Titanikin yeni görüntüləri yayımlandı - Gəminin parçaları sürətlə yoxa çıxır /Video

Titanikin yeni görüntüləri yayımlandı - Gəminin parçaları sürətlə yoxa çıxır /Video"DSV Limiting Factor" sualtı qayığındakı beynəlxalq dayverlər komandası batmış Titanik gəmisinin yanına son 15 ildə ilk dəfə enərək aşkar edib ki, gəminin bəzi parçaları tamamilə çürüyüb.

BiG.AZ xəbər verir ki, Titanikin qalıqlarının yanına sonuncu dəfə 2005-ci ildə eniblər.

Titanik Atlantik okeanının dibində 3800 metr dərinlikdə yerləşir. Gəminin bir hissəsi hələ də yaxşı vəziyyətdədir, lakin hələ 15 il əvvəl okeanın dibində olan bəzi fraqmentlər daha yoxdur. Buna güclü okean axınları, metalı yeyən duz və mikroorqanizmlər səbəb olub.

Gəminin sağ bortuna, zabitlər üçün otaqların yerləşdiyi bölməyə daha çox ziyan dəyib.

Özünü Titanikin tədqiqinə həsr etmiş tarixçi Parks Stivensonun sözlərinə görə, gördükləri onu şoka salıb. O deyib:

"Kapitan vannası həmişə Titanik həvəskarlarının ən sevimli fraqmenti olub. Onun fotoşəkilləri bizim aramızda çox populyar idi. İndi isə o, daha yoxdur. Bütün göyərtə, onunla birlikdə xidməti otaqlar həmin tərəfdən dağılır və vəziyyət getdikcə daha da pisləşəcək".

Ekspertin fikrincə, gəminin burun hissəsindəki qonaq otağının tavanı çökə bilər. Bundan sonra içəriyə baxmaq daha mümkün olmayacaq.

Britaniyaya məxsus Titanik transatlantik layneri öz dövrünün ən böyük sərnişin gəmisi olub. Sauthemptondan Nyu-Yorka istiqamət götürən Titanik 1912-ci ilin aprelində aysberqlə toqquşmadan sonra Kanada sahillərindən təqribən 600 kilometr məsafədə batıb. Gəminin içərisindəki 2200 sərnişin və komanda üzvündən 1500-dən çoxu həlak olub. Gəminin ikiyə bölünmüş hissələri bir-birindən 600 metr məsafədə okeanın dibində yerləşir. /publika.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1098   Tarix: 23 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 580
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 434
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 369
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 427
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 281
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 758
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

13:08 87
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 842
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 398