Metronun qarşısında ATIŞMA - Moskvada
Moskvada "Timiryazevskaya" metro stansiyasında atışma baş verib.
BiG.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.
Qeyd olunur ki, naməlum şəxs metronun vestibülünə daxil olaraq atəş açmağa başlayıb və iki nəfəri yaraladıqdan sonra hadisə yerindən uzaqlaşıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hazırda atəş açan şəxsin axtarışları aparılır.
BiG.Az


Xəbərlər Baxılıb: 489 Tarix: 16 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş