Nadir xəstəliyə yaxalanana qadın sadəcə qadınları eşidə bilir

Nadir xəstəliyə yaxalanana qadın sadəcə qadınları eşidə bilir
Çində yaşayan bir qadın mədə bulantısı və qulaqlarında uğultu səsləri ilə yatmağa gedib və səhər oyandıqda sadəcə qadınların səsini eşidə bilirdi, kişilərin səsini eşidə bilmirdi.

Həkimlər qadına çox nadir rast gəlinən bir xəstəlik diaqnozu qoyub. Qadın sadəcə yüksək frekanslı səsləri eşidə bilirdi.
Həkimlər bu xəstəliyin səbəbini tam olaraq müəyyən edə bilməyiblər. Amma stresin bu problemə səbəb ola biləcəyini düşünürlər. Bu xəstəliyin diaqnozunun da çox çətin olduğunu bildiriblər. Bu xəstəlik eşitmə problemi olan 13 min insandan birində görülür.

Bu xəstəliyin genetik ola biləcəyi, bəzi insanların dərindən gələn səsləri doğuşdan eşidə bilmədiyi bildirilib.

Qadının həkimi bu xəstəliyin tez bir zamanda müalicə olunmasının vacib olduğunu, qadının müalicə olunduqdan sonra tamailə sağlamlığına qovuşacağını bildirib.(metbuat)

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 610 Tarix: 07.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər