Salyanda 67 yaşlı qadını çaqqal dişlədi

Salyanda 67 yaşlı qadını çaqqal dişlədi

Bu gün günorta saatlarında Salyan şəhərinin 20 Yanvar küçəsində yerləşən həyətlərdən birinə girən çaqqal yaşlı ev sahibəsini dişləyib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 1952-ci ildə anadan olmuş Gülzar Şiralı qızı Məmmədova öz həyətində iş görərkən qəflətən çaqqalın hücumuna məruz qalıb. Əlindın xəsarət almış qadın Salyan Mərkəzi Rayon Xəstəxanasında quduzluq əleyhinə vaksin vurulduqdan sonra ambulator müalicəyə buraxılıb.

Yerli sakinlər hadisənin baş verdiyi həyətin yaxınlğındakı çöllükdə son vaxtlar çaqqalların sayının həddən artıq çoxaldığını deyirlər.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 225 Tarix: 20.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər