Əlvida, Günəş! - Bəşəriyyətin sonuna nə qədər qalıb?

Əlvida, Günəş! - Bəşəriyyətin sonuna nə qədər qalıb?Əvvəl Günəş "Qırmızı nəhəng" ölçülərinə qədər böyüyəcək və bütün planetləri yandıracaq. Onlardan yalnız köz qaldıqda Günəş də soyumağa başlayacaq və "ağ cırtdan" ölçüsünə qədər kiçiləcək.

BiG.AZ-ın radiosputnik.ria.ru-ya istinadən verdiyi xəbərə görə, bununla da Günəş sistemi məhv olacaq. İnsanlara burada yer qalmayacaq.

Bütün canlıların yer üzündən silinmə ehtimalı alimləri bəşəriyyətin köçə biləcəyi yeni yerlər axtarmağa vadar edib. Son yarım il ərzində azı iki münasib "yaşayış yeri" tapılıb.

Ümumilikdə isə belə məkanların sayı 4500-dən çoxdur. Xilas olma şansları artır.

Bəd xəbər

Hesablamalara görə, Yer kürəsinə bənzər planetlərin sayı azı 5 milyard ola bilər. Onlardan bəzilərinin günəşəbənzər ulduzları var, bəzilərinin isə atmosfer tərkibi oxşardır. Hamısı "Süd yolu" qallaktikasında, lakin Günəş sistemindən xaricdədir. Onlar ekzoplanet (yəni Günəşdən kənar) adlandırılır.

Müasir kosmik texnika ilə ən yaxın planetə bir neçə yüz əsr uçmaq lazım olacaq. Ona görə az qala işıq surətilə uça bilən kosmik gəmiyə ehtiyac var.

Yer kürəsinin aqibəti iki cür ola bilər: biri digərindən bətər. Planetimiz ya Marsa, ya da karbon qazıyla dolu və atmosfer təzyiqi 500 olan Veneraya çevriləcək. Veneraya göndərilən kosmik aparatlar sadəcə olaraq əzilirdi.

Xoş xəbər

Bu arada Günəş minimum iki dəfə Yer kürəsində ekstremal hadisələrə səbəb olaraq həyəcan təbili vurub.

Yer maqnetizmi, ionosfer və radio dalğalarının yayılması İnstitutunun direktoru Vladimir Kuznetsov bu hadisələr barədə danışıb:

"Kanadanın Kvebek əyalətində 1989-cu ildə Günəşdəki partlayışlara görə yaranan maqnit qasırğasıyla əlaqədar bütün elektrik enerjisi doqquz saatlıq tamamilə kəsilmişdi, hər şey yanmışdı.

Günəş müşahidələrinin tarixində ən güclü hadisə 1859-cu ildə baş verən "Karrinqton hadisəsi"dir. Karrinqton - ən güclü partlayışı qeydə alan britaniyalı alımdir.

Həmin zaman maqnitosferaya təsir o qədər güclü olmuşdu ki, yalnız qütb əraziləri deyil, bütün Yer kürəsi şəfəqlərə bürünmüşdü. Oxşar hadisələr gələcəkdə də dəfələrlə baş verəcək".

Günəşdə partlayış

Vladimir Kuznetsov qeyd edir ki, arxayınçılığa cəmi bir səbəb var: bütün bunlar dözüləsidir və "Günəş - Yer kürəsi" sisteminin tarazlığını pozmur. Lakin bundan da yaxşı xəbər odur ki, Günəş sisteminin məhvinə hələ çox var.

Ulduzların təkamülü nəzəriyyəsiylə məşğul olan alimlərin hesablamalarına görə, Günəş Yer kürəsi üçün istilik və nüvə enerjisi mənbəyi kimi azı beş milyard il stabil olaraq işləyəcək.

Həmin zaman kosmik texnikanın və insanların necə olacağı isə məlum deyil. Kuznetsovun dediyinə əsasən, insanlar o qədər inkişaf edə bilər ki, harasa köçməyə ehtiyac qalmaz. Biz sadəcə yeni enerji mənbəyi tapıb yeni şəraitə uyğunlaşmış ola bilərik.

Naatəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1306   Tarix: 07 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627