Prezident təqaüdçüsü: Oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdur

Prezident təqaüdçüsü: Oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdurHeç bir repetitor yanına getmədən ali məktəblərə keçirilən qəbul imtahanına müstəqil olaraq hazırlaşdım. Ciddi hazırlığım və çəkdiyim əziyyət yerdə qalmadı.

Bunu Oxu.Az-a açıqlamasında 675 bal toplayan Prezident təqaüdçüsü Nərmin Sadıqova bildirib.

Nərmin Sadıqova 2002-ci il mayın 22-də Şamaxı rayonu Göylər kəndində anadan olub. O, bu il Göylər kənd 1 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirərək, Bakı Dövlət Universitetinn Hüquq fakültəsinə qəbul olub:

"Bölgələrdə, xüsusilə kənd məktəblərində təhsilin aşağı səviyyədə olması fikri ilə razı deyiləm. Heç kim deməsin ki, kənd məktəbidir, burada təhsil alanlar yüksək nəticə əldə edə bilməz. Bunun üçün sadəcə çox çalışmaq, səy göstərmək lazımdır. Uşaqlıqdan hüquqşünas olmağı arzulamışam və düşünürəm ki, əslində oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdur.

Fikrimcə, oxumaq, məqsədinə nail olmaq istəyən harada yaşamasından asılı olmayaraq, öz arzusuna çatacaq. Elə mənim kimi... Hüquq fakültəsinə qəbul olmağı çox istəyirdim. Yüksək bal toplamağı isə hələ məktəbdə oxuduğum illərdə özüm üçün hədəfləmişdim".

N.Sadıqova bildirib ki, prezident təqaüdçüsü olmağını çox arzulayırıb:

"Mənə yüksək savad verən müəllimlərim Xoşqədəm İsrafilovaya, Əsmər Əliyevaya, Mail Qasımova, Nuriyyə Abdullayevaya, Yeganə Məmmədovaya və hər zaman dəstəkçim olan, uğurlu nəticə göstərəcəyimə inanan məktəbimizin direktoru Əlyusif Qəniyevə sonsuz təşəkkürlərimi bildirirəm.

Məktəbimizdə yüksək səviyyədə dərs keçilir. Məhz bunun nəticəsidir ki, hər il çoxlu şagird yüksək balla universitetlərə qəbul olur. Etiraf edim ki, prezident təqaüdçüsü olmağımı çox arzulayırdım. Prezident təqaüdünə layiq görülən 102 tələbənin siyahısında adımı görəndə nə qədər sevindiyimi sözlə ifadə etmək çox çətindir.

Necə deyərlər "qanadım olsaydı uçardım". Ali məktəbə qəbul olmaq istəyən hər kəs ilk öncə məktəbdə fənlərini yaxşı oxumalıdır. Şagirdlərimiz özlərinə güvənməli, əzmlə çalışmalıdırlar. Çəkilən əziyyət hər zaman qiymətləndirilir, yetər ki, qarşıya qoyduğunuz hədəfləriniz olsun.

Mənə bəslənən ümid və etimadi doğrultmaq, uğurlarımla valideynlərimi, eləcə də müəllimlərimi sevindirmək istəyirəm", - deyə prezident təqaüdçüsü qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2302   Tarix: 21 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 201
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 2374
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 356
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 784
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 144
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 306
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 220
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 255
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

01.05.2024 1159