Həbsdə yatan həyat yoldaşına sovqat gətirdi, içərisindən narkotik çıxdı

Həbsdə yatan həyat yoldaşına sovqat gətirdi, içərisindən narkotik çıxdı

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən BiG.AZ-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı, Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə -"metamfetamin" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 347 Tarix: 14.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər