Binəqədi-Novxanı şossesində DƏHŞƏTLİ QƏZA: 2 ölü, 5 yaralı - VİDEO - FOTO

Binəqədi-Novxanı şossesində DƏHŞƏTLİ QƏZA: 2 ölü, 5 yaralı - VİDEO - FOTOBinəqədi-Novxanı şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində 10-SC-326 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq yüksək sürətlə əks istiqamətli hərəkət zolağına çıxıb. Nəticədə "Mercedes" 1999-cu il təvəllüdlü Məmmədova Nahidə Faiq qızının idarə etdiyi 99-TE-287 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı maşına çırpılıb. Zərbə o qədər güclü olub ki, "Chevrolet" yoldan çıxaraq aşıb.

Baş vermiş qəza nəticəsində "Mercedes"in sürücüsü və sərnişini hadisə yerində ölüb.

Fövqəlada Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

"Chevrolet"də olan sürücü N.Məmmədova və sərnişinlər - 1995-ci il təvəllüdlü Məmmədova Fəridə Faiq qızı , 1976-ci il təvəllüdlü Məmmədova Gülgün, 2003-cü il təvəllüdlü Məmmədov Yunus, 2018-ci il təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

1 saylı şəhər xəstəxanasının həkimlərinin verdiyi məlumata görə, Yunus Məmmədovun vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

***

Abşeron rayonunda iki avtomobilin toqquşması zamanı ölənlərin şəxsiyyəti məlum olub

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, qəzaya uğrayan "Mercedes" markalı avtomobilin sürücüsü 1985-ci il təvəllüdlü Əmirov Vüsal Fazil oğlu və həmin avtomobildə olan sərnişin 1968-ci il təvəllüdlü Talıbov Şəmsi İsgəndər oğludur. Hər ikisi hadisə yerində keçinib. Onların meyiti aidiyyatı üzrə morqa təhvil verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1505   Tarix: 15 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 580
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 434
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 369
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 427
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 281
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 758
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

13:08 87
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 842
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 398