Bu yay dənizdə məhv olan həyatlar - FOTOLAR

Bu yay dənizdə məhv olan həyatlar - FOTOLARYayda hər kəsin üz tutduğu Xəzər dənizi son 3 ayda xeyli insanın həyatına son qoydu. Dənizdə boğulanlar arasında azyaşlılar da oldu, yeni ailə quranlar da... Hər bir ölüm hadisəsinin arxasında isə bir ailə faciəsi qaldı.

BiG.AZ "Qafqazinfo"ya istinadla ötən aylarda Xəzərdə baş vermiş faciəvi hadisələrin xronikasını təqdim edir:

Yayın ən çox səs-küy yaradan ölüm hadisəsindən biri 22 yaşlı blogerin Bulvarda suya atılaraq kadrları lentə almaq istəməsi, bunun isə onun həyatı hesabına başa gəlməsi oldu. "Tik-tok" video platforması üçün suya atılanlardan 18 yaşlı digər dostu isə xilas etmək
mümkün olmuşdu.

Bu yay dənizdə məhv olan həyatlar - FOTOLARXəzərdə boğulanlardan biri də Azərbaycan Texnologiya Universitetinin III kurs tələbəsi Fərman İsaqov idi. Fərman isə dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən batmışdı.

Bu yay dənizdə məhv olan həyatlar - FOTOLARİnsan ölümü ilə nəticələnən daha bir faciə Bilgəh çimərliyində yaşanmışdı. Çimərlik ərazisində 2 nəfər boğulmuş, 1 nəfər itkin düşmüşdü.

Bu yay dənizdə məhv olan həyatlar - FOTOLARBilgəh çimərliyi daha bir nəfərin sonu olmuşdi. Xəzər dənizinə istirahət üçün yollanan 1997-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov qardaşı və 2 dostu ilə çimməyə girib. Dalğa onların 4-nü də aparsa da, qardaşı və dostlarının həyatını xilas etmək mümkün olmuşdu. Dekabrda toyu olacaq Hüseyn isə boğularaq ölmüşdü. Faciəyə gənclərin çimmək qadağan olunmuş ərazidə dənizə girmələri səbəb olub.

Bu yay dənizdə məhv olan həyatlar - FOTOLARİyulun 28-də Pirşağı çimərliyində 4 dostun ölümü məsələnin ciddiliyini bir daha ortaya qoymuşdu. 7 nəfər Kürdəxanı kənd sakini dənizə girmiş, onlardan 4-ü boğularaq dünyasını dəyişmişdi. Dostların hamısı boğulma təhlükəsi ilə üz-üzə qalsa da, 3-ü dənizdən çıxa bilmişdi. Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.Hadisədən bir gün əvvəl Bakıda ümumi 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişmişdi.

Bu yay dənizdə məhv olan həyatlar - FOTOLARAvqustun 2-si Xaçmazın Nabran istirahət zonasında Xəzər dənizində boğulan 11 yaşlı oğlanın meyiti Xəzərin Dağıstan Respublikasının Dərbənd şəhəri sahilində aşkarlanmışdı. Dənizdə boğulan Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlu olub.

Bu yay dənizdə məhv olan həyatlar - FOTOLARNövbəti suda boğulma hadisəsi Türkan qəsəbəsi ərazisində baş vermişdi. 30 yaşlı qadın dənizdə boğulan 5 yaşlı bacısı oğlunu xilas etmək üçün öz həyatından keçmişdi. Qadın dünyasını dəyişsə də, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olmuşdu.

Bu yay dənizdə məhv olan həyatlar - FOTOLARYayın ən faciəvi dənizdə boğulma hallarından biri də Nardaran çimərliyində baş vermişdi. 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı dənizdə nəzarətsiz ərazidə boğularaq dünyalarını dəyişib. Cəfərzadələr əmi uşağı olub. Uşaqlardan 2-nin atası Ramil onları xilas etmək üçün suya atılsa da, o da batma təhlükəsi ilə üzləşdiyindən dənizdən çıxarılıb.

Bu yay dənizdə məhv olan həyatlar - FOTOLARDaha bir boğulma hadisəsi isə Türiyənin Alanya şəhərində baş verib. Laçın rayonundan olan 24 yaşlı azərbaycanlı məcburi köçkün Ramil Zeynalov dostları ilə çimməyə getdiyi dənizdən qurtula bilməyib. Ramil işləmək üçün Türkiyəyə gedibmiş.

Bu yay dənizdə məhv olan həyatlar - FOTOLARXəzər dənizində baş vermiş faciələrdən biri də "MiQ-29" tipli hərbi təyyarəmizin qəzaya uğraması oldu. İyulun 24-də baş vermiş qəza zamanı təyyarənin göyərtəsində təcrübəli pilot, polkovnik-leytenant Rəşad Atakişiyev olub. Təyyarənin hissələri tapılsa da, pilotun axtarışları hələ də davam etdirilir.

Bu yay dənizdə məhv olan həyatlar - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3305   Tarix: 18 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789