"Atam ögey qızına görə məni oxumağa qoymurdu" - 18 yaşlı Orxan

"Atam ögey qızına görə məni oxumağa qoymurdu" - 18 yaşlı Orxan"Atamın təhsil almağıma qarşı çıxmasının səbəbi onun ikinci evliliyindən olan qızın ali məktəbə qəbul olmamasıdır".

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Dillər Universitetinin Tərcümə (rus-fransız) fakültəsinə qəbul olan 18 yaşlı Orxan Bağrzadə deyib. O bildirib ki, 6 yaşı olanda anası rəhmətə gedib və atası ikinci dəfə ailə həyatı qurub.
"Həmin qadının qızı ali məktəbə qəbul olmadığı üçün atam prinsipə məni oxumağa qoymadı. Dedi ki, o, qəbul olmayıbsa, sən də oxumayacaqsan. Buna görə məni təhdid edirdi".

Orxan repetitor yanına getmədiyini və özü hazırlaşaraq qəbul imtahanında 336 bal topladığını söyləyib: "Kitaba, oxumağa böyük həvəsim var. İşləməyimə və yorğun olmağıma baxmayaraq, həmişə kitab oxuyuram. Kitabxanadan kitablar götürürdüm, əvvəlki proqramların da kitablarını oxuyurdum. Dərsdən sonra ofisiant işləyirəm və bu pulla təhsil haqqını ödəyəcəyəm".

Atası onun təhsil almasına mane olmaq üçün Orxanın attestatını gizlədib. Bu hadisədən sonra 18 yaşlı gənc evi tərk edib. Dediyinə görə, hazırda sinif yoldaşının evində qalır.

"Universitetin yataqxanasında qalmağı mənə təklif ediblər və orada qalacağam. Ailədə 4 uşağıq və bir ögey bacım var. Böyük qardaşlarımın oxumağa həvəsi olmayıb. Balaca bacım 7-ci sinifdə oxuyur. Onun oxumağına hər zaman dəstək olacağam. Bir şeyə insanın həqiqətən həvəsi varsa, bütün məhdudiyyətlərə baxmayaraq, ona nail olacaq. Bu təkcə təhsil deyil, hər sahədə belədir".

Qeyd edək ki, Orxan Bağırzadənin atası onun attestatını gizlədərək ali məktəbdə qeydiyyatdan keçməsinə qarşı çıxıb. Təhsil Nazirliyi və Azərbaycan Dillər Universiteti Orxan Bağırzadəyə dəstək olublar. O, artıq qeydiyyatdan keçib.

"Atam ögey qızına görə məni oxumağa qoymurdu" - 18 yaşlı Orxan


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 910   Tarix: 20 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu

Ötən ilin 16 oktyabrında Bakının Buzovna qəsəbəsində ağır qəza törədən 1995-ci il təvəllüdlü Əlisurət Rzayevin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ə.Rzayevə hökm oxunub. Bildirilib ki, Ə.Rzayev həmin gün saat 00:30 radələrind

17.05.2024 495
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17.05.2024 366
.

Gürcüstan parlamentində yumruq davası oldu - VİDEO

Gürcüstan parlamentində xarici təsirlərin şəffaflığı ilə bağlı qanun layihəsi müzakirə edilərkən maraqlı anlar yaşanıb. BİG.AZ xəbər verir ki, deputatlar parlamentində yumruq davasına çıxıblar. Hadisənin baş vermə görüntüləri sosial şəbəkələrdə yayılıb. Sözügedən videonu təqdim edirik:

17.05.2024 197
.

Azərbaycan Yeni Kaledoniya xalqının etirazına dəstək verir?

Fransa daxili işlər naziri Jerald Darmanin Azərbaycanı Fransanın Sakit okeanda ərazisi sayılan Yeni Kaledoniyada son baş verən etirazlara müdaxilədə ittiham edib. O müstəqillik tərəfdarı olan bəzi fəalların Azərbaycan hakimiyyəti ilə sövdələşməsi olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki

17.05.2024 468
.

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə dörd dəfə zərbə vurub. Ağır yaralanan qadın iki gündən sonra müalicə aldığ

17.05.2024 574
.

Sabiq deputat Mahir Aslanova aid olan "Kəpəz" MTK vətəndaşları belə ALDATDI- İDDİA/FOTOLAR

"Sabiq deputata Mahir Aslanovun aid olan "Kəpəz" MTK vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satıb". Bu sözləri -a müraciət edən vətəndaş Heydərov Hüseynağa deyib. Vətəndaş bildirib ki, aldığı evlər eyni vaxtda başqa şəxsə də satılıb:. "Kəpəz" MTK-a aid olan Xırdala

17.05.2024 459
.

İlqarə Kazımovadan anası ilə bağlı paylaşım - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, o anası Aygün Kazımovanın yeni fotosunu izləyiciləri ilə bölüşüb. Şəkil Pop divanın "Maşallah" adlı mahnıya çəkilən klipi zamanı lentə alınıb. Xatırladaq ki, Aygün Kazımova ekran işini Genco Ecerl

17.05.2024 2045
.

Fransanın Cənubi Qafqazda Rolu: Strateji Addımlar və Nəticələr

Fransa və İran arasında baş verən son hadisələr geosiyasi mənzərəni yenidən formalaşdıra biləcək əhəmiyyətli strateji addımlarla manşetlərə çevrilir. NATO 2027-ci ilə qədər İrana yaxınlaşdıqca, bunun region və xüsusən də Ermənistan üçün təsirləri dərin olacaqdır. NATO-nun davamlı strateji planlamasın

17.05.2024 183
.

Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı

Moskvanın cənub-şərqindəki Bratislavskaya küçəsindəki mənzildə dəhşətli qətl hadisəsi baş verib. İlkin məlumata görə, 30 yaşlı Fərid Fəttahov tanınmış iş adamı olan atası, 69 yaşlı Əşrəf Fəttahovu məişət zorakılığı zəminində qətlə yetirib. Mərhum Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu

17.05.2024 681