Putin 12 ildən sonra Səudiyyəyə səfər edəcək

Putin 12 ildən sonra Səudiyyəyə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına səfər edəcək.

Sonxeber.az-ın məlumatına görə, görüş zamanı neft qiymətlərinin stabilləşməsi və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi müzakirə ediləcək.

Tərəflər görüş zamanı 2 milyard dollarlıq müqavilə imzalayacaqlar. Kral ailəsi artıq Rusiya prezidentini gözləyir. Mərkəzi yollar Rusiya simvolları ilə bəzədilib.

Qeyd edək ki, bu, Rusiya prezidentinin Səudiyyə Ərəbistanına ikinci səfəridir. İlk səfər 2007-ci ildə baş tutub. 2017-ci ildə isə kral Salman Moskvaya səfər edib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 206 Tarix: 14.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər