"Qızım deyirdi ki, Adnan Oktarla cənnətə gedəcəm" - General atanın FƏRYADI

"Qızım deyirdi ki, Adnan Oktarla cənnətə gedəcəm" - General atanın FƏRYADITürkiyədə Adnan Oktar cinayətkar qruplaşması ilə bağlı şok məlumatlar davam etməkdədir. Eks Hava Qüvvətləri Təhlükəsizlik xidməti rəhbəri, general Yılmaz Ərdoğanın da bu təşkilatın zərərçəkənləri sırasında olduğu üzə çıxdı. O, qızı Server Görkem Ərdoğanla bağlı çarpıcı ifadələr verərək, əslində təşkilatın iç üzünü də açıb.

BiG.AZ Musavat.com-a istinadən Türkiyənin nüfuzlu bir generalının öz qızını A.Oktarın əlindən necə xilas edə bilməməsindən yazır. İfadədə bir atanın bu cinayətkar təşkilata qarşı çarəsizliyi yer alır. Ərdoğanın zərərçəkən-şahid olaraq iddianamədə yer alan ifadəsi aşağıdakı kimidir: "Qızım 1982-ci il təvəllüdlüdür. Londondakı attaşe vəzifəmə görə qızım lisey təhsilini İngiltərədə tamamlayıb və City of West Minister Universitetinə girib. 2000-ci ildən etibarən təhsilinə görə İstanbulda yaşamağa başlamışdı.

Qızım daha öncə bizə ən azı həftədə bir dəfə zəng edər, yanımıza gələrdi. Yoldaşım da tez-tez İstanbula qızımın yanına gedərdi. Amma 2007-ci ildən etibarən qızım bizə zəng etməməyə, yanımıza gəlməməyə və bizim də onun yanına getməyimizi istəməməyə başladı. Qızım son olaraq 2008-ci ildə yanımıza gəldi. Həmin vaxt təyinatım Adanaya verildiyi üçün orada qalırdım. Bir daha heç gəlmədi. Biz yenə də onun yanına gedirdik".

"BAŞA SALDIM, AMMA MƏNİ DİNLƏMƏDİ"

"2010-cu ildən etibarən fiziki görüntüsü də dəyişməyə başlamışdı. Saçı açıqdı, amma qolları və sair qapalı idi. Bez parçası kimi idi. Elə bil onu hər gün istifadə edib, sonra kənara atırdılar. Qızımızın bir təriqətə girmiş ola biləcəyini düşündük. Qızım bizə Adnan Oktarın söhbətlərinə qatıldığını söylədi. Mən də Adnan Oktar təşkilatının reflekslərini bildiyim üçün qızıma tədbir ala bilməsi üçün bəzi məlumatlar verdim: Adnan Oktarın yanına götürdüyü qadınları cariyə olaraq istifadə etdiyi və onları hər cür maddi və mənəvi olaraq istismar etdiyi ilə bağlı məqamları qızıma danışdım. Qızım bizə "Belə şeylərə inanmayın. Mən Adnan Hoca ilə bərabər cənnətə gedəcəm" dedi.

"YANINDA TƏŞKİLATDAN BİRİ VAR İDİ"

Qızımız onun yanına getdiyimiz vaxt bizimlə çox soyuq davranırdı. İstəyirdi ki, biz bunu xüsusi olaraq hiss edək. 2011-ci ildən sonra qızımızla görüşlərimiz artıq evdə olmamağa başladı. Harada qaldığını belə bilmirdik. Fenerbahçe Ordu Evi, Harbiye Ordu Evi və ya hansısa alışveriş mərkəzində baş tuturdu görüşlərimiz. Görüş zamanı yanında mütləq Adnan Oktar təşkilatından kimsə olurdu və bizim söhbətlərimizə şahidlik edirdi. Qızım ayaqyoluna belə yanındakı adamla birlikdə gedirdi.

Qızım bacısının 2015-ci ildəki nişanına və 2016-cı ildəki toyuna qatılmadı. Həyat yoldaşım qızımızı görmə ümidilə daim A9 TV kanalını izləyirdi. Qızımı A9 kanalında saçları keçəl edilmiş vəziyyətdə gördük. Adnan Oktarın cəza verdiyi qızların saçlarını keçəl etdirdiyi ilə bağlı mətbuatdan xəbərimiz vardı. Qızımızın ailəsindən bu qədər uzaqlaşması məni və həyat yoldaşımı psixoloji böhrana uğratmışdı. Qızımız əlimizdən uçub gedirdi və biz heç nə edə bilmirdik.

"PEŞMANLIQ MADDƏSİNDƏN YARARLANMAQDAN VAZ KEÇİRDİLƏR'

11 iyul 2018-ci ildə bu təşkilata qarşı keçirilən əməliyyatı mediadan öyrəndiyimiz zaman ailəcə çox xoşbəxt olduq. Ancaq qızımızla bağlı nə olacağına dair narahatlıqlarımız vardı. Amma ən azından artıq qızımızın Adnan Oktar adlı şəxsin nəzarətində yox, dövlətimizin güvənli qollarında olduğunu bilmək bizə bir rahatlıq verirdi. Başlangıcda qızımız peşmanlıq maddəsindən faydalanmaq istəyirdi, buna meylli idi. Ancaq təşkilat tərəfindən göndərilən vəkillər və kamera yoldaşlarını də təsiri ilə vaz keçdi. Adnan Oktar və onun liderliyini etmiş təşkilat bizi və yaxın çevrəmizi böyük mənəvi zərərə uğratdı. Bu səbəbə görə Adnan Oktardan və onun liderliyini etdiyi təşkilatdan şikayətçiyəm".

"Qızım deyirdi ki, Adnan Oktarla cənnətə gedəcəm" - General atanın FƏRYADI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1998   Tarix: 17 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133