Youtube-da 10 milyonluq baxış sayı olan azərbaycanlılar - Flora Kərimova: "Onlar da dolanmağa yol axtarırlar"

Youtube-da 10 milyonluq baxış sayı olan azərbaycanlılar - Flora Kərimova: "Onlar da dolanmağa yol axtarırlar"Bu gün sosial şəbəkələr gündəmi izləmək üçün ən yaxşı vasitədir. Müasir dövrün gəncləri sosial şəbəkələr vasitəsi ilə rahat şəkildə sözlərini deyir, hətta öz istedadlarını nümayiş etdirmək üçün şəbəkələrin yaratdığı meydanda at oynatmağı da yaxşı bacarırlar.

Hazırda sosial şəbəkələrdə ən çox izlənən belə gənclərdən Nahidə Babaşlı, Aytən Rəsul, Sura İskəndərli, Nigar Muharrem və başqalarını misal göstərə bilərik.

Bir zamanlar musiqi təhsilli müğənnilər çətin proseslərdən keçərək, efirlərə çıxırdılar. Hazırda isə hətta musiqi təhsili belə olmayanlar sosial şəbəkələr vasitəsilə qısa zamanda məşhurlaşaraq, efirlərə dəvət olunurlar.

BiG.AZ bildirir ki, Xalq artisti Flora Kərimovanın Modern.az-a dediyinə görə, əsas olan istedaddır.

"Mən uşaqlar tanıyırdım ki, anaları musiqi məktəbinə gətirirdilər, uşaqlar notdan başqa heç nə çala bilmirdilər, notu öyrəndikləri üçün bilirdilər, amma öyrəndikərini tətbiq edə bilmirdilər. Təhsilin var, amma öyrəndiklərini işinə tətbiq edə bilmirsənsə, sən axı necə musiqiçisən?! İstedadlı gənclərimizi sıxıb onların qol-qanadını sındırmaq düzgün deyil. Yaxşı oxuyursa, seviləcək. Vaxtıilə bəzi qadın müğənnilərimiz geyimləri ilə, şəkil çəkdirməkləri ilə özlərinə diqqəti cəlb edirdilər, indiki gənclər isə mahnılarına gələn 10 milyonluq baxış sayı ilə məşhur olurlar. Burada pis nə var ki?! Gəncləri sıxmaq olmaz. Onlar pul qazanmağa, dolanmağa yol axtarırlar. Lakin bəziləri həmin "milyonları" göstərməklə, "mənəm-mənəm" etməklə istedadlarını kobud şəkildə çatdırırlar. Gənclər "mənəm-mənəm" deyəndə sənətkarları da, dinləyiciləri də qıcıqlandırırlar. Məsləhətim odur ki, "mənəm-mənəm" deməyi yığışdırsınlar".

Flora xanım onu da qeyd edib ki, efirə hər adam yol tapa bilmir.

"İstedadlı gəncləri jurnalistlər tanıtmalıdır, onların başına vurulmamalıdır ki, sənin savadın yoxdur. Məsələn, "Xəzər" TV-nin efirində reklama 800 AZN tələb olunur. Bəs görəsən, həmin istedadlı gənclər öz ifalarına gələn 10 milyonluq izlənməni hər kəsə bildirmək üçün 800 AZN-i haradan tapsınlar? Ona görə də gənclərə qarşı obyektiv olmalıyıq. Mən indi çox şey danışa bilərəm. Amma əgər mən həmin gəncin dolanışığına kömək edə bilmirəmsə, ixtiyarım da yoxdur ki, nəsə deyəm.

Mən məktəbdə oxuyanda "Nəğmə" dərsindən həmişə "2" alırdım. Allah incəsənət xadimi Tofiq Bakıxanovun canını sağ eləsin, instituta qəbul zamanı o, mənim əlimdən tutdu. Onda "Sevməyən qoy sevməsin" mahnısını oxuyurdum. Məni imtahansız qəbul etdilər, amma ordakı müəllimin biri mənə "sən oxuya bilmirsən" dedi. Lakin zaman öz sözünü dedi. Bax belə istedadlı gəncləri o cür "fərdlər"in əlindən qurtarmaq lazımdır. Əgər istedadlı gənclərimiz istedadlarını nümayiş etdirirlərsə, onlara dayaq olmaq lazımdır. Onlar ki, narkoman deyillər, tərbiyəsiz deyillər, sadəcə hər kəs kimi istedadıyla dolanışığını yaxşılaşdırmağa çalışırlar".

Bəstəkar, əməkdar incəsənət xadimi Faiq Sücəddinov isə qeyd edib ki, adları çəkilən gənclərin sosial şəbəkələrdə 10 milyon izlənmə yığmasına inanmır.

"Mən Zamiqin "Kaman" mahnısını misal gətirmək istərdim. Həmin mahnı 22 milyon baxış sayı qazanıb. Bunun şəxsən özüm şahidi olmuşam. O ki qaldı təhsilli və ya təhsilsiz söhbətinə, qeyd etmək istəyirəm ki, bu, istedad, bacarıq məsələsidir. Yaxşı oxuyanı efirə dəvət edirlər, pis oxuyanı eləmirlər. Bu proses 1990-cı illərdən davam edir. Həmişə belə olub ki, yaxşı qalıb, pis gedib. Pis gedib, yaxşı gəlib. Həmişə də belə davam edəcək. Üzeyir Hacıbəylinin "Koroğlu"su, Rauf Hacıyevin, Arif Məlikovun, Ramiz Mirişlinin mahnıları 100 illərlə qalacaq. Bunlar isə gəlib gedərdir".

F.Sücəddinov bildirib ki, həmin gənclərin ifası 10 milyon deyil, 100 milyon "layk" alsa da, bir müddət sonra unudulacaq.

"Nə olsun ki, 10 milyondur, ya 100 milyondur. Mənim və digərlərinin xoşuna gəlmirsə, bir müddət sonra onlar da gedəcək. Məsələn, 2004-cü ildə televiziyada "Azəri Star" müsabiqəsi var idi. Onların iştirakçıları indi də məşhurdurlar. Onların da çoxunun təhsili yox idi. Bunu "faciə"yə çevirmək olmaz. Önəmli olan təhsil deyil, istedadı varsa, məsələ bitib deməkdir".

Tək "Həsrət nəğməsi" mahnısıyla "Youtube"da 24 milyon baxış sayı qazanan gənc müğənni Nigar Muharrem də öz fikirlərini bizimlə bölüşüb.

"Mən istedaddan da əlavə işləmək bacarığını əsas götürürəm. Yəni o qədər istedadlı gənclər olub ki, yeni ideyaları və işləmək həvəsləri olmadığından sənətdə qalmayıblar. Artıq onlar göz önündə deyillər. Lakin daim çalışan, əziyyət çəkən insan həmişə göz önündə də olacaq, efirlərə də çağırılacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1798   Tarix: 07 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999