Rövşən Rzayev Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşdü
Avqustun 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.
Görüşdə səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin 4 qətnaməsi icra edilmir. 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon işğal altındadır. Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti 1 milyon 200 min azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə, ölkəmizin qaçqınlıq və məcburi köçkünlük problemləri ilə üzləşməsinə səbəb olub. Dövlət Komitəsinin sədri vurğulayıb ki, Almaniyanın ATƏT Minsk Qrupunun üzvü kimi münaqişənin tənzimlənməsində daha fəal iştirak etməsi vacibdir. Azərbaycan dövləti bu problemlərin həlli istiqamətində müntəzəm iş aparır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet vəzifələr ardıcıllıqla yerinə yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması məsələlərinə daim diqqət göstərilir. Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Volfqanq Maniq Almaniya Federativ Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edib. Səfir vurğulayıb ki, 1994-cü ildə ilk dəfə səfər etdiyi Bakı şəhəri əhəmiyyətli dərəcədə dəyişib və inkişaf edib. Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının beynəlxalq humanitar və inkişaf təşkilatlarının ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrə görə təşəkkürünü bildirib. Bu sahədə əməkdaşlığın əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Almaniyalı səfir indiyədək mövcud olan səmərəli əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. Söhbət zamanı Almaniya Federativ Respublikasının ölkəmizdə məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib. Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 413 Tarix: 08 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, 450-dən çox zərbə dron və təxminən 30 müxtəlif növ raketlərl
13.12.2025 158 Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb
2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə
13.12.2025 123 Sabah Bakıya sulu qar yağacaq
Bakıda və Abşeron yarımadasında dekabrın14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanı
13.12.2025 277 Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib
Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas
13.12.2025 100 Səidə Haqverdiyeva vəzifədən azad olundu
Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub
13.12.2025 175 Məşhur serialda "Tərəkəmə" oynadılar - Video
Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" səsləndirilib. "Qafqazinfo" xəbər verir ki, bu, sosial şəbəkələrdə azərbaycanlılar tərəfindən maraqla qarşılanıb. Belə ki, həmin səhnədə ekran işinin əsas obrazlarından olan və serialda qardaş kimi təqdim edilə
13.12.2025 230 Ərdoğan Putinlə görüşündən danışdı: "Dedi ki, sözümə əməl edəcəyəm"
"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq". "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumunda
13.12.2025 168 Doğum sayı azalıb
2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb
13.12.2025 122 DİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"
Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər məsələsinə münasibət bildirib. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübh
13.12.2025 137