HUAWEI P30 Pro telefonu EISA versiyası üzrə ilin ən yaxşı smartfonu oldu

HUAWEI P30 Pro telefonu EISA versiyası üzrə ilin ən yaxşı smartfonu olduHUAWEI Consumer Business Group (CBG) şirkəti HUAWEI P30 Pro telefonuna görə 55 nüfuzlu KİV-nin daxil olduğu, istehlak elektronikasına həsr olunmuş audio və videotexnika (EISA) üzrə jurnalların Avropa assosiasiyasından « 2019-2020-cu illərin ən yaxşı EISA smartfonu » mükafatını aldı. HUAWEI artıq ikinci ildir ki, ardıcıl olaraq bu kateqoriyada qalib gəlir.

EISA HUAWEI P30 Pro-nun bu gün üçün ən yaxşı cəhətləri kimi onun yetərsiz işıqlanma şəraitində fotoçəkiliş imkanlarını göstərir. Assosiasiya onun ultragenişbucaqlı modulunu, portret çəkilişi rejimini və 5-qat böyütməyə malik periskopik telefoto-obyektivini də yüksək qiymətləndirir.

«EISA-dan daha bir mükafat – bu, bizim üçün böyük şərəfdir və biz şadıq ki, P30 Pro smartfonu tanınıb. HUAWEI şirkətinin hədəfi hər bir qurğunun ən yeni texnologiyaların köməyi ilə mobil kameraların imkanlarının hüdudlarını genişləndirərək istehlakçıları smartfonda yeni, daha keyfiyyətli fotoçəkiliş təcrübəsi ilə təmin etməsindən ibarətdir », – HUAWEI Consumer Business Group şirkətinin mobil şöbəsinin prezidenti Li Çançju söyləmişdir.

Bu smartfon spektral HUAWEI sensorlu 40 MP əsas kamera, 20 MP ultragenişbucaqlı modul, 8 MP telefoto-obyektiv, həmçinin ToF kamerası daxil olmaqla, dörd kameralı Leica sistemi ilə təchiz olunmuşdur. Əsas 40 MP kamera və təsvirin optik (OIS) və intellektual (AIS) stabilləşmə sistemləri dolgun və dəqiq fotoşəkillər almağa imkan verir, superzumlu obyektiv isə özünün periskopik konstruksiyası sayəsində keyfiyyətli 5-qat optik böyütməni təmin edir. Smartfon, həmçinin hibrid 10-qat zuma və rəqəmli 50-qat zuma malikdir.

EISA assosiasiyasının üzvləri istehlak elektronikasının bütün seqmentlərini əhatə edən 30-dan çox ölkənin ixtisaslaşmış KİV-dir. Hər bir nümayəndə EISA-nın aşağıdakı altı Ekspert qrupundan ən azı birinin işində iştirak edir: «Fotoşəkil», «Mobil qurğular», «Hi-Fi», «Ev kinoteatrı üçün audio», «Ev kinoteatrı üçün ekranlar və video» və «Avtomobil elektronikası». Hər il EISA-nın üzvləri, onların fikrincə altı kateqoriyanın hər birində yüksək nəticələr göstərən məhsulların siyahısını tərtib edirlər. Daha sonra onlar bu məhsulları EISA-nın illik ümumi yığıncağı çərçivəsində təqdim edirlər, assosiasiyanın üzvləri nominantlara diqqətlə baxır və hər kateqoriyada qalib gələnə səs verirlər.

HUAWEI qurğuları daha öncə də EISA assosiasiyasından bir sıra mükafatlar almışdı:
HUAWEI P20 « 2018 –ci ilin ən yaxşı EISA smartfonu»
HUAWEI P10 « 2017-2018-ci illər üçün ən yaxşı smartfon kamerası»
HUAWEI Watch 2 « 2017-2018-ci illər üçün ən yaxşı daşınan EISA qurğusu»
HUAWEI P9 – «2016-2017 istehlakçıları üçün Avropanın ən yaxşı smartfonu».
HUAWEI mükafatının rəsmi təqdimatı IFA istehlak elektronikasının sərgisinin açılışına həsr edilmişdir və 6 sentyabrda Berlində IFA çərçivəsində, EISA mükafatlandırılması mərasimində keçiriləcəkdir.

HUAWEI Consumer Business Group haqqında:

HUAWEI məhsulları və xidmətləri 170 –dən çox ölkədə təqdim olunur və planetin üçdə biri tərəfindən istifadə olunur, məhz bunun sayəsində də HUAWEI bütün dünyanın smartfon istehsalçılarının liderlik edən üçlüyünə daxil olur. Şirkət ABŞ, Almaniya, İsveç, Rusiya, Hindistan və Çin kimi ölkələrdə 14 elmi-tədqiqat mərkəzi açmışdır.

HUAWEI Consumer BG – HUAWEI şirkətinin smartfon, noutbuk və planşetlərin, daşınan elektronikanın, mobil genişzolaqlı giriş qurğularının, ev üçün həllərin, o cümlədən buludlu servislərin hazırlanması və istehsalı ilə məşğul olan üç biznes bölməsindən biridir. HUAWEI qlobal şəbəkəsinin üstünlükləri, bütün dünyadakı əməliyyat fəaliyyətinin həcmi və inkişaf etmiş partnyorluq şəbəkəsi onun telekommunikasiya sahəsindəki 30 illik iş təcrübəsi üzərində qurulmuşdur. HUAWEI Consumer BG-nin hədəfi istifadəçiləri ən yeni texnoloji nailiyyətlərlə təmin etməkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 694   Tarix: 21 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Moldovanın sabiq prezidenti "5+2" formatının pozulduğunu açıqladı

Moldovanın sabiq prezidenti Vladimir Voronin Kişinyovu Dnestryanı ilə "5+2" formatında aparılan danışıqları pozmaqda ittiham edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə RİA Novosti xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Voronin bu fikirləri müxalifət Kommunist Partiyasını

11:48 79
.

Xanım deputatlar saçyolduya çıxdılar - Video

Meksika paytaxtının şəhər Konqressində xanım deputatalra arasında dava düşüb. "Yeni Sabah" xəbə verir ki, qarşıdurma Mexiko şəhərinin şəffaflıq agentliyinin ləğvi və onun yerinə yeni nəzarət orqanının yaradılması təklifinin müzakirəsi zamanı yaranıb. Tribuna qarşında deputatlar münasibətlərin

16.12.2025 374
.

Pakistanda 5,2 bal gücündə zəlzələ baş verib

Pakistanın Bəlucistan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Geo News-un Pakistan Meteorologiya Departamentinə istinadən verdiyi məlumata görə, episentri Bəlucistan əyalətinin Sommiani bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. 12 kilometr dərinlikd

16.12.2025 239
.

Niyə stress saç tökülməsinə səbəb olur və nə etmək lazımdır?

Gözəl və sağlam saçlar insan orqanizmində daxili sistemlərin balansda olmasının göstəricisidir. Çox vaxt saçların vəziyyəti sağlamlıqla bağlı problemlər haqqında digər orqanlardan daha tez siqnal verir. Erkən yaşda saçları ağaran məşhur qadınların nümunəsi saçlara qulluq mövzusunu təkcə gündəlik söhbətləri

16.12.2025 274
.

Naxçıvanda SİLSİLƏ ƏMƏLİYYATLAR: 85 nəfər tutuldu

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 1 ay ərzində muxtar respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğunun təmin edilməsi, cinayətkarlığın qarşının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin saxlanılara

16.12.2025 326
.

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

16.12.2025 358
.

"Saatlardır Biləsuvar gömrük postunda qalmışıq, səbəbini bilmirik" - Video

Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib. "Qafqazinfo" -ə istinadən xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb. Vətəndaşlardan biri bununla bağlı video çəkib. O bildirib ki, saatlardır soyuq havad

12:17 64
.

İranın pisliyi özünə qalacaq!

xəbər verir ki, bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Araqçi Bakıya gəldi. Hər zaman olduğu kimi, bu dəfə də rəsmi Bakı İranın ali qonağını yüksək səviyyədə qarşıladı və yola saldı. Araqçi Bakıda olarkən Azərbaycan-İran münasibətlərinin yeni bir dövrə qədəm qoyduğunu, İranın dövlət başçısını

16.12.2025 312
.

Mətanətin gəlini qəza törədib, qəbiristanlığa girdi

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə bağlı maraqlı hadisə yaşanıb. -a istinadən xəbər verir ki, məlumata görə, müğənni Biləsuvar rayonunda hərəkətdə olarkən göndərilən yanlış məkan bildirməsi ilə başqa istiqamətə getməsi səbəbindən qəbiristanlıq ərazisinə daxil olub. Nəticəd

10:35 244
.

TOP MP3