"O, kreslosunu bərkitmək üçün dövləti də aldadıb" - Prezidentə müraciət

"O, kreslosunu bərkitmək üçün dövləti də aldadıb" - Prezidentə müraciətXalq artisti Afaq Bəşirqızı teatrın ümumi problemləri və aktyorlar məsələsini yenidən gündəmə gətirib.

"Qafqazinfo"ya bununla bağlı açıqlama verən sənətkar Azərbaycanın əsas teatrı hesab edilən Akademik Milli Dram Teatrının və Teatrlar İttifaqının rəhbəri Azərpaşa Nemətov barədə ciddi ittihamlar səsləndirib.

Məşhur teatr aktrisasının sözlərinə görə, A. Nemətov şəxsi maraqları üçün rəhbəri olduğu teatrın tarixini təhrif edib. O, eyni zamanda Teatrlar İttifaqına rəhbər seçkilərinin şəffaf keçirilməsini təmin etmək üçün ölkə rəhbərləyinə müraciət edib:

"Dünən cənab Prezidentin çıxışına diqqətlə qulaq asdım və məmnun qaldım. Şəffaf bir dövlət qurmaq... Bu, çox böyük bir fikirdir. Mən Prezidentlə mart görüşü zamanı demişdim ki, sizin verdiyiniz sərəncamlardan sui-istifadə edirlər.

Canım prezidentim, şəffaf dövlətin ən qabarıq atributlarından biri mədəniyyət sahəsi olmalıdır. Xalqın böyük əksəriyyətini təşkil edən mədəniyyət və incəsənət xadimləri sizin göstərdiyiniz qayğı və diqqətə görə təşəkkürünü bildirir. Lakin yeri səhv düşən insanları, təsadüfi adamları hegemon adlandırıram. Dövlətin büdcəsini qara pula çevirib cibinə axıdanlar, qarın sahələrini qabardanlar təəssüf ki, bizim sahədə daha çoxdur. Bu islahatlar mədəniyyət və teart sahələrində aparılmalıdır. Təsadüfi adamlar öz yerlərini bilməlidirlər. İncəsənət xadimləri sənətləri kimi incə ürəyə malikdirlər. Ailələrinə bir parça çörəyi aparmağın dərdindədirlər. Siz təsəvvür edin, həmin incəsənət xadiminə "mənimlə olmasan, səni işdən çıxararam", "mənimlə olmasan, səni fəxri ada göndərmərəm", "ələ alına bilən jurnalistlərə sifariş verib saytlarda biabır edərəm" deyib səslərini kəsiblər. Sanki bir parça çörəyi verən Allah deyil, hegemonlardır.

"Mədəniyyətin tarixini təhrif edirlər. Bu, mədəniyyəti öldürmək deməkdir. Necə ola bilər ki, 147 yaşlı Akademik Milli Dram Teatrını 100 yaşlı kimi təqdim edəsən?! Teatr 1873-cü ildə dövlət tərəfindən tanınıb. Həmin ildə bir çox teatrlar tanındı (SSRİ-də fəaliyyət göstərən digər ölkə teatrları-red). 1919-cu ildə dövlət statusu verilən teatrın 100 illiyi Ulu Öndər Heydər Əliyev tərəfindən 1974-cü ildə (1 il sonra) keçirilib. Bu barədə sənədli filmlər, tarix var. Siz təsəvvür edin ki, indi teatrın 147 yaşı var, lakin Azərpaşa Nemətov (sözügedən teatrın direktoru) öz vəzifə kreslosunu daha da bərkitmək üçün dövləti də aldadıb. 1919-ci ildə dövlət statusu verilib, bundan da istifadə edir, 100 illik kimi təqdim edir. Nə var ki, qarşıdan gələn seçkilərdə qalib olsun, teatr kreslosunda otursun. Mən susurdum, düşünürdüm ki, həmkarlarımdan kimsə fəxri adlar alacaq, illərdir gözlədiyi ordenin sahibi olacaq. Bilirsiz, cənab Prezident, aktyorlar diqqət, qayğı və mükafatlarınızla yaşayır. İncəsənət xadimlərinin çəkdiyi əziyyət, bu sənət yolunda verdikləri sağlamlığın nəticəsi gül-çiçək və alqışlardır. Bu, ömrümüzün və başımızın tacıdır. Amma bundan sui-istifadə edənlərə nə ad vermək olar? Mən onlara hegemon deyirəm. Çox xahiş edirəm, teatr sahəsində böyük islahatlar aparılsın. Aktyorlara, incəsənət xadimlərinə, işçilərinə göstərilən haqsız təzyiqlərə son qoyulsun. Və nəhayət, 73 yaşlı Azərpaşa Nemətovun 15 ildən artıq Teatrlar İttifaqında oturmağı və bura üçün heç bir iş görməməyi ağlasığmazdır.

Hörmətli Prezident, xahiş edirəm. Teatrlar İttifaqının rəhbər seçkilərinin qurultay şəklində keçirilməsinə, burada alternativ namizədlərin olmasına və nəhayət, insanların öz istəkləri, inamları ilə olan seçkilərə şərait yaradasız.

Ümumiyyətlə, müraciət edəcəyimiz mədəniyyət xadimləri, qurumlar bu barədə artıq fikirləşməlidir. Teatrlara ayırdığınız o böyük məbləğdə pulların hansı ciblərə axdığını, harada istifadə olunduğunu artıq yoxlanmasını sizdən xahiş edirəm. Ən böyük hörmətim, ehtiramım sizi dəstəkləmək, Azərbaycan dövlətinə sadiq olmağımdır. Mən həmişə sizinləyəm, xalqımlayam. Mən susmayacam!

Cənab Prezident, mən sizə inanıram. İnanıram ki, bu müraciətim sizə çatacaq. İnanıram ki, Vətənimin qeyrətli oğul və qızları bu müraciəti sizə çatdıracaqlar. Şəxsi ambisiya, çirkli pullar deyil, yalnız xalqını sevənlər bu işi görəcəklər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1298   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 236
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 533
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 46
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 450
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 280
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 352
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 263
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 246
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

12:05 297