Bakıda qətl: Ər qantellə arvadının başından vuraraq öldürdü

Bakıda qətl: Ər qantellə arvadının başından vuraraq öldürdü

Bakının Nizami rayonunda oktyabrın 9-na keçən gecə qantel Əkbərova Cəvahir Telman qızının qətl alətinə çevrilib.

Bu barədə Oxu.Az-a rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

36 yaşlı qadın saat 04:00-da öldürülüb. Cinayətdə onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əkbərov İlham Niftəli oğlu ittiham olunur. C.Əkbərova başından aldığı qantel zərbəsi nəticəsində ölüb. Bu əməldən sonra kişi Şəki rayonuna gedərək, daxili işlər orqanına təslim olub.

Xatırladaq ki, daha əvvəl KİV-də ərin arvadına 18 bıçaq zərbəsi vurduğu haqqında məlumatlar dərc olunsa da, onun həqiqətə uyğun olmadığı ortaya çıxıb.

Faktla bağlı istintaq davam edir.

Qeyd edək ki, ayın əvvəlindən Bakıda iki cinayət hadisəsi baş verib. Hər iki halda zərərçəkənlər gənc qadınlardır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 644 Tarix: 10.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər