DİQQƏT! Bu xəstələrə ŞAD XƏBƏR – Müalicəsi var – VİDEO

DİQQƏT! Bu xəstələrə ŞAD XƏBƏR – Müalicəsi var – VİDEOHemofiliyadan əziyyət çəkən insanlar bu xəstəliyin yeni bilinən müalicə metodu ilə sağala bilərlər.

ARB TV xəbər verir ki, xəstəliyin Naftalan neftilə müalicə oluna biləcəyi aşkarlanıb.

Fuad Qasımov – Hemofiliyadan əziyyət çəkən: "Dişim qanadı, kəsmədi, ayrı yerə getdik götürmədilər. Gəldim bura. Onda bildim ki, hemofilikəm. Dirsəklərimdə, oynaqlarımda qan yığılır. Qaçanda ağrıyır, bir yerim kəsiləndə qan kəsmir".

İllərdir ki, hemofiliyadan əziyyət çəkən Fuad deyir ki, ona bu xəstəlik babasından keçib. Ailəsində ondan başqa iki qardaşı, yaxın qohumları da bu xəstəliklə mübarizə aparır. Fuad ən çox oynaqlarında olan ağrılardan şikayətlənir. Elə hazırda Hemofiliya mərkəzində bu yöndə müalicəsini davam etdirir.

Mərkəzin direktoru Elmira Qədimova deyir ki, müraciət edən pasiyentlərin 10-dan 8-i məhz oynaq ağrılarının əziyyət çəkir. Daha çox kişilərdə rast gəlinən qan xəstəliyi uşağa anadan keçir. Təkcə cari ildə mərkəzdə qeydiyyata alınan 28 xəstədən 17-si 1-15 yaşarası uşaqlardır.

Elmira Qədimova –Respublika Elmi-Praktiki Hemofiliya Mərkəzinin Rəhbəri: "1200- ə qədər hemofiliya A-dır. Yəni, bu xəstələrin faktoru 8-ci normadan qat-qat aşağıdır. 100-dən çox hemofiliya B-dir. Qeyri faktorların çatışmazlığı 112 nəfər xəstəmiz qeydiyyatdadır. Bu xəstələrə isti hamamda çox çimmək, gün altında gəzmək, iti kəsici alətlərdən istifadə etmək, qandurulayıcı dərmanlar olmaz".

Elmira xanım deyir ki, müraciətlər əsasən Bakı və Sumqayıtdan olur. Bu hal qohum evliliklər arasında daha çox yayılır. Hemofiliyalı xəstələr 2005-ci ildən bəri dövlət hesabına müalicə olunurlar. İndi isə hemofiliyadan əziyyət çəkənlərin Naftalan neftindən faydala biləcəyi aşkar edilib.

Gülnarə Hüseynova – Hemofiliyalı Xəstələrin Respublika Assosasiyasının Rəhbəri: "Artıq bu neftlə müalicə elmi təsdiqini tapıb. Bu həftə ərzində müvafiq dövlət strukturlarına təklif edəcəyik ki, xəstələrimizin Naftalan nefti ilə müalicəsi üçün göndərişlər olsun".

Mütəxəssislər bu metodun tətbiqinə olduqca ehtiyatlı yanaşmaq lazım olduğunu deyirlər.

Elmira Qədimova – Respublika Elmi-Praktiki Hemofiliya Mərkəzinin Rəhbəri: "Bu xəstələrə asta yanaşmaq lazımdır, çünki damarlar genişlənir, burun qanaxmaları ola bilər olsun. Mədə - bağırsaq qanaxması açıla bilər. Diqqətli olmaqda fayda var. Travmatoloqlarla, fizoterapeftlərlə, hermotoloqlarla oturub bu məsələni müzakirə etmək lazımdır. Biz xəstəni yolalyarıq, lakin gərə oradakı mütəxəssislər bilməz xəstəmizi Naftalan vannasına, 30 dərəcə yüksək temperatura salar. Nəticədə oynağı şişə və s. imi fəsadlar ortaya çıxar".

Bu metodun xəstələrə tətbiqi üçün Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası müraciət hazırlayıb. Müraciətin yaxın günlərdə aiddiyatı qurumlara ünvanlanacağı bildirildi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2181   Tarix: 10 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 194
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 186
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 383
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 141
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 226
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186