YouTube-da mesaj göndərmək funksiyası ləğv ediləcək

YouTube-da mesaj göndərmək funksiyası ləğv ediləcək
18 sentyabr tarixindən başlayaraq YouTube istifadəçiləri digər istifadəçilərə mesaj göndərə bilməyəcəklər. Bu barədə Gagadget saytı xəbər verib. YouTube-da mesaj göndərmək özəlliyi ünsiyyət forması kimi o qədər də məşhur deyil idi. Lakin bu özəllik vasitəsilə digər tətbiqlərə daxil olmadan kiməsə video gəndərmək daha asan idi. Videoservisin təmsilçiləri bu funksiyanın nəyə görə ləğv ediləcəyi barəsində məlumat verməyiblər.

BiG.AZ technote.az-a istinadən bildirir ki, öz diqqətlərini videoservisin şərhlər bölməsini təkmilləşdirməyə yönəldəcəklər. "Biz daimi olaraq öz prioritetlərimizə nəzər yetiririk və indi YouTube-da birbaşa mesajlar funskiyasnın ləğv edilməsi qərarını almışıq. Eyni zamanda biz ictimai söhbətlər özəlliyinin təkmilləşdirilməsinə öz diqqətimizi ayırmışıq" - deyə YouTube təmsilçisi bildirib.

Ola bilər ki, gələcəkdə videosservisdə şərhlərin moderasiyası üçün daha çox alətlər istifadəyə verilsin. Videoservisin mobil tətbiqində istifadəçilər əvvəlki kimi sosial şəbəkələr düyməsinə klik edərək videoları birbaşa saytın özündən göndərə biləcəklər. Lakin vdeoservisin veb versiyasında istifadəçilər hansısa videonun linkini kopyalayıb daha sonra həmin linki hansısa sosial şəbəkəyə daxil olaraq digərlərinə göndərə biləcəklər.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 393 Tarix: 24.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər