Azərbaycan 4 günlük iş həftəsinə keçir? - Nazirdən VACİB AÇIQLAMA

Azərbaycan 4 günlük iş həftəsinə keçir? - Nazirdən VACİB AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da 4 günlük iş həftəsinin tətbiqinin mümkünlüyü məsələsinə münasibət bildirib.

BiG.AZ Trend-ə istinadən bildirir ki, nazir qeyd edib ki, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil.

S.Babayev əlavə edib ki, qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarında ciddi təsir edə bilər: "Azərbaycanda əməkhaqqı aylıq əsasla müəyyən edilir. 4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər. Bu, əmək resurslarının yaratdığı əlavə dəyərdən asılı olaraq müəyyən edilə bilər. Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 12801 Tarix: 14.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər