Bəzən çürük süd dişini saxlamaq lazımdır – Stomatoloqdan vacib tövsiyyələr

Bəzən çürük süd dişini saxlamaq lazımdır – Stomatoloqdan vacib tövsiyyələrDişlər ağız boşluğunda yerləşən çox vacib orqanlardandır.

Orqanizmin baryeri funksiyasını daşıyan dişlər insan ömrünün sonunadək öz funksiyasını yerinə yetirir. 6-cı ayda çıxan süd dişləri 7-8 yaşlarında tökülüb daimi dişlərlə əvəzlənir.

Süd dişləri müvəqqəti dişlər hesab olunsa da, onların sağlamlığı çox böyük əhəmiyyət daşıyır. Lakin bəzən elə olur ki, uşaqlarda vaxtından əvvəl çürüyən süd dişlərini çıxararaq məsələnin həll edildiyini düşünürük.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, bu məsələ ilə bağlı stomotoloq Niyamməddin Daşdıyev sualları cavablayıb:

- Süd dişləri özü düşməlidir, yoxsa stomatoloq tərəfindən çəkilməlidir?

- Əslində, süd dişləri vaxtı çatdıqda özləri düşür. Lakin bəzən elə olur ki, daimi dişlərin inkişafının başlamasına baxmayaraq, bu dişlər kənar müdaxilə olmadan düşmür. Eyni diş yuvasında həm süd dişinin, həm də daimi dişin olması isə təbii ki, dişlərin əyilməsinə səbəb olur. Belə olan halda daimi dişin inkişafına mane olmaması üçün süd dişinin kənarlaşdırılması labüddür. Əksinə, bu dişin ağızda saxlanması daimi dişin əyilməsinə və hətta çürüməsinə gətirib çıxara bilər.

- Süd dişlərini nə zaman müalicə edirlər?

- Süd dişlərini vaxtından əvvəl çəkmək olmaz. Çünki süd dişlərini tez çəkdikdə daimi dişlərin mayasında sürüşmə baş verir ki, bu da gələcəkdə dişlərin əyri çıxmasına səbəb olur. Buna görə də zədələnmiş süd dişinin çəkilməyə və ya müalicəyə ehtiyacın olub-olmadığına stomatoloq qərar verməlidir. Bəzən elə olur ki, kənarda olan dişlərin yerinə oturması üçün çürük süd dişini müvəqqəti olaraq saxlamaq lazım gəlir. Bu zaman dişi müalicə etməyə ehtiyac olur. Süd dişlərinin siniri olduğu üçün əgər ağrı varsa, sinir kənarlaşdırılır. Çürük hissələr təmizlənərək plomb qoyulur.

- Süd dişləri səbəbindən daimi dişlərin düzülüşündə yaranan əyriliklər neçə aradan qaldırılır?

- Əgər damaqda yer varsa, bu zaman dişin öz-özündən yerinə qayıtmağında bir problem yaranmır. Lakin bəzi hallarda kənar müdaxiləyə ehtiyac duyulur. Bu zaman isə brekertlərdən istifadə olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1357   Tarix: 11 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454