Çingiz Abdullayev: "Bu, bizim böyük faciəmizdir"

Çingiz Abdullayev: "Bu, bizim böyük faciəmizdir""Futbol idman deyil, dindir, sevgidir. Futbolçu olmaq qat-qat çətindir, nəinki ədəbiyyatda və musiqidə olmaq".

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev İctimai Televiziyanın "3 D" verilişində qonaq olarkən deyib. Daha sonra yazıçı robot aparıcı Dadaş Dadaşlinskinin "Necə edək ki, 90 dəqiqə ərzində pul haqqında düşünməyən futbolçular yetişdirək" sualına cavab belə cavab verib:

"Təbii ki, maşın da, evdə alırlar. Amma özünə hörmət edən peşəkar futbolçu ilk növbədə öz zəhmətini bəyənir və istəyir ki, komandası qalib gəlsin.

Son illərdə "Qarabağ"ın qazandığı uğurlar Azərbaycan futbolunda baş verən ən böyük nailiyyətdir. Onların ard-arda Avropa kuboklarına çıxması futbolumuzun uğurudur. İnanıram ki, eyni uğuru "Neftçi" klubu da bizə yaşadacaq. SSRİ-də, 60-cı illərdə "Netfçi" 3-cü olmuşdu. Bunu təkrarlamaq isə lap çox çətindir".

Çingiz Abdullayev əlavə edib ki, yazıçılardan ibarət futbol komandası yaradılsa idi, özü oynamazdı:

"Klubun prezidenti olardım. Hələ uşaqlıqdan bilirdim ki, yaxşı oynaya bilmirəm. Odur ki, meydana çıxmırdım. Oyunçu olmayanda hərdən müdafiəçi kimi çıxırdım. Anarın 81, Natiq Rəsulzadənin 70 yaşı var. Lazım deyil, onlar çıxmasa və yazsa, daha yaxşıdır, amma cavanlardan ibarət komanda yığardım".

Yazıçı verilişdə bu günə qədər 30 milyon kitabı çap olunduğunu nəzərə çatdırıb:

"Hər bir ölkədə vergi verirəm, məndən pul çıxırlar. Odur ki, tirajlarla birlikdə nə qədər kitab çıxdığını dəqiq bilirəm. İndiyədək bir misramı çap etdirməmişəm. Nə Azərbaycanda, nə də başqa ölkədə heç bir kitabı çap etdirməmişəm. 30 milyon kitabım var. Bilmirəm ki, bir kitab çıxartmaq neçəyə başa gəlir. Cavanlıqdan bu günə kimi kitablarımı nəşriyyat özü çap edir".

Yazıçı aparıcının "30 milyon kitab... Təbiətə yazığınız gəlmir, bu qədər ağac məhv olur" sözlərinə belə münasibət bildirib:

"Yazığım gəlmir, inanıram ki, kitab insanlara kömək edir. Tək mənim kitabım yox, yaxşı kitab cəmiyyət üçün çox faydalıdır. Yaxşı kitablar çap olunmalıdır. Dünyada çox az millətlər var ki, 100 ildə 4 dəfə əlifbanı dəyişsin. Bu, bizim böyük faciəmizdir. Sonrası da böyük ölkə deyilik, kiçik dövlətik. İndi kitablara böyük maraq yoxdur, azalıb. Hər halda xalqımızın inkişaf etməsini istəyiriksə, kitab oxumalıyıq. Dil bilikləri, mütaliə və internet - gələcəyimiz bunlardan asılıdır. Qarabağ məsələsi və siyasətimiz kitabdan asılıdır".

Çingiz Abdullayev əməkdar artist Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olmaq istəməsini isə müsbət qarşılayıb:

"Yazıçılar Birliyinin 2000 üzvü var. Elə fikirləşirsiniz ki, hamısı eyni səviyyədə olmalıdır? Kimsə roman, kimsə şeir yazır, kimsə tənqidçidir, kimdə ədəbiyyatşünasdır. Bu da normaldır.

Məni də çox tənqid edirlər, özü də lap çox. Ümumiyyətlə bunlara heç bir cavab verməsəm də, təşkilata qarşı yazanda münasibət bildirmişdim".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 581   Tarix: 19 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 325
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 424
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 222
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 472
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 82
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 673
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 673
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 362
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 382