Qadağan olunmuş alətlərlə balıq ovuna qarşı aksiya - VİDEO

Qadağan olunmuş alətlərlə balıq ovuna qarşı aksiya - VİDEO"Sintetik torlarla və qadağan olunmuş alətlərlə balıq ovuna yox deyirik!" devizi altında aksiyalara başlanılıb.

Xezerxeber.az xəbər verir ki, oktyabrın 19-da Xəzər dənizin Zirə sahilinin bir hissəsi qadağan olunmuş balıq ovlama alətlərindən, o cümlədən sintetik torlardan təmizlənib. "Sintetik torlarla və qadağan olunmuş ov alətləri ilə balıq ovuna yox deyirik!" devizi altında keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Həvəskar Balıqçılar İttifaqının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev jurnalistlərə bildirib ki, aksiyanın məqsədi qadağan edilmiş vasitələrlə balıq ovuna son qoymaq, davamlı olaraq su hövzələrinə buraxılan balıq körpələrinin mühafizəsini gücləndirməklə balıq ehtiyatlarının artırılmasına nail olmaq, cəmiyyətin bütün təbəqələrinin bu işə cəlb olunmasını təşkil etməkdir. Qadağan olunmuş vasitələrlə balıq ovlanması təbiətimizə qarşı vandal münasibətdir. Elektrik cərəyanları ilə, sintetik torlarla balıq ovlayanlar belə hərəkətlərdən çəkinməlidirlər, insanlar bu cür hallarla rastlaşarkən bu barədə nazirliyə və hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.

Nazir müavini brakonyerliklə məşğul olanların kimlikləri barədə məlumatlı olduqlarını, onlar haqqında bu yaxınlarda cinayət işi qaldırılacağını bildirib: "Bununla belə, bu aksiyanı keçirməklə digərlərinə xəbərdarlıq edirik ki, bu işdən çəkinsinlər. Əgər bu, davam edərsə, onlar külli miqdarda cərimə olunacaqlar və hüquq mühafizə orqanları barələrində cinayət işi açacaq. Bu aksiya davamlı olacaq və bütün su tutarlarında davam etdiriləcək".
Aksiyada iştirak edən həvəskar balıqçılar isə qanunsuz alətlərlə balıq ovlayanlara səslənərək bu cür əməllərindən əl çəkməyə çağırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 647   Tarix: 19 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443