Pişik balasını xilas edən yanğınsöndürən göz yaşlarını saxlaya bilmədi - VİDEO

Pişik balasını xilas edən yanğınsöndürən göz yaşlarını saxlaya bilmədi - VİDEO

İtaliyalı yanğınsöndürən Matteo Dzakkara pişik balasını xilas etdikən sonra bütün ölkədə məşhurlaşıb.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Matteonun iştirakı ilə olan video sosial şəbəkədə yerləşdirilib.

Yanğınsöndürən dərin quyuya yıxılan və oradan çıxmaqda çətinlik çəkən pişik balasını xilas etdikdən sonra göz yaşlarını saxlaya bilməyib. Matteoya mənəvi dəstək olan həmkarları ona emosiyalarına hakim olmaqda kömək edib.

Matteonun səmimiliyi "Reddit" saytının istifadəçilərinin qəlbini fəth edib. Onlar sözügedən videoya "Əsl kişi ürəyi. Belələrini sevirəm", "Şəxsi təcrübəmə əsasən, italyan kişiləri emosiyalarını daha sərbəst ifa edir, nəinki amerikalılar" və s. şərhlər yazıb.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 594 Tarix: 11.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər