikada qadınların 50, 2 % - i tək yaşamağa üstünlük verir. Bu 124, 6 mln. deməkdir.
Bu problemin səbəblərini araşdırdıqda gördüklərimizi sizinlə də bölüşmək istədik.

1. MÜASİR QADINLAR AZADDIR

BiG.AZ qadinkimi.com-a istinadən bildirir ki, qadınlar illərdir öz hüquqları uğrinda mübarizə aparır, dünyanı dəyişir və asılı olmaqdan qurtulurlar. İndi kişilərlə bərabər işləyən, hətta karyerada onlardan irəlidə olan qadınlar az deyil. Fiziki güc üstünlüyü belə qadının ailədə kişidən asılılığına səbəb deyil. Qadınlar pul ödəməklə istənilən fiziki güc tələb olunan işi gördürə bilir. Və bu həyat yoldaşlarının bunu nə zaman edəcəyini gözləməkdən daha tez və asan olur.

2. QADINLAR ASUDƏ VAXTLARINA DAHA ÇOX DƏYƏR VERMƏYƏ ÇALIŞIR

Müasir qadınların çoxu işdənkənar vaxtlarını ailəyə - həyat yoldaşına və uşaqlarına, ev işlərinə sərf etməkdənsə, özlərinə ayırmağa üstünlük verir: gözəllik salonları, şoppinqlər, peşəkarlıqlarını artırmaq, əlavə təhsil və s. Ailəyə vaxt ayırmaq indi qadınlar üçün maraqlı deyil.

3. QADINLARIN EMOSİONAL HALI DAHA DAYANIQLIDIR

Zarafatla səslənən "güclü qadınlar pişik saxlamağa daha çox meyllidir" deyimi həqiqətdən uzaq deyil. Müasir qadınlar sələfləri ilə müqayisədə mənən daha güclü, daha təhsilli, ruhsal olaraq daha dayanıqlıdırlar. İndi qızların da oğlanlar qədər yaşam seçimi imkanları var. Onlar sadəcə kiməsə ərə getmək arzusuyla yaşamır. Özlərinə uyğun, həyatlarını etibar edə biləcəkləri insanı tapmaq istəyirlər.

4. MÜASİR QADINLARIN STANDARTLARI YÜKSƏKDİR

Siz pul qazanırsızsa, təhsillisinizsə, şəxsiyyət artımına çalışırsızsa, xarici görüşünüzə diqqət ayıran birisinizsə özünüzə tay axtaracaqsız. Çünki belə qadınlar öz standartlarından vaz keçmirlər.
Müasir qadınların çoxu həyatında bütün bunları dəyərləndirən, özləri ilə eyni səviyyəli birini görmək istəyir.

5. KİŞİLƏR AĞILLI VƏ GÖZƏL QADINLARDAN QORXUR

Kişilərin çoxu azad, gözəl, ağıllı qadınla yaxınlıqdan ehtiyat edir. Onun tənha olduğunu təsəvvür etmirlər. Həm də rədd edilməkdən çəkinirlər. Öz həyatlarını idarə edən belə qadınlar da heç vaxt ilk addımı atmır, bunu kişidən gözləyirlər.

6. MÜASİR QADINLAR DAHA NAĞILLARA İNANMIR

Müasir qadınların kişiyə inamı daha azdır. Bu gün partnyorunu dəyişənlərin sayı çoxdur. Hətta rəsmi nigah da daimi birliyin təminatçısı deyil. Kişik yaşlarından qızların güclü siyasət qadınları, alim, ya şirkət sahibi, ya öz sevimli işi olanlar haqqında məlumatı olur. Fərqli düşünürlər.
Müasir dövrün tələbləri fərqlidir və biz bu tələblərə uyğunlaşmalıyıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1348   Tarix: 20 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 475
.

Hüseynin 153 milyon vergi borcu var

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Axşam.az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb. Federal Vergi Xidməti artıq blogerin şirkətinin hesablarını bloklayıb. Sözügedən şirkət restoran və yeməklərin çatdırılması xidməti il

05.05.2024 286
.

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur. Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı davam edir. "Eldəniz", "Viktoriya", "Nataşa" sortlarına üstünlük verilir. Sentyabrda əkilən çiyələk aprel ayının sonlarından yığılmağ

05.05.2024 220
.

Diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqələndirib. BİG.AZ -a istinadən bildirir ki, 2022-ci ildə 54 yaşlı Çae Kyung An həyat yoldaşı Yeon Ana vəhşicəsinə diri-diri basdırdığı üçün həb

04.05.2024 424
.

Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər

İrvindəki Kaliforniya Universitetinin alimləri qaranlıq maddənin varlığına dolayı ilə də olsa yeni sübutlar təqdim ediblər. Tədqiqat iki növ maddənin kompüter simulyasiyalarını əhatə edib: sadə və qaranlıq. Bu, ulduzların və kosmik qazın hərəkət sxemləri kimi həqiqi qalaktikaların tədqiqi zamanı müşahid

05.05.2024 165
.

Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ

Maqnit qasırğaları zamanı ən çox görünən narahatlıq baş ağrılarıdır. Çünki maqnit partlayışları və elektrik impulsları səbəbindən beyin neyronlarının həyəcanlılığı artır. Bu barədə rusiyalı həkim Natalya Balan məlumat verib. "Ağrı şiddətli miqren, başgicəllənmə, zəiflik və qulaqda küy yaradır. Geomaqni

05.05.2024 400
.

Heç kimin qarşısında əyilməyən aktyor: Anası onu necə dünyaya gətirmişdisə, eləcə də dünyadan köçdü

"Mən bu sənətə pul xətrinə gəlməmişəm. Yadıma gəlir ki, ilk dəfə burada 40 manat maaş almışam. Sonra olub 60, 70 və yavaş-yavaş qalxıb… Yəni bura varlanmaq üçün gəlməmişəm. Mən özümü bu sənətin fanatı sayıram. Elə bil teatr mənim üçün dənizdir və özümü bu dənizdə balıq kimi hiss edirəm". Akademi

05.05.2024 245
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 349
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 478