Eldənizlər-Atabəylər (Eldəgəzlər) Dövləti

Eldənizlər-Atabəylər (Eldəgəzlər) DövlətiEldəgəzlər dövləti (1136-1225) (və ya Eldənizlər dövləti, İldənizlər dövləti, Atabəylər dövləti)[
- Azərbaycan ərazisində mövcud olan, atabəy Şəmsəddin Eldəgəzin dövründə formalaşmış, onun oğlu Nüsrəddin Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti illərində daha da çiçəklənmiş dövlət. Azərbaycan (Kürdən cənuba), Şimal-Qərbi İran vilayətləri (İsfəhan, Rey) və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan, Təbriz olmuşdur. Mühüm şəhərləri: Təbriz, Gəncə, Həmədan, Naxçıvan, Beyləqan, Urmiya, Ərdəbil, Zəncan, Xoy, Şəmkir və s. Əsas təsərrüfat sahələri: əkinçilik, maldarlıq, ipəkçilik, toxuculuq, sənətkarlıq və s. Eldəgəzlər dövlətinin ərazisindən yaxın və Orta Şərqin ticarət mərkəzlərinin birləşdirən karvan yolları keçirdi. Eldəgəzlər dövlətinin siyasi həyatında iqtidar sahibi olan hərbiçilər və ali müsəlman ruhaniləri əsas rol oynayırdılar. Eldəgəz dövlətinin təşəkül dövrü (1136-1160), yüksəliş və çiçəklənmə dövrü (1161-1191), tənəzzül dövrü (1192-1225) mərhələsi keçmişdir. Eldəgəz dövlətinin yaranması Azərbaycan atabəyi Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Eldəgizin iqamətgahı Naxçıvan şəhəri idi. 1136-cı ildə Eldəgəz Səlcuq sultanı Toğrulun oğlu Arslanşahın atabəyi Azəbaycanın cənub vilayətinin hakimi təyin olundu. İraq Səlcuq sultanlığının ictimai, siyasi həyatında mühüm rol oynayan Eldəgəz, formal surətdə Səlcuqilərə tabe olsa da, 12 əsrin 30-cu illərindən müstəqil hökmüdar kimi dövləti idarə edir və öz adına sikkə kəsdirirdi.1152-ci ildə Arran, bir qədər sonra isə Marağa hakimi Xassbəyin idarə etdiyi Ərdəbil Eldəgəzin hakimiyyətinə keçdi. O, Şirvanşahı da asılı vəziyyətə salmışdı. XII əsrinin 50-ci illərinin sonlarında Azərbaycan feodallarının mənafeyini müdafiə edən Eldəgəzlə Səlcuq sultanı Rüknəddin Məhəmməd (1153-1160) arasında toqquşma oldu. Beyləqan yanındakı vuruşma (1158) Eldəgəzin məğlubiyyəti ilə nəticələndi. Lakin tezliklə Səlcuqilər dövlətinin bütün işlərini yenidən ələ keçirən Eldəgəz 1160-cı ildə "Atabəy Əzəm" (Böyük atabəy) titulu aldı. 1161-ci ildə Eldəgəz yaranmış əlverişli şəraitdən istifadə edərək yaxın əmirlərin köməyi ilə oğulluğu Arslanşahın (1161-1176) Səlcuq sultanı elan edilməsinə nail oldu. Arslanşah formal olaraq sultan titulu daşıyırdı. Lövlətin bütün işlərini müstəqil idarə edən Eldəgəz öz oğullarını yüksək vəzifələrə - böyük oğlu Məhəmməd Cahan Pəhləvanı hacib, kiçik oğlu Qızıl Arslanı isə sipəhsalar (ordu komandanı) təyin etdi. Eldəgəz Azərbaycanın şimal və cənub torpaqlarını yenidən birləşdirə bildi. İsfahandan Şirvan və Gürcüstanadək uzanan ərazi onun hakimiyyətinə keçdi. Bununla da Eldəgəz dövlətinin təşəkkül prosesi başa çatdı və o, Yaxın Şərqin qüdrətli dövlətinə çevrildi.Eldəgəzlər qonşu ərazilər hesabına öz torpaqlarını hər vasitə ilə genişləndirməyə çalışır, Şirvana və s. yerlərə yürüş edirdilər.Dəbil (Dvin) və s. şəhərlərlə birlikdə Şərqi Ermənistan Eldəgəzlər dövlətindən asılı vəziyyətə düşmüşdü. Bu dövürdə Eldəgəzlərlə Gürcüstan arasında dəfələrlə toquşmalar baş vermişdir. 1161-ci ilin iyulunda gürcü feodalları təqribən 30 minlik qoşunla Eldəgəzin hakimiyyətində olan Dəbil şəhərini tutdular.Eldəgəz özünün vassalları Marağa, Xilat hakimləri və başqa feodal əmirləri ilə birlikdə 1163-cü ilin əvvəllərində 50 minlik qoşunla Gürcüstana yürüş etdi. 1166-cı ildə gürcü qoşunları yenidən hücum edərək Gəncəyə qədər irəllədilər. Lakin ciddi müqavimətə rast gələrək, geri çəkilməyə məcbur oldular.

Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövrü(1174-1186)Eldəgəzin vəfatından sonra hakimiyyətə böyük oğlu Məhəmməd Cahan Pəhləvan keçdi. Cahan Pəhləvanın hakimiyyəti dövründə Eldəgəz dövləti iqtisadi və siyasi cəhətdən daha da qüvvətləndi. Cahan Pəhləvan sonuncu Səlcuq sultanı III-cü Toğrulun (1176-1194) atabəyi idi. III Toğrul Cahan Pəhləvanın qəyyumluğu altında Naxçıvanda yaşayırdı.Cahan Pəhləvan Azərbaycanın idarəsini qardaşı Qızıl Arslana tapşırdı və oğlu Əbu Bəkrin atabəyi təyin etdi. 1174-cü ildə dövlətin paytaxtı Həmədana köçürüldü; Təbriz isə Qızıl Arslanın iqamətgahına çevrildi. Cahan Pəhləvan, sonralar isə Qızıl Arslan Eldəgiz dövlətinin siyasi dayağını möhkəmlətmək məqsədi ilə Səlcuq sultanlarının payladıqları iqta torpaqlarını öz tərəfdarları olan feodallar arasında bölüşdürdlər. Cahan Pəhləvan yeni iqta torpaqları almış bu əmirlərin köməyi ilə 50 minlik mükəmməl süvari ordu təşkil etdi.Eldəgəzlər dövlətinin cənub və şərq sərhədləri genişləndirildi. Cahan Pəhləvan bir-neçə dəfə gürcüstana yürüş etdi. Bir sıra qonşu ölkə hökmüdarları Eldəgəz dövlətinin nominal hakimiyyətini qəbul etdi və Cahan Pəhləvanın adına xütbə oxutdudular. Əhər məlikləri öz sikkələrində Eldəgəzlərində adını zərb etdilər. Şirvanşahlar, Xilafat, Diyarbəkr, Fars hakimləri Eldəgəzlərin vassalları oldu. Cahan Pəhləvan ayrı-ayrı vilayətlərin idarəsini oğulları arasında bölüşdürdü: Rey, İsfəhan və İraqın bir sıra vilayətlərini Qutluq İnanc və Əmiran Ömərə, Azərbaycanı Əbu Bəkrə, Həmədan idarəsini isə Özbəkə tapşırdı. Cahan Pəhləvanın hakimiyyəti dövründə Eldəgəzlər dövlətində ticarət, sənətkarlıq, elm və mədəniyyət dahada inkişaf etdi.

Qızıl Arslanın hakimiyyəti dövrü (1186-1191)Onun ölümündən sonra hakimiyyətə qardaşı Qızıl Arslan keçdi. Qızıl Arslan mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodallara qarşı mübarizə aparırdı. Formal olaraq sultan titulu daşıyan Toğrulu ciddi nəzarətdə saxlayan Qızıl Arslan dövləti müstəqil idarə edirdi. Qızıl Arslanın qəyyumluğundan qurtarmağa çalışan Toğrul, narazı Səlcuq əmirləri, Cahan Pəhləvanın arvadı İnanc xatun, Qutluq İnanc və başqaları Qızıl Arslana qarşı çıxdılar. Toğrulla Qızıl Arslan arasında bir-neçə dəfə Mazandaran, Damğan və Həmədan ətrafında vuruşma oldu. Qızıl Arslan 1187-ci idə Toğrula qarşı Bağdad xəlifəsi Nəsrdən (1180-1225) yardım istədi. Xəlifə Toğrulu daha təhlükəli hesab etdiyindən Qızıl Arslana kömək göndərdi. Toğrul 1188-ci ildə xəlifə qoşununu, sonra isə Qızıl Arslanı məğlub etdi. Lakin bu qələbə onun mövqeyini möhkəmləndirə bilmədi. 1189-cu ildə Həmədana hücum edən Qızıl Arslan Toğrulu oğlu Məlikşahla birlikdə həbs etdi; onun mülklərini və iqta yerlərini özünə yaxın feodallara payladı. Yaranmış qarışıqlıqdan istifadə edən Şirvanşahlar da müstəqilliyə səy göstərirdilər. Buna yol verməmək üçün Qızıl Arslan 1190-cı ildə Şirvana hücum edərək Şamaxını tutdu. Şivanşah I Axistian Eldəgəz dövlətinin vassallığını qəbul etməyə və paytaxtı müvəqqəti olaraq Bakıya köçürməyə məcbur oldu. 1191-ci ildə Qızıl Arslan xəlifə Nasirin razılığı ilə özünü sultan elan etdi. Rey və İsfəhan vilayətlərini yenidən Eldəgəzlər dövlətinintərkibinə qatdı: Fars və Xuzistanın hakimləridə Eldəgəzlər dövlətinə tabe edildi. Eldəgəzlər dövləti Şamaxıdan İsfəhanadək geniş bir ərazini əhatə edirdi. Qızıl Arslanın hakimiyyəti dövründə Eldəgəzlər dövlətinin siyasi vəziyyətinin möhkəmlənməsi ölkənin iqtisadi və mədəni inkişafı üçün əlverişli şərait yaratdı. Lakin bu vəziyyət uzun sürmədi; iqta torpaqlarından mərhum olmuş narazı Səlcuq əmirlərinin sui-qəsdi nəticəsində Qızıl Arslan öldürüldü.

Əbu Bəkr hakimiyyəti dövrü (1191-1210)Onun ölümündən sonra hakimiyyətə Əbu Bəkr keçdi. Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfəhan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfəhan və Həmədanda hakimiyyəti ələ keçirdi.Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172-1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü.Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu. 1196-cı ildə Qutluq İnanc öldürüldü. 1197-ci ildə Həmədan uğrunda vuruşmada Xarəzmşah əmirini məğlub edən Əbu Bəkr qardaşı Özbəki oraya hakim təyyin etdi. Az sonra Təkəşin qoşunları Həmədanı yenidən ələkeçirdilər. Təkəşin (1200) ölümündən sonra Əbu Bəkr Həmədanı geri qaytara bildi. Lakin siyasi sabitliyin olmaması Əbu Bəkrin hakimiyyəti dövründə feodallar arasında çəkişməni dahada kəskinləşdirdi. 1205-ci ildə Marağa hakimi Əlaəddin Ağsonqur, İrbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. 1208-ci ildə Ağsoqurilərin kiçik yaşlı sonuncu hakimi öldükdə Əbu Bəkr Rəvandüz qalasından başqa, Marağa vilayətini Eldəgəzlər dövlətinə qatdı.

Özbəkin hakimiyyəti dövrü (1210-1225)Əbu Bəkrin vəfatından sonra qardaşı Özbək hakimiyyətə keçdi. Özbəkin hakimiyyəti dövründə Eldəgəzlər dövlətinin hakimiyyəti dahada gücləndi. Feodal çəkişmələrinin davam etməsi, müharibələr, mərkəzi hakimiyyətin gedikcə zəifləməsi ölkənin iqtisadi inkişafına ağır təsir göstərdi, onun müdafiə qabiliyyətini xeyli azaltdı. Belə bir şəraitdə 1220-ci ildə monqol qoşunu Azərbaycana soxuldu. Monqollar Təbrizi müdafiə edə biləcəyinə arxayın olmayan Özbəkdən qiymətli bəxşişlər, ərzaq və pul alaraq qışlamaq üçün Muğanda yerləşdilər. Lakin onlar qəfil hücumla əvvəl Marağanı, sonra isə Ərdəbili tutdular. Monqolların Təbrizə döndüklərin eşidən Özbək Naxçıvana qaçdı. Lakin şəhərin rəisi Şəmsəddin Tuğrarai Təbrizin müdafiəsini təşkil etdi. Təbrizlilərin müdafiəyə hazırlaşdığın görən monqollar Arrana döndülər və Beyləqan əhalisinin müqavimətini qırıb şəhəri dağıtdılar. 1225-ci ildə monqolların təqib etdiyi Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana hücum edərək Təbrizi mehasirəyə aldı. Özbək Gəncəyə, sonra isə Əlincəqalaya qaçdı və orada öldü. Beş günlük müqavimətdən sonra Təbrizi tutan Cəlaləddin sonralar Eldəgəz dövlətinin bütün ərazisini ələ keçirdi. Özbəkin Ölümündən sonra bəzi Eldəgəz əmirləri onun lal oğlu Qızıl Arslan Xamuşu (1225-1229) hömüdar mərhəmətinə sığınan Qızıl Arslan Xamuş ölkənin siyasi həyatında heç bir əhəmiyyətli rol oynamadı. Beləliklə daxili, iqtisadi-ictimai ziddiyətlər nəticəsində, xarici düşmənlərin zərbələri altında Eldəgəzlər dövləti əslində 1225-ci ildə suqut etdi.

Eldəgəzlər dövləti Azərbaycan xalqının iqtisadi, ictimai, siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Azərbaycan torpaqlarının vahid dövlətdə birləşməsi məhsuldar qüvvələrin inkişafına, ticarətin, sənətkarlığın, elm və mədəniyyətin yüksəlişinə şərait yaratmışdır. Yaxın və Orta Şərq iqtisadiyyatında əhəmiyyətli yer tutan Azərbaycan şəhərləri elm və mədəniyyət mərkəzinə çevrilmişdir. Eldəgəzlər Naxçıvan, Təbriz, Həmədan və s. şəhərlərdə məscidlər, mədrəsələr tikdirmişdilər. Şəmsəddin Eldəgəz sarayda şairlər məclisi təşkil etmişdir. Şairlərdən Xəqani, Nizami, Mücirəddin Beyləqani, Qivami Mütərrizi, alimlərdən, Şihabəddin Sührəvərdi, Nəcməddin Əhməd Naxçıvani və başqa bu dövrdə yazıb yaratmışlar. Memarlıq dahada inkişaf etmiş, Naxçıvan memarlıq məktəbi daha geniş təşəkkül tapmışdı. Bu dövrdə Əcəmi, Əmirəddin Məsud, Əhməd ibn Əyyub əl Hafiz Naxçıvani kimi memarlar fəaliyyət göstərmişdir. Naxçıvandakı Mömünə xatun türbəsi, Həmədandakı mədrəsə, Pir Ələviyan türbəsi, Urmiya yaxınlığında Sərqumbad türbəsi (1184) və s. Eldəgəzlər dövrünün gözəl memarlıq nümunələridir. Məmməd Səid Ordubadinin ,,Qılınc və Qələm,, tarixi romanı Eldəgəzlər dövründən bəhs edir.

mənbə: wikipedia.org


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 15915   Tarix: 07 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

TOP MP3