"Zirə" Samir Abasovu istefaya göndərdi

"Zirə" Samir Abasovu istefaya göndərdi

Bu gün klub rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.

BiG.AZ xəbər verir ki, görüş zamanı "Zirə"nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

"Zirə" PFK Samir Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 181 Tarix: 08.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər