Abort milyonlarla qızların doğulmamışdan öncə qətlinə fərman verir

Abort milyonlarla qızların doğulmamışdan öncə qətlinə fərman verirQız gözləyən gənc ananı ya əri, ya qaynanası abort məcburiyyəti qarşısında qoyur

Son statistik məlumatlara görə, Azərbaycanda yeni doğulan körpələr arasında oğlanların sayı qızlara nisbətən 8 faiz çoxdur. Mütəxəssislər bunun səbəbini qız uşaqlarının daha çox abort edilməsində görürlər.

Selektiv abortlar, yəni cinsinə görə hamiləliyin süni şəkildə pozulması tək Azərbaycanın problemi deyil. Hələ ötən əsrin 90-ci illərdə məhşur Hindistan alimi, Nobel mükafatçısı Amartya Senin "Dünyanın itirilmiş yüz milyon qadını" adlı məqaləsi sözün əsl mənasında dünyanı lərzəyə gətirmişdi. Müəllif bu yazıda göstərirdi ki, məhz cinsiyyəti qadın olduğundan hər il ayrı-ayrı ölkələrdə edilən abortlar yüz milyonlarla qızın doğulmamışdan əvvəl qətlinə fərman verir.

Azərbaycan da dünyanın bir parçasıdır və bu gün bizdə də qıza münasibət oğlana münasibətdən fərqlidir. Bəzən qız gözləyən gənc ananı ya əri, ya qaynanası abort məcburiyyəti qarşısında qoyur. Nəticə isə qız uşaqları ilə oğlan uşaqları arasında nisbətən dəyişməsinə gətirib çıxarır. Ailə, Qadın və Uşaq Problemləri Komitəsində hesab edirlər ki, belə davam etsə, bir neçə ildən sonra çox ciddi demoqrafik böhranla üzləşəcəyik. Komitənin şöbə müdiri Taliyə İbrahimovanın sözlərinə görə, normada hər doğulan 105 oğlan uşağına 100 qız düşməlidir. Azərbaycanda isə artıq kəskin fərqlənmə var. Hər 112 oğlana 100 qız uşağı düşür. "Bu da demoqrafik problem olaraq meydana çıxır. Bu baxımdan hesab edirik ki, selektiv abortların aradan qaldırılması üçün qanunvericilik tədbirləri görülməlidir", - deyə o vurğulayıb.

Qanunvericilik isə həkimin valideynə körpənin cinsi barədə məlumat verməsini qadağan etmir. Amma bu məsələ parlamentdə ciddi müzakirə mövzusudur. Məsələn, ötən sessiyada millət vəkilləri məsələ qaldırmışdılar ki, körpənin cinsinin ultrasəs müayinəsi ilə müəyyənləşdirilməsinə qadağa qoyulsun və bu qadağanı pozan tərəflər -həkim, yaxud valideyn cəzalandırılsın. "Reproduktiv sağlamlıq haqqında" qanun qəbul olunmadığından bu təklif də təbii ki, təklif olaraq qaldı. Həkimlər isə bu məsələyə biganə qalmırlar.

Qeyd edək ki, hazırda Azərbaycanda əhalinin 49 faizini kişilər, 51 faizini isə qadınlar təşkil edir. Yeni doğulan uşaqlar arasında isə əksinə nisbət oğlanların xeyrinədir. Statistikaya görə, bu ilin 3 ayı ərzində 40 minə yaxın uşaq doğulub. Onlardan 53,8 faizi oğlan, 46,2 faizi qızdır.

mənbə: xəzərxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3360   Tarix: 08 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659