Dövlət qulluğunda 578 vakant vəzifə var

Dövlət qulluğunda 578 vakant vəzifə varDövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il 17 sentyabr tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 3-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 19 dövlət orqanında 578 vakant vəzifənin tutlması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

DİM-dən BiG.AZ-a verilən məlumata görə, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 17 oktyabr 2019-cu il saat 18:00-dək (30 gün müddətində) "Dövlət qulluğu üzrə müraciət Forması"nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (452 vəzifə) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (37 vəzifə) tərəfindən təqdim olunmuşdur.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir:

1.Qida Təhlükəsizliyi Agentliyi (452 vəzifə) - AA4 altqrupu üzrə 1, AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 6, AB3 altqrupu üzrə 9, AC1 altqrupu üzrə 5, AC3 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 57, BA3 altqrupu üzrə 21, BA4 altqrupu üzrə 21, BB3 altqrupu üzrə 136, BB4 altqrupu üzrə 194 vəzifə

2.Ekologiya və Təbii Sərvətlər Nazirliyi (37 vəzifə) - AC4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 33 vəzifə

3.Maliyyə Nazirliyi (9 vəzifə) - BA4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 7 vəzifə

4.Təhsil Nazirliyi (11 vəzifə) -BA4 altqrupu üzrə 8, BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 2

5.Şəki Ağır Cinayətlər Məhkəməsi (4 vəzifə) -BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 3 vəzifə

6.Şirvan Apelyasiya Məhkəməsi (15 vəzifə) - BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 14 vəzifə

7.Milli Televiziya və Radio Şurası (2 vəzifə) - AA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 1 vəzifə

8.Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində BA4 altqrupu üzrə 2 vəzifə

9.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (2 vəzifə) - BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə

10.Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 5 vəzifə

11.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə

12.Astara Rayon Məhkəməsində BB4 altqrupu üzrə 7 vəzifə

13.Qobustan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

14.Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

15.Masallı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə

16.Hacıqabul Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

17.Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 9 vəzifə

18.Yevlax Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə

19.Balakən Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 578 vakant vəzifənin 2-si 3-cü təsnifata, 7-si 4-cü təsnifata, 92-si 5-ci təsnifata, 16-sı 6-cı təsnifata, 461-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AA, 16-sı AB, 65-i AC, 78-i BA, 414-ü isə BB vəzifə qrupuna aiddir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 689   Tarix: 17 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britaniyada qanunsuz miqrantlarla bağlı rekord dövr qeydə alınıb

Böyük Britaniyada 2018-ci ildən bəri ölkəyə qayıqla qanunsuz miqrantların gəlmədiyi ən uzun dövrü qeydə alınıb. xəbər verir ki, bu barədə "Sky News" Britaniyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. "Son 28 gün ərzində La-Manş boğazından keçən kiçik qayıqlarla miqrantları

13.12.2025 107
.

Türkiyə Prezidenti: Əhatəli bir konstitusiya hazırlamaq niyyətindəyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm sivil, həm azadlıqyönümlü, həm də əhatəli bir konstitusiya hazırlamaq niyyətində olduqlarını bəyan edib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında R.T.Ərdoğan bildiri

13.12.2025 142
.

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir

Zəngəzur dəhlizi - bir neçə marşrutu özündə birləşdirən genişmiqyaslı layihədir. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib. O xatırladıb ki, "Tram

13.12.2025 97
.

Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü

Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Belə ki, vint, maşın açarı, qələm və s. şəklində mikrokameralar ucuz qiymətə təklif olunur. Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar. Baku TV-nin əməkdaşı "TikTok"da ucuz gizli kamer

13.12.2025 155
.

Avropa Birliyi Rusiyanın 210 milyard avro dəyərində aktivlərini dondurub

Avropa Birliyi Rusiyanın birlik daxilində 210 milyard avro dəyərində aktivlərini qeyri-müəyyən müddətə dondurub. BİG.AZ DW-yə istinadən xəbər verir ki, bu qərar vəsaitin Ukraynaya yardım üçün istifadəsinə imkan verəcək. Əvvəllər Avropa Birliyi aktivlərin dondurulmasını hər altı aydan bir uzada bilərd

13.12.2025 163
.

Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib

Polis Almaniyanın Duderştatd şəhərində milad yarmarkasından təxminən 120 nəfəri potensial təhlükə səbəbindən təxliyə edib. "Report"un məlumatına görə, bu barədə Bild qəzeti yazır. Buna səbəb kimi potensial terror təhlükəsi haqqında məlumat olub. Şahidlər gənc bir oğlanın odlu silahla gördüklərin

13.12.2025 124
.

"Location"dakı partlayışa görə məhkum edilən menecer - Azad olundu

3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkum edilən Orxan Səfərli vaxtından əvvəl azad edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə məhkumun ərizəsini təmin edib. O.Səfərlinin cəzasının qalan hissəsi şərti hesab edilib

13.12.2025 196
.

Gəncədə qadın itkin düşdü

Gəncədə 38 yaşlı qadın itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. S. Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlarda

13.12.2025 221
.

Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə

13.12.2025 123
.

TOP MP3