Ərinin müalicəsi üçün hər ay yüz min xərcləyən FƏDAKAR qadın

Ərinin müalicəsi üçün hər ay yüz min xərcləyən FƏDAKAR qadınMixael Şumaxerin kim olduğunu bilməyən adam yoxdur. Formula-1 üzrə yeddi qat dünya çempionu 2012-ci ildə keçirdiyi qəza nəticəsində karyerasını başa vurur.

Xizək sürərkən Mixael yıxılır və başı daşa dəyir. O vaxtdan bəri məşhur idmançı yataq vəziyyətində olsa da, sevimli həyat yoldaşı Korinna hər gün ümid edir ki, əri nə zamansa yenidən həyata qayıdacaq...

BiG.AZ publika.az-a istinadən oxuculara Şumaxerin fədakar ömür-gün yoldaşı Korinna Betç haqqında olan məqaləni təqdim edir.

Korinna Betç 2 mart 1969-cu ildə Almaniyanın Halfer şəhərində anadan olub. Uşaqlıqdan at sürmə ilə məşğul olur və atlara pərəstiş edir.

O, Maykl ilə 1989-cu ildə tanış olub. Ancaq qız onda başqa bir idmançı Heinz-Harald Frentzen ilə görüşürdü. İki il sonra qız sevgilisindən ayrılır. Korinnaya qarşı biganə olmayan Şumaxer bu fürsəti əldən vermir və eşqini elan edir. Beləliklə cütlük dörd il görüşdükdən sonra rəsmi nikah bağlayır.

Ailədəki münasibətlər həmişə mükəmməl olub. Korinna ərini hər şeydə dəstəkləyirdi, bununla belə yarışlarda iştirak edən Mixaeldən daim narahat idi, çünki heç kimə sirr deyil ki, bu idman çox təhlükəli sayılır və ölüm halları baş verməsi riski yüksəkdir. Əlbəttə ki, bunun əri üçün nə qədər vacib olduğunu dərk edərək onun hər qələbəsinə ürəkdən sevinirdi.

Amma Mixaelin yarışa olan sevgisini bildiyi üçün onu bu təhlükəli fəaliyyətdən yayındırmağa heç bir cəhd göstərməmişdi. Avropa Atçılıq Çempionatının qalibi olan Korinna idman ehtirasının qüdrətinə bələd idi. Odur ki, o, ərinin qəyyum mələyi və talismanı olmağı seçir. Şumaxer özü də müsahibələrində həyat yoldaşını qoruyucu mələyi kimi təqdim edərdi.

Korinna öz növbəsində sevimli hobbisi ilə məşğul olmağa davam edirdi. Texasdakı bir qəsəbədə atlar yetişdirirdi, daha sonra o, İsveçrədə məktəb açmışdı. Şagirdlərinə çox şey öyrədə bilərdi, çünki Korinna özü 2010-cu ildə Avropa Atçılıq Çempionatının qalibi olmuşdu.

Şumaxerlərin iki övladı var. 1997-ci ildə onların qızı Cina-Mariya, 1999-cu ildə oğlu Mik dünyaya gəlib. Maraqlısı budur ki, uşaqlar da valideynlərinin izi ilə gedir. Cina Maria at sürmə ilə uğurla məşğul olur, Mik artıq "Formula 3"-də iştirak edir.

Cütlük toyun onuncu ildönümünü qeyd edərkən Mixael həyat yoldaşına İsveçrənin mənzərəli bir guşəsində, gölün kənarında yerləşən bir ev hədiyyə etmişdi. Sonradan onlar daha bir neçə həyət evi almışdı. Onlardan biri Fransanın Meribel şəhərində idi, yeri gəlmişkən, məşhur pilotun qarşılaşdığı hadisə də orada baş vermişdi.

Məzuniyyəti Meribeldəki evində keçirən Mixael dağdan xizəklə enərkən yıxılır və başı daşa dəyir. Dəbilqəsi olmasaydı, onu xilas etmək çətin ki, mümkün idi. Pilot iki ciddi əməliyyat keçirir, həkimlər onu dörd ay süni koma vəziyyətinə gətirir. Altı ay klinikada müalicə aldıqdan sonra xanımı ərini kiçik şəhərcik Vufflens-le-Şato şəhərində tikdirdiyi mini-klinikaya gətirir. Korinna ərini müalicə etmək üçün hər ay yüz min frank xərcləyir.

Şumaxerin həyat yoldaşı mediaya danışmamağı üstün tutur, odur ki, məşhur idmançının vəziyyəti ilə bağlı təfərrüatı bilmirik. Ancaq deyirlər ki, o hələ də hərəkətsiz olaraq qalır və evdə əlil arabasında gəzir.

Bir müddət əvvəl Korinnanın İspaniyanın Mallorka adasında bir əmlak əldə etdiyi deyilir. İddia olunur ki, isti iqlim və dəniz havası pilotun sağalmasına kömək edəcək və onun vəziyyəti xeyli yaxşılaşacaq.
Ərinin müalicəsi üçün hər ay yüz min xərcləyən FƏDAKAR qadınƏrinin müalicəsi üçün hər ay yüz min xərcləyən FƏDAKAR qadın


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1942   Tarix: 04 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tramp: "İŞİD ABŞ əsgərlərinin öldürülməsinə görə cavab verəcək"

"Vaşinqton Administrasiyası Suriyada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsindən sonra terrorçu İŞİD qruplaşmasına qarşı cavab tədbirləri görəcək. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. O, Suriyada "ABŞ-yə qarşı İŞİ

16:20 111
.

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı

14:30 114
.

Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy

17:00 103
.

Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə

13:20 136
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

17:20 101
.

Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni

14:40 121
.

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış

16:50 107
.

Hakan Fidan: Biz yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq

"Bizim gücümüz, qüvvətimiz və iradəmiz var, amma biz yalnız yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq. Suriyada, İranda, İraqda, bölgədəki bütün münasibətlərimizdə bu vəziyyət bizi şəffaf olmağa məcbur edir". "Report" "Ahaber"ə istinadən xəbər verir ki, bunu Türkiyəni

12:40 116
.

Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş

Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib. BİG.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsind

15:10 166
.

TOP MP3