İsveçli həkimlər Azərbaycan rəqsini məharətlə ifa ediblər

İsveçli həkimlər Azərbaycan rəqsini məharətlə ifa ediblər
İsveçdə keçirilən oftalmologiya üzrə beynəlxalq konfrans bu il Azərbaycanla bağlı maraqlı məqamlarla yadda qalıb.

BiG.AZ xəbər verir ki, ənənəyə görə konfransdan sonra həkimlərin iştirakı ilə xüsusi səhnəciklər və şou təşkil olunur. Bu il 2-4 oktyabr tarixlərində Örebro şəhərində baş tutan konfransdan sonra İsveçdə yaşayan azərbaycanlı oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Pərviz Məmmədzadənin təşəbbüsü ilə Azərbaycanın milli rəqsləri ifa olunub. Klinikanın işçilərinə milli rəqslərimizi öyrədən soydaşımız onlar üçün öz evində milli geyimlər də hazırlatdırıb. Bir neçə həftəlik məşqdən sonra onlar “Şalaxo”nu Azərbaycan bayrağı altında məharətlə ifa ediblər. Klinikanın işçilərinin çıxışı maraqla qarşılanıb və alqışlara səbəb olub.

Qeyd edək ki, oftalmologiya üzrə beynəlxalq konfrans hər il təşkil olunur və konfransın işində dünyanın müxtəlif yerlərindən 500-ə yaxın mütəxəssis iştirak edir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 471 Tarix: 10.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər