Gözəllik qurbanı olmağa hazır olan xanımların DİQQƏTİNƏ! Hündürdaban ayaqqabı XƏSTƏLİK YARADIR – VİDEO

Gözəllik qurbanı olmağa hazır olan xanımların DİQQƏTİNƏ! Hündürdaban ayaqqabı XƏSTƏLİK YARADIR – VİDEOBu gün xanımlar ən çox seçim etdikləri ayaqqabılardan biri də hündürdabandır. Lakin onların seçimi nə dərəcədə doğrudur, onlar bu seçimləri ilə özlərinə hansı zərəri vururlar bunun fərqində belə deyillər.

ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin (xanım): "Mən hündürdaban ayaqqabılardan hər zaman istifadə edirəm. Boyum da hündürdü, amma buna baxmayaraq mən hündür dabanı olan ayaqqabıları üstün tuturam".

Sakin (xanım): "Biz hündür dabanı olan ayaqqabılara vərdiş etmişik. Bəzən bu sümüyün deformasiyasına, bəzən də varikozun yaranmasına səbəb olur deyirlər".

Hündürdaban ayaqqabılar bir çox xanımlarımızın əvəzedilməzidir, bəziləri boyunu uzun göstərmək üçün, bəziləri də sadəcə dəb üçün bu ayaqqabılardan istifadə edir. Gözəl görünmək üçün geyindiyimiz və uzun müddət üzərində dayandığımız bu ayaqqabıların sağlamlığımıza müəyyən mənfi təsirləri də var. Ekspertlər bununla bağlı çox ciddi xəbərdarlıq edirlər.

Belə ki, uzun müddət hündürdaban ayaqqabı üzərində dayanmaq həm onurğa problemlərinə, həm də ayaqda müəyyən mənfi təsirlərə gətirib çıxarır".

Nigar Ömərova – Fizioterapevt: "Bu ayaqqabıları geyindikdə daban pəncədən daha hündür olur, o zaman da bədən tarazlığı itir. Bədən tarazlığı itəndə isə qamət arxaya gedir və bütün onurğa sütununa, sinirlərə, diz oynaqlarına qüvvət düşür ki, bu ağrılara səbəb olur".

Bununla da bitmir, dikdabanlarda ayağın önə doğru əyilməsi ayaq əzələlərinin qısalmasına və yararsız hala düşməsinə səbəb ola bilər. Araşdırmalar göstərir ki, bədən ağırlığının 60 faizi topuqda, 40 faizi isə barmaqlarda daşınır. Ancaq dikdabanlarda bütün yük barmaq uclarına düşür və bu yaralanmalara, sümük çıxılmalarına gətirib çıxarır.

İsmayıl Əsgərov – Cərrah-fileboloq: "Uzun müddət hündürdaban ayaqqabı geyinmək fonunda xüsusən pəncənin ön hissəsi barmaq nahiyəsində yüklənmə artır. Bu davamlı olaraq barmaq nahiyəsində ağrılarla yanaşı ayaqqabının sıxmağa məruz qaldığı yerlər tərəfdə döyənəklər də yarana bilir".

Bu tip ayaqqabılar təkcə sümük və əzələyə yox ayaqdakı damarlara da öz mənfi təsirini göstərir.

İsmayıl Əsgərov – Cərrah-fileboloq: "Hündürdaban ayaqqabı geyinmək ayağın, daha doğrusu pəncənin biomexanik yük balansını pozur bunun nəticəsində ayaqda müxtəlif tip ağrılar, deformasiyalarla yanaşı damar patalogiyaları baş verə bilir".

Ekspertlər bildirir ki, ən təhlükəli hesab edilənlər dabanı hündür və ucu dar ayaqqabılardır. Bu ayaqqabıları seçərkən əsas diqqət etməli olduğumuz məqam dabanın nə qədər hündür olmasıdır.

Aysel Davudqızı – Rəssam-Modelyer: "Stilettolara önəm verirlərsə 55 milimetr - 70 millimetrə üstünlük verməlidirlər. Eyni zamanda platformaya üstünlük versinlər, çünki platforma tənzimliyi qoruyur və xanımların onurğa sütununa daha az ağırlıq düşməsinə səbəb olur".

Unutmuyaq ki, sağlamlığımız hər şeydən üstündür. Kimlərəsə gözəl görünmək adına sağlamlığımızı təhlükə altına atmağımız isə özümüzə haqsızlıqdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 802   Tarix: 16 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089