"Sosial evlər" layihəsindən güzəştli mənzillərə: MİDA proqramı iflasa uğratdı - MÜSAHİBƏ

"Sosial evlər" layihəsindən güzəştli mənzillərə: MİDA proqramı iflasa uğratdı - MÜSAHİBƏAzərbaycanda aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanan "Sosial evlər" layihəsi nədənsə sonradan güzəştli mənzillərlə əvəzləndi. Həyata keçirilən proqramdan yararlananlar əksər hallarda mənzilləri olanlardır. Müvafiq qaydalarda da buna heç bir məhdudiyyət qoyulmayıb. Birinci satışın təşkilindən başlayan etirazlar ikinci satışın nağd həyata keçirilməsi ilə daha da alovlandı. Artıq vətəndaşlar proqramdan əllərini üzüblər desək, yanılmarıq. İqtisadçı ekspert Rəşad Həsənovla söhbətimizdə bu və digər məsələlərə cavab tapmağa çalışdıq:

"Sosial evlər" layihəsindən güzəştli mənzillərə:

– Bəzi iddialara görə, MİDA vasitəsilə satılan mənzillərdə maxinasiyalar olub, bir adam bir neçə mənzil alıb. Tanışlardan biri deyir ki, 4-5 mıənzili bir adam yenidən öz istədiyi kimi təmir etdirir. Üstəlik, hansısa proqramçıya 2-3 min manat pul verib mənzil aldığını deyənlər də var.

– Əslində qanunla o binalardan bir adamın bir neçə mənzil alması qadağandır və mümkün deyil. Amma ola bilər ki, birinin qohum-əqrəbasında, yaxınında o kateqoriyaya uyğun gələn bir neçə adam olsun və onların adına mənzil alsın. Bu mümkündür. Lakin portaldan şəxsi kabinet vasitəsilə bir nəfər ikinci dəfə mənzil ala bilməz qətiyyən.

– Rəşad bəy, bu proqramı baş tutmuş hesab etmək olarmı sizcə?

– Düzünü desək, indiyə qədər Azərbaycanda bənzər proqram olmayıb. Yəni nisbətən ucuz qiymətə, bərabərlik prinsipi gözlənilmək şərtilə satışın təşkil edildiyi proqramdır. Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı bu günə qədər iki istiqamətdə proqram reallaşdırılıb. Birincisi dövlət tərəfindən müəyyən kateqoriyalara, məsələn, Qarabağ qazilərinə, qaçqın və məcburi köçkünlərə əvəzsiz olaraq mənzillərin tikilib verilməsidir. Biz həmçinin hərbçilərlə, alimlərlər, jurnalistlərlə bağlı belə tədbirin şahidi olmuşuq. İkincisi müəyyən qədər bazar prinsipləri əsasında formalaşmış və dayanıqlı olan, dövlətdən asılı olmayan proqram ipoteka proqramıdır. İpoteka proqramı da çox məhdud çərçivədə problemin həllinə yönəlmiş proqramdır. Səhv etmirəmsə son olaraq 22 min insan bundan istifadə edib. Halbuki Azərbaycanda elə il ərzində qurulan ailələrin sayı 60 min təşkil edir. Bu ailələrin böyük əksəriyyətinin mənzilə tələbi var. Mənzil bazarında aparılan hesablamalara görə, il ərzində təxminən 30-40 min yeni mənzilə tələbat yaranır və satışı həyata keçirilir. Yəni göründüyü kimi, ipoteka proqramı da çox kiçik əhatə dairəsinə malikdir. İnsanlar var ki, illərdir bu proqramda növbədədir.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda əhalinin sosial vəziyyəti və daşınmaz əmlak bazarında son 15 ildə baş verənlər mənzil əlçatanlığını kifayət qədər pisləşdirib. Yəni balon qiymətlərin formalaşması, mənzillərin qiymətindəki sürətli artım və əhalinin gəlirlərinin buna uyğunlaşmaması çətinlik yaradır. Bu kontekstdə götürəndə alternativ mexanizmlərin olmasına ehtiyac vardı. Bunlardan biri də bəzi ölkələrdə tətbiq olunan sosial mənzil layihələridir. Azərbaycanda sosial mənzil adı ilə başlayan bir yol sonda güzəştli mənzil layihəsi ilə tamamlandı. Təbliğat sosial mənzil adı ilə getsə də, əslində bizdə sosial mənzil layihəsi yoxdur. Güzəştli mənzil proqramı olaraq deyək ki, çox böyük hədəflər var idi, istər mənzillərin qiyməti ilə bağlı, istər keyfiyyətlə. Eyni zamanda burada əsas məqsəd aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması idi. Amma sonradan bu layihənin mahiyyəti yavaş-yavaş dəyişməyə başladı. İlk olaraq hədəf qrupları ayrıca qiymətləndirilmədi, güzəştli ipotekadan istifadə imkanı olan şəxslərə burda da şərait yaradıldı və ipoteka proqramı ilə güzəştli mənzil proqramı birləşdirildi. Bunlar hamısı maliyyə axınının təşkil edilməsinə hədəflənmiş addımlar idi.
"Sosial evlər" layihəsindən güzəştli mənzillərə: MİDA proqramı iflasa uğratdı - MÜSAHİBƏ"Sosial evlər" layihəsindən güzəştli mənzillərə:

– Müşahidələr göstərir ki, prosesdə müştərinin mənzilə olan ehtiyacı yox, ödəniş qabiliyyəti əsas götürülür. Bu da ayrıca bir problemdir.

– Bəli. Elə problemlər də buradan ortaya çıxmağa başladı. Düzdür, mən razıyam ki, bu mənzillər satılırsa ödəniş edilməlidir. Amma ödəniş qabiliyyəti burada birinci şərt kimi götürülməməli idi. Məncə, əsas şərt olaraq vətəndaşın mənzilə olan ehtiyacı götürülməli idi. Məsələn, müvafiq qanunvericilikdə heç bir yerdə məhdudiyyət tətbiq olunmur ki, sizin 10 eviniz var, ya 15 eviniz var, buradan ev ala bilməzsiniz. Bu, proqramdan digər şəxslərin istifadəsi üçün açıq qapı qoyulması deməkdir. Çox konkret şəkildə ifadə olunmalı idi ki, əgər sizin mənziliniz varsa proqramda iştirak edə bilməzsiniz. Amma adamlar var ki, şəhərin neçə yerində mənzili var, buradan da mənzil alıb. Bu proqramdan biznes məqsədilə yararlanmaq istəyənlərin sayı kifayət qədər çoxdur. Çünki qiymət nisbətən ucuzdur, şəhərin görkəmli yerindədir. Bildiyiniz kimi, inşa edilən binalardan 3 min mənzil satışa çıxarılmalı idi, hələ ki, min mənzil çıxarılmayıb bazara. Bu baxımdan yuxarıda dediyiniz faktlarla hardasa razıyam. Hər hansı iş adamı, əlində pul alan şəxs kateqoriyaya uyğun gələn adamların adına kabinet yaradıb prosesdə iştirak edə bilərlər.

– Qiymət demişkən, qiymətlərin baha olması da narazılıq yaradır...

– Mənzillərin qiyməti ilk dəfə açıqlanarkən ilk narazılıq meydana çıxdı. Bu, hər hansı kommersiya layihəsi deyil, burada marja çox da yüksək səviyyədə nəzərdə tutulmamalı idi. Son qiymətlər göstərir ki, mənzilin 1 kvadratmetri 800-900 manata satılır. Mənim tikinti sahəsində fəaliyyət göstərən şəxslərlə müzakirələrim zamanı məlum oldu ki, mənzilin 1 kvadratmetri təxminən 200-250 manata başa gəlir. Özəl şirkətlərin reklamlarında siz görə bilərsiniz ki, hətta 100-150 manata evlər təklif edirlər. Hardan baxsaq, bu mənzillərin kvadratı 400 manata başa gələ bilir. Bura infrastrukturu da əlavə etsək, layihənin qiymətini bir az artıra bilər. Amma nəzərə almaq lazımdır ki, bu, dövlət tərəfindən dəstəklənən layihədir, torpaq pulsuz ayrılır, müəyyən güzəştlər, dəstəklər var və s. Bu baxımdan bu gün mənzillərin satış qiymətini mən çox yuxarı qiymət hesab edirəm İlk olaraq mənzillərin yenidən qiymətləndirilməsinə ehtiyac var. İkincisi, proqramdan istifadə ilə bağlı konkret meyarlar müəyyənləşdirilməli, məhdudiyyətlər qoyulmalıdır. Heç bir halda bir mənzili olan şəxs ikinci mənzili almaq istəyilə proqrama qoşula bilməz. Buradan evsizlər ev almalıdırlar. Çünki proqramın əhatə dairəsi çox məhduddur. Bu proqramların maliyyələşməsinə dövlət tərəfindən də kifayət qədər çox vəsaitlər ayrılır. Onda nə üçün bu proqramlar kommersiya maraqlarına xidmət etməlidir?

– Satışın təşkili ilə bağlı da böyük problemlər yaşandı, xeyli insan yenə dövlətdən narazı salındı. Bu istiqamətdə nə kimi təklifləriniz var?

– Bəli, bu istiqamətdə də ciddi çətinliklər oldu. Doğrusu, bu günə qədər fakt olaraq rastlaşmamışam deyilsin ki, hansısa mənzil sövdələşmənin, himayənin nəticəsində satılıb. Amma iddialar çox eşitmişəm, xüsusilə satışların uğursuz keçirilməsi, proqramın açıq olmaması və s. Bu məqamda bir məsələyə də toxunmaq istərdim ki, satışın həyata keçirilməsilə bağlı qaydalarda da müəyyən narahatedici məqamlar var. Məsələn, razıyam ki, ədalətlilik baxımdan kim ala bilirsə alsın prinsipi müəyyən qədər normaldır. Amma bu gün biz aztəminatlı ailələrdən danışırıqsa onların informasiya texnologiyalarına çıxışı, sürətli internetə əlçatanlığı səviyyəsini də nəzərə almalıyıq. Onların çox keyfiyyətli kompüter avadanlığı, yüksək sürətli interneti çox az hallarda olur. Bu baxımdan da biz burada artıq satış qaydalarının, satışın həyata keçirildiyi platformanın özünün hədəf qrupları üçün çətinləşdirildiyini nəzərə almalıyıq. Əksər ehtiyaclı insanlar bu proqramdan yararalana bilmirlər.

– Yəni demək olar ki, proqram özünü doğrultmadı?

– Proses hələlik gözlənildiyi kimi olmadı. İnsanların böyük əksəriyyəti ümidini itirib. Xüsusilə birinci satış həyata keçirilərkən nəticələr elan olunanda böyük şübhələr çıxdı meydana. Proqram əvvəlcə hazırlandığı və gözləntilərə uyğun səviyyədə icra oluna bilmir. Mərhələlər keçdikcə proqram daha da keyfiyyətini itirir.

– Məsələn, sonuncu satışın nağd şəkildə reallaşdırılması da etirazlara səbəb oldu...

– Bu təklifi irəli sürənlər bilmirəm hansı məntiqə əsaslanıblar. Söhbət aztəminatlı ailədən gedirsə onun nağd mənzil almaq imkanı kifayət qədər məhduddur. Burada ən yaxşı maliyyəyə çıxış imkanı güzəştli ipotekadır. Çünki Azərbaycanda başqa elə bir mənbə, mexanizm yoxdur ki, elə ucuz faizlə pul versin, siz nağd pulla o mənzillərdən alasınız. Deməli, buradan mənzil alanlar hardansa pul tapmırlar, öz ciblərindəki pulu gətirib verirlər. Bu isə o deməkdir ki, onlar artıq müəyyən qədər imkanlara sahib insanlardır, onların proqramdan yararlanması əslində proqramın öz hədəflərinə uyğun formada həyata keçirilməməsini göstərir.

"Sosial evlər" layihəsindən güzəştli mənzillərə:

– Proqram tək Bakı üçünmü nəzərdə tutulub?

– Xeyr. Güzəştli mənzil strategiyası hazırlanarkən, MİDA-nın idarəetməsində bənzər mənzillərin, yaşayış sahələrinin tikilməsi ölkənin hər yeri üçün nəzərdə tutulub. İlkin olaraq ehtiyac qiymətləndiriləcək və sonra mənzillər tikiləcək. Mən bildiyim qədər artıq ilkin olaraq Mingəçevir, Gəncə, Sumqayıt kimi böyük şəhərlərdə qiymətləndirmə aparılır. Təbii ki, 3 il böyük müddətdir, amma Azərbaycan reallığından qiymətləndirsək, bu, gənc layihədir, satışın reallaşdırılması belə aylarla zaman aldı. Proqramın genişləndirilməsi nəzərdə tutulubmu bilmirəm. Amma mərhələli şəkildə proqramın şərtlərinin dəyişdirilməsi davam edərsə, marjaya, ödənişə üstünlük verilərsə proqram bir azdan əhəmiyyətini itirə bilər, hədəflənmiş nəticələrin əldə olunmasında problem yarana bilər. Son nəticədə isə proqram müxtəlif maraq qruplarının istifadəsinə hədəflənə bilər. Mən artıq proqnoz da edə bilərəm, yaxın iki ildə biz görəcəyik ki, şəhərcikdə (Yasamal) mənzillər satışa çıxarılıb. Qaydalara əsasən 3 ildən sonra satış mümkün ola bilər. Birinci mənzillər artıq 1 ildir verilib. Bu baxımdan bu, gözləniləndir. Bir qism mənzillərin keyfiyyətindən narazıdır, bu barədə narazılıqlar olub artıq. Digər qism isə onsuz da kommersiya məqsədilə alıb mənzilləri və dediyim kimi, 2 ildən sonra satış başlanacaq orada. Səhv etmirəmsə mediada da bu məsələ gündəmə gəlmişdi, mənzil satışı artıq müşahidə edilir deyə. Lakin mən fürsətdən istifadə edib bunu da diqqətə çatdırım ki, burada dövlət-özəl anlaşması var, yəni kompleksi inşa edən şirkət özü gördüyü işlərin müqabilində iki binadakı mənzilləri sata bilər. 8 binadan 6-sı MİDA-nın balansına keçirilib, 2-i şirkətin özünün sərəncamında qalıb. (Qaynarinfo)
"Sosial evlər" layihəsindən güzəştli mənzillərə: MİDA proqramı iflasa uğratdı - MÜSAHİBƏ"Sosial evlər" layihəsindən güzəştli mənzillərə: MİDA proqramı iflasa uğratdı - MÜSAHİBƏ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 899   Tarix: 20 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qida təhlükəsizliyi pozuntularına görə cərimələr

"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini

18.12.2025 182
.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18.12.2025 243
.

İlham Əliyev onları təltif etdi - Siyahı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir sıra əməkdaşları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, Azərbaycanda təhsili

18.12.2025 222
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

18.12.2025 176
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

18.12.2025 194
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18.12.2025 117
.

Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov

18.12.2025 185
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

18.12.2025 263
.

Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra

18.12.2025 247
.

TOP MP3