"Leyla üçün susma"- Əməkdar artist 20 bıçaq zərbəsi ilə öldürülən qızdan yazdı

"Leyla üçün susma"- Əməkdar artist 20 bıçaq zərbəsi ilə öldürülən qızdan yazdı

"Xocalı Soyqırımı dərdini daşımaq az deyil bizə? Hər gün qadın-ana soyqırımı baş verir. Belə "kişi"nin gücü erməni işğalçısına yox, qadına çatır".

BiG.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədə yazıb. Müğənni bir neçə gün əvvəl küçədə əri tərəfindən 20 bıçaq zərbəsi ilə öldürülən Leyla Abdullayeva adlı qadından bəhs edib. Ağayeva kişilərin qadına şiddətini qınayıb:

"Nədir dünyaya gələn qızların günahı? 21-ci əsrdə hələ də ailələlərdəki "Qız nədi, oxumaq nədir, işləmək nədir" düşüncələr cəmiyyəti məhv etməkdədir. Bu gün baxın, çox sayda qadın-qızlarımız öz hüquqları haqda ya tamamən məlumatsızdılar, ya da qorxurlar ata, ailə, cəmiyyət qınağından. Yaşadıqları sadəcə budur. Hələ də həyatı, sağlamlığı, övladı təhlükə altında olan qadınlarımız var. Demək ki, bizi sosial layihələr, proqramlar, televiziya, mətbuat, sosial media daha çox maarifləndirməlidir. Dəyərli ziyalılar, marifli insanlar, sənət insanları, media nümayəndələri, dostlar, gələcəyini düşünənlər - susmayaq. Növbəti faciəyə, cəhalətə imkan verməyək. #leylaucunsusma".

"Leyla üçün susma"- Əməkdar artist 20 bıçaq zərbəsi ilə öldürülən qızdan yazdı

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2804 Tarix: 10.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər